Ərdoğandan İŞİD etirafı - VİDEO

Ərdoğandan İŞİD etirafı - VİDEOTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Mosul şəhərində İŞİD qruplaşması tərəfindən girov götürülən və 101 günlük əsarətdən sonra dünən azad edilən Mosul konsulluğunun diplomatlarını qəbul edib.

Girovluqdan azad olunan türk diplomatları qarşısında çxış edən Ərdoğan bunun Türkiyə üçün bir bayram olduğunu deyərək, iradə və mətanətlə bu anı gözlədikləri üçün onlara təşəkkürünü bildirib:

"Hər hansı türk diplomatının burnu belə qanasaydı özümüzə bunu bağışlamazdıq. Bu işdə uğursuz olacağımızı heç düşünmədik".

Türkiyə prezidenti çıxışı zamanı göstərilən təzyiqlərə rəğmən diplomatların cəsarət nümayiş etdirməsini alqışlayarq, onların xilas edilməsi üçün Türkiyə hökumətinin atdığı addımları da yüksək qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, diplomatların təhlükəsizliyi əsas vəzifələri olub: "Türkiyə Cümhuriyyətinin etibarını qorumaq çox önəmli idi. Əgər biz bəzi koalisiya tələblərinə və təkliflərinə həmin vaxt dərhal "əlbəttə biz də varıq" deyərək cavab verə bilməzdik. O, zaman dünya nəhəngləri "onu da edək, bunu da edək" deyirlər. Amma biz dərhal bu işə "bəli" deyə bilməzdik. Çünki bizim 49 canımız var idi, biz onlardan arxayın olmadan addım ata bilmərik dedik və diplomatlarımızın təhlükəsizliyini, azadlığını düşürənək, yol xəritəmizi müəyyənləşdirdik. Arxayın olmadan addım atmarıq söylədik".

Ərdoğan çıxışında İŞİD-in başını kəsdiyi ingilislərin, amerikanların yerində türk vətəndaşlarının olmamasını və eyni aqibəti yaşamaq istəmədiklərini söyləyib.

Xatırladaq ki, 3-ü uşaq olmaqla 49 türk diplomatı iyun ayının 11-də İŞİD tərəfindən girov götürülüb. 3 aydan çox əsirlik həyatı yaşayan diplomatların yeri İŞİD silahlılar tərəfindən 8 dəfə dəyişdirilib. Diplomatlar əsirlikdə yaşadıqları dəhşətli anları dilə gətirmək istəməsələr də bu müddət ərzində çox təhlükələr atlatdıqlarını bildiriblər.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1443   Tarix: 23 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865