Azərbaycanlı uşaqları hansı ölkələr övladlığa götürür?

Azərbaycanlı uşaqları hansı ölkələr övladlığa götürür?Bu il iki uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb. Onların hər ikisi oğlan uşağıdır.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Övladlığa verilən uşaqlardan birinin on beş, digərinin iki yaşı olub. Övladlığa götürən ailələr Amerika Birləşmiş Ştatları və Gürcüstan Respublikasının vətəndaşlarıdır.

Bu il ölkələrarası övladlığa götürülən uşaqlar arasında fiziki qüsurlu uşaqlar olmayıb.

AQUPDK-dən bildirilib ki, ölkələrarası övladlığa götürməyi arzu edən səkkiz əcnəbi ailə qeydiyyata götürülüb.

Komitədən onu da bildirdilər ki, artıq övladlığa uşaq götürmə ilə bağlı elektron müraciətlər də daxil olur.

"Ölkələrarası övladlığa götürmə ilə bağlı iki elektron müraciət daxil olub.Daxil olmuş elektron müraciətlərə baxılaraq müraciət müəlliflərinə məlumat verilib".

Məlumatda bildirilib ki, övladlığa götürülən uşaqların xarici ölkəyə aparıldıqdan sonra insan alveri qurbanı olmaları və ya başqa məqsədlə istifadə edilmələri barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat daxil olmayıb.

"Ölkələrarası övladlığa götürülən uşaqlara nəzarət "Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası" nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 22 iyul 2008-ci il tarixli, 166 saylı Qərarına əsasən həyata keçirilir. Adıçəkilən Qərarda qeyd olunur ki, akkreditə edilmiş orqan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hesabatlar təqdim edilməlidir. Hesabatda övladlığa götürülmüş uşağın övladlığa götürən ailədə həyat şəraiti və tərbiyəsi, uşağın sosial psixoliji vəziyyəti, sağlamlıq durumu, davranışı və təhsili haqqında məlumatlar öz əksini tapır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə ölkələrarası övladlığa götürmə ilə bağlı Nazirlər Kabinetinə hesabat təqdim edir. Hesabatda ölkələrarası övladlığa götürən ailə və övladlığa verilən uşaq haqqında, akkreditə olunmuş təşkilatlar haqqında məlumatlar öz əksini tapır".

Nazirlər Kabineti tərəfindən "Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası" təsdiq edildikdən sonra bu fəaliyyətin yalnız Komitədə qeydiyyatdan keçən təşkilatlar tərəfindən göstərilməsinə icazə verilir. Bu istiqamətdə bir beynəlxalq təşkilat - ABŞ-ın İllien Adoption İnternational təşkilatı akkreditasiyadan keçib. Bu təşkilatın köməkliyi ilə bir uşaq ölkələrarası övladlığa götürülüb.

publika


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1822   Tarix: 17 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

12:40 415
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 334
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

13:55 219
.

Küçədəki itlərdən qaçan yaşlı qadın yıxıldı - VİDEO

Türkiyənin Ədirnə şəhərində yaşlı qadın küçədəki itlərdən qaçan zaman xəsarət alıb. BİG.AZ xəbər verir ki, mənzilə girməyə tələsən qadın yıxılaraq başından xəsarət alıb. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

17.04.2024 478
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 159
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 1346
.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". Bu sözləri BİG.AZ-a politoloq Zaur Məmmədov deyib.

17.04.2024 406
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 277
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17.04.2024 641