Uşaqlarda fobiyalar: günahkar kimdir?

Uşaqlarda fobiyalar: günahkar kimdir?Qorxu görünən və görünməyən təhlükələrin qarşısında göstərilən təbii bir reaksiyadir. Qorxular təhlükələrə qarşı xəbərdarlıqdır. İnsanı nədənsə qaçmağa, gizlənməyə ya da mübarizə apararaq qorunmağa məcbur edir. Uşaqlarda aşkarlanan qorxular uşağın yaşına görə dəyişir.

Həyatının ilk illərində uşaqlarda qorxu hissi daha çox olur. Öyrəndikləri çoxaldıqca, özünə inamları artdıqca, bilmədiklərini öyrəndikcə qorxuları daha da azalır. 2-3 yaşındakı uşaq ildırım çaxmasından, elektrik süpürgəsi kimi yüksək səslərdən qorxur. 3-4 yaşında isə polisdən, oğrudan, dilənçidən, qaranlıqdan, torbaçı xaladan qorxmağa başlayır. 4 yaşındakı uşaqlar həkimdən, itdən, yıxılıb yaralanmaqdan, əzilən bir yerinin qanadığını görməkdən qorxurlar. 6 yaşındasa isə şeytan, xortdan, ruh, yanğın, zəlzələ kimi hadisələr uşaq fobiyalarının yaranmasına səbəb olur. Bu yaşdakı uşaqlar hadisələri şişirdərək, yanlış yönə istiqamətləndirərək,başqa nələrəsə oxşadaraq onlardan qorxulu nəticələr çıxardırlar.

Qorxunu sakitləşdirmə, susdurma, zəbt etmə, qarşısını almaq, gözdağı vermək üsulu kimi istifadə edən ana-ataların uşaqları daha da qorxaq olurlar. "Susmasan səni itlərə verəcəyəm", " Görərsən, axşam ata evə gələndə səni öldürəcək", "Sakit dayanmasan Turanın anası olacam", "Səsini kəsməsən sənə iynə vuracağam", "Tez yatmasan xortdan gəlib səni aparacaq", "Əgər məni çox istəyirsənsə, dəcəllik etmə" kimi xəbərdarlıq və gözdağı uşağın şüuraltına yerləşir, qorxular yaradır və uşağın psixi dünyasını alt-üst edir.
Ürkək, qorxaq ata-analar, uşaqlarını qorxutmasalar da, bu qorxaqlıq və ürkəkliklərini uşaqlarına keçirirlər. Hədsiz qorunan uşaqlarda qorxular daha da artır. Hədsiz qorumaq nəticəsində uşaqların özünə güvən hissləri getdikcə azalır və uşaqlar bilik əldə etməkdən, fikirlərini ifadə etməkdən, yenilik etməkdən qorxur. Məsələn, 5 yaşlı uşağa (tez-tez nəzarət etmək şərtilə) tək həyətə düşməyə icazə verilsə, dostları lə istədiyi kimi oyun oynamaq şansı verilsə, bu uşaq üçün daha yaxşı olar. Həm fobiyaların qarşısı alınar, həm də uşağın özünə güvən hissi azalar.

Ana və ata tərəfdən yaranmayan fobiyalar da var. Keçirilən qəza, evə oğrunun girməsi, yanğın, zəlzələ, su basqını, ildırım, ölümlə nəticələnən davalar, şiddətli və qorxulu filmlər, qaranlıq bir otaqda bağlanmaq və .s.
Gecə qorxuları da, uşaqda gecə çarpayısına getmək istəməmək, anasıyla yatmaq istədiyində kaprizlər edib hədsiz ağlamaq, anası ilə atasının arasında yatmaq istəməsilə ortaya çıxır. Bu qorxuların çoxu ana-ata davaları, bu davalar nəticəsində işlənən "Çıx rədd ol get","Səni məhv edəcəyəm", "Cəhənnəm ol", "Səni öldürəcəyəm" yaxud "Məni sən öldürəcəksən", "Sənin üzündən öləcəyəm" kimi kobud ifadələr nəticəsində yaranır. Ana-atanın intim münasibətlərinə şahid olan uşaq bunu atasının anasını döyməsi, öldürməsi kimi başa düşür və qavrayır. Nəticədə uşaqda gecə qorxuları yaranır. Bunun da həlli yolununu anası ilə, yaxud ana-atasının arasında yatmaqda görür.

Uşağı qorxulardan uzaqlaşdırmaq üçün yuxarıda qeyd etdiyimiz səbəbləri aradan qaldırmaq, yəni yuxarıda qeyd olunan və oxşarı sözləri uşağa deməmək, cinsəl münasibətlərin uşağın görməsini qarşısını almaq lazımdır. Çünki bunlar başqa bir psixi problemlərin də yaranmasına səbəb olur.

ailem


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3933   Tarix: 20 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018