Bakıda AFFA və Bakcell şirkətinin dəstəyi ilə Mançester Yunayted Futbol Məktəbi açılır

Bakıda AFFA və Bakcell şirkətinin dəstəyi ilə Mançester Yunayted Futbol Məktəbi açılırAzərbaycan Futbol Federasiyaları Assosiasiyası klubun rəsmi Telekommunikasiya və Yayım tərəfdaşı olan Bakcell şirkəti ilə əməkdaşlıq edəcəkdir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin Mançester Yunayted futbol klubu arasında Bakcell şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester YunaytedFutbol Məktəbinin açılacağını elan edir.

İlkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaqdır. Uşaqlar hər bir kateqoriya üzrə Mançester Yunaytedklubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.

İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və2005-ci il təvəllüdlü) - 16 uşaq

Məşqlər Mançester Yunayted futbol məktəbindənezam olunan məşqçilər və iki nəfər yerli məşqçiassistentitərəfindən keçiriləcəkdir. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaqdır (məşqdən qabaq həftədə ən azı iki dəfə). İstedadlarqruplarının seçilməsi 23 sentyabr tarixində "Bayıl Arena" stadionunda keçiriləcəkdir. İstedadlar qruplarının seçilməsi prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaqdır.

Qeydiyyatdan keçməyi istəyənlər sentyabrın 12-dən 22-dək, iş günlərində, saat 09:00-dan 18:00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək AFFA-nın nümayəndələri ilə əlaqə yarada bilərlər:

Ramin Həsənov: Tel: +994 55 511 20 80E-poçt: [email protected]
Kifayət Osmanova: +994 55 511 70 72 E-poçt: [email protected]

AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev:"Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləribu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması –ölkənin futbol həyatında çox önəmli bir hadisədir.Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol MəktəbininAzərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk" demişdir
Bakcell şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer: "Azərbaycanın milli futbol komandasının sponsoru və MDB məkanında "Mançester Yunayted" klubunun ilk telekommunikasiya və yayım tərəfdaşı olaraq, Bakcell şirkəti ölkəmizdə futbolun inkişafına dəstək göstərir və AFFA ilə tərəfdaşlıq əlaqələri çərçivəsində gənclər futbolunun inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mançester Yunayted Futbol Məktəbinin regiondailk dəfə olaraq Bakıda fəaliyyətə başlamasıölkəmizdə uşaq futbolunun inkişafına olan diqqət və qayğının nəticəsidir.Futbola olan böyük marağı və Azərbaycanda uşaqların ciddi potensiala malik olduqlarını nəzərə alaraq, xalqın mobil operatoru olan Bakcell şirkəti uşaq futbolunun inkişafına yönəlmiş uğurlu layihələri həyata keçirməkdən fəxr hissi duyur və şirkətimiz bu istiqamətdə əhəmiyyətli işlərin görülməsini gələcəkdə də davam etdirmək əzmindədir" deyə bildirmişdir.
AFFA 1992-ci ildə təsis edilib. Təşkilat 1994-cü ildən FİFA-nın və UEFA-nın üzvüdür. AFFA-nın vəzifələrinə Azərbaycan Respublikasında futbolu kompleks şəkildə inkişaf etdirmək,yarışların təşkilinə nəzarət etmək vəonları tənzimləmək,futbolla bağlı beynəlxalq idman əlaqələrinitəkmilləşdirmək, beynəlxalq yarışlarda və oyunlarda Azərbaycan futbolunu təmsil etmək, habelə milli və beynəlxalq səviyyədə keçirilən yarışları təşkil etmək daxildir və AFFA bu istiqamətdə məqsədyönlü fəaliyyətgöstərməkdədir.
Azərbaycanda futbolun inkişaf etdirilməsini qarşıya məqsəd qoyaraq, AFFA bir sıra nüfuzlu şirkətlərlə əməkdaşlıq etməkdədir. Belə şirkətlərdən biri də milli futbol komandamızın sponsoru olan Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətidir. 17 dekabr 2013-cü ildə AFFA və Bakcell şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Qarşılıqlı əməkdaşlıq futbolun müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini vermişdir. AFFA tərəfindən 8-ci km qəsəbəsində inşa olunmuş stadiona "Bakcell Arena" adı verilmişdir. AFFA-nın U-17 Liqasının oyunları "Bakcell U-17" adı altında keçirilir. "Bakcell-lə Futbol" layihəsi çərçivəsində isə uşaq futbolunun inkişafına yönəlmiş xeyli işlər görülmüşdür.
AFFA və Bakcell şirkəti arasında imzalanmış birgə tərəfdaşlıq müqaviləsi çərçivəsində ölkənin bütün bölgələrindən seçilmiş 64 uşaq Bakıdakı Mançester Yunayted Futbol Məktəbində keçirilən məşqlərdə iştirak etmişlər.
Xüsusi bacarıqları ilə fərqlənmiş uşaqlar (2013-cü ildə 6 uşaq və bu il 5 uşaq)Mançester şəhərində fəaliyyət göstərən Denston Kollecində təşkil olunmuş Mançester Yunayted Futbol Məktəbində iştirak etmişlər.AFFA və Bakcell şirkəti müştərək fəaliyyətlərini futbolun inkişafı naminə davam etdirməkdədirlər.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year" nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi" elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1231   Tarix: 15 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Putin və Əroğan arasında görüş Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm addım olacaq" - Ekspert

Bildiyiniz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə səfər edəcək. Bəs bu görüş Azərbaycan və Ermənistan arasında baş verən hadisələrə necə təsir edəcək? . Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev -a açıqlama verib. Ekspert bildiri

04.09.2023 837
.

Günvurmadan qorunmağın YOLLARI

Həkim Yekaterina Demyanovska həddindən artıq istidə günvurmadan qorunmağın yollarını açıqlayıb. -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkim bildirir ki, tez-tez günəşə məruz qalmaq ciddi problemlərə səbəb ola bilər. Onun sözlərinə görə, yay mövsümündə qızmar günəş altında bədənin həddə

28.06.2023 626
.

Yıldız Tilbenın "Barbie" pozu gündəm oldu

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenın "Barbie" pozu gündəm olub. xarici KİV-ə istinadən xəbər verir ki, Tilbe fotolarını "instagram" səhifəsində izləyiciləri ilə bölüşüb. İzləyiciləri fotonun altına "bu təbiilik başqa hansı sənətkarda var" deyə yorumlar yazıb

25.09.2023 1025
.

Qadın qorxulu yuxu sayəsində ərinin xəyanətini AŞKARLADI

Sunisa adlı Tailand sakini dəhşətli yuxu sayəsində ərinin xəyanətindən xəbər tutub. xarici KİV-ə istinadən xəbər verir ki, qadın yuxudan bir neçə gün sonra işə gedəndə qəflətən yadına kabus düşüb və çox narahat olmağa başlayıb. Gün ərzində əri ilə bir neçə dəfə əlaqə saxlaya bilməyən qadın həmkarı il

26.06.2023 1257
.

Azərbaycan Prezidenti: "Laçın şəhərində hər şey çox böyük zövqlə yaradılır"

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib. Dövlətimizin başçısı bildiri

28.05.2023 666
.

Ayan ailəsi ilə istirahətdə

Müğənni Ayan Babakişiyeva bu dəfə ailəsi ilə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi istirahət üçün Göygölü seçib. Ayan Türkiyədə yaşayan əkiz qardaşı Samirin də dincəlmək üçün Gəncəyə gəldiyini vurğulayıb. Babakişiyeva fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Şəkildə sənətçini

14.07.2023 1853
.

Polisin himayəsi altında Qurani-Kərim YANDIRILDI

İsveçin Malmö şəhərində müsəlmanların cəmləşdiyi bölgədə polisin himayəsi altında İraq əsilli Salvan Momika növbəti dəfə Quranı-Kərimə hücum edib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Quranın yandırmağın qarşısını almağa çalışan 15 nəfər saxlanılıb. Hadisə yerinə geniş polis mühafizəsi il

04.09.2023 511
.

Aktrisanı həşərat dişlədi, xəstəxanalıq oldu

Məşhur Hollivud ulduzu Melissa Gelbert böcək sancması nəticəsində yaranan absess səbəbi ilə xəstəxanaya yerləşdirilib. Aktrisa başına gələnləri bölüşüb. "Medicina" xəbər verir ki, sənətçinin sözlərinə görə, şişkinlik bütün qola yayılıb. Həkimlər absess və dərialtı toxumaların iltihabı olduğun

07.06.2023 668
.

Diyetoloq yarma sıyığını ən zərərli sıyıq adlandırıb

Rusiyalı həkim-diyetoloq Yelena Solomatina buğda yarmasının qlikemik indeksinin yüksək olduğu üçün onun zərərli olduğunu bildirib. Solomatinanın sözlərinə görə, yarma sıyığının qlikemik indeksinin yüksək olması ilə yanaşı, o, həmçinin yüksək kalori dəyərinə malikdir. Üstəlik, onun tərkibində digər dənl

05.09.2023 1044