Misir İŞİD-ə qarşı hərəkətə keçmək istəyir

Misir İŞİD-ə qarşı hərəkətə keçmək istəyir

Misir İŞİD terror qruplaşmasına qarşı mübarizədə lazım olan hər dəstəyi göstərməyə hazırdır.

Bunu Misir prezidenti Abdel-Fəttah əl-Sissi Associated Press agentliyinə müsahibəsində deyib.

Əl-Sissi Xarici mediaya ilk müsahibəsində bildirib ki, regionda ekstremizmin kökünü kəsmək üçün İŞİD-ə qarşı tutarlı strategiyaya dəstək vermək və Misir prezidenti olaraq silahlı qruplaşmalara qarşı mübarizədə öz sözünü demək istəyir.

"Misirlilər "siyasi İslam" təhlükəsini dərk ediblər və başa düşürlər ki, əgər hərəkətə keçilməzsə, ərəb dünyasının ən böyük əhalisinə malik olan Misir də vətəndaş müharibəsi ilə üzləşə bilər. İndi İraq və Suriyada gördüyümüz qan axıdılmasının canlı şahidi ola bilərik" - deyə, əl-Sissi bildirib.

Misir prezidenti həmçinin xarici ölkələrdən olan ekstremistlərin İraq və Suriyada İŞİD terror qruplaşmasına qoşulmasının qarşısının alınmasının da vacib olduğunu vurğulayıb.

anspress

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 873 Tarix: 23.09.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 23.09.2014
Lap yaxşı keçsin.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər