Ukrayna məhkəməyə verilir

Ukrayna məhkəməyə verilir

Ukrayna höküməti iyulun 17-də vurulan Malaziya təyyarəsinə görə, məhkəməyə verilir.

Vurulan təyyarədə həlak olan 3 alman sərnişinin ailələrinin hər biri 1 milyon avro kompensasiya tələb edəcək.

Onların vəkili Elmar Giemulla bildirib ki, Ukrayna höküməti bu məsələdə səhlənkarlıq edib. Vəkil Rusiyaya qarşı da məhkəmə davası aça biləcəyini istisna etməyib.

"Bu həftə Avropa İnsan Haqları məhkəməsinə şikayət göndərəcəyəm. Ukrayna səmasında təyyarəni kimin vurmasından asılı olmayaraq hökümət səhlənkarlıq edib. Hər hansı bir ölkə səmasından uçan təyyarələrin təhlükəsizliyini təmin edə bilməyəcəyi təqdirdə hava məkanını qapatmalıdır", - deyə vəkil bildirib.

anspress
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 837 Tarix: 23.09.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 23.09.2014
Xəbərə görə təşəkkürlər müəllifə.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram