Kreml kiber müharibəyə hazırlaşır

Kreml kiber müharibəyə hazırlaşırRusiya Müdafiə Nazirliyi robot-texnika komplekslərinin yaradılması üçün xüsusi qurum yaradacaq.

BiG.AZ-ın "Nezavisimaya qazeta"ya istinadən verdiyi məlumata görə, Rusiya hərbi təyinatlı avtomatlaşdırılan komplekslərin (RTK VN) hazırlanması sahəsində geriliyi aradan qaldırmağa çalışır.

Yaxın vaxtlarda isə bu hədəf üçün Müdafiə Nazirliyinin nəzdində xüsusi qurum yaradılacaq. Sentyabrın 15-dən 17-nə qədər Moskva ətrafı Krasnoarmeysk rayonunda RTK VN üzrə xüsusi hərbi-sənaye konfransı təşkil edilib. Konfransda baş nazir Dmitri Medvedev də iştirak edib.

Geodeziya Elmi-Tədqiqat İnstitutunun sınaq poliqonunda təşkil olunan konfransdan əvvəl robot-texnika komplekslərinin perspektiv nümunələri, o cümlədən pilotsuz uçuc aparatları (BPLA), dəniz və yerüstü robot texnikası, robot-vertolyotlar, üzərində pulemyot quraşdırılan pilotsuz katerlər, sualtı robot-kəşfiyyatçıları və robot-istehkamçıları baş nazirə təqdim olunub. Medvedyevə bildirilib ki, bütün bu nümunələrlə fəxr etmək olar. Baş nazir isə "arzu olunan hər şeyi istehsal etmək lazımdır. Yalnız o halda fəxr etmək mümkün olacaq", deməklə uğurlara bir qədər ehtiyatla yanaşıb.

Xatırladaq ki, ötən həftə Rusiya Hərbi Sənaye Komissiyasının sədrliyi baş nazir Dmitri Medvedyevin rəhbərlik etdiyi hökumətdən prezident Vladimir Putinə keçib. Moskvanın öz təhlükəsizliyi üçün sərhədlərindəki qeyri-sabitliyə görə narahatçılıq keçirdiyi bir vaxtda NATO Rusiyaya qarşı olan mövqelərini gücləndirir. Ona görə də Putin müdafiə məsələləri ilə məşğul olan şirkət və müəssisələrin effektli işləməsini təmin etmək üçün onları şəxsən öz nəzarətinə götürür. Komissiyanın işində Dmitri Roqozin birinci müavin vəzifəsini daşıyacaq. Müdafiə nazirinin müavini Yuriy Borisov komissiyanın tərkibinə icra katibi kimi daxil ediləcək. Roqozin özünün müdafiə starategiyası məsələlərindəki döyüşkənliyi və Hərbi Sənaye Kompleksinə sadiqliyi ilə tanınır.

Borisov isə az dərəcəli "şahinlərdən" hesab edilir və müdafiə naziri Sergey Şoyquya yaxın adamdır. Komissiyanın tərkibindəki Roqozin və Borisovu təxminən bərabər vəziyyətdə saxlamaqla Putin müdafiə sektorunun hər bir hissəsi üçün balans yaratmaq niyyətindədir. Bu da təsadüfi deyil. Son illər Rusiya Müdafiə Nazirliyi və Hərbi Sənaye Kompleksi arasında ciddi şəkildə "tayfa mübarizəsi" gedir. Keçmiş müdafiə naziri Anatoli Serdyukovun da bu "tayfa mübarizəsi"nin qurbanı olduğu bildirilir.
Bununla belə D.Medvedev Rusiyada innovasiya texnologiyaların inkişafın əsas təşəbbüskarı hesab edilir. Bu baxımdan da hesab edilir ki, avtomatlaşdırılan komplekslərə və qabaqcıl silahlara onun simpatiyası tamamilə başadüşüləndir.

Baş bazirin sözlərinə görə, hələ ki heç nə ilə lovğalanmaq olmaz. "2012-ci ildə dünya sənaye robotları bazarında Rusiyanın payı çox az az idi", - dünən baş nazir qeyd edib. Hərbi Sənaye Komissiyasının sədr müavini D.Roqozin isə bildirib ki, robot texnikası silahlanma üzrə yeni dövlət proqramında (QPV-2025) əsas istiqamətlərdən biri olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1308   Tarix: 19 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0