Dünyanın ən kiçik kompüteri

Dünyanın ən kiçik kompüteri
Yaponiyanın “Fujitsu” firması dünyanın ən kiçik kompüterini istehsal edib.Standart qovluq kağızı ölçüsündə olan “Lifebook U1010S” noutbuklara alternativ kimi dizayn edilib. Hindistanda texnologiya sərgisində təqdimatı keçirilən “Lifebook U1010S” kompüteri həvəskarlarının böyük marağına səbəb olub. Cəmi 63 qram çəkisi olan yeni kompüter asan daşındığı və asan istifadə olunduğu üçün digər kompüterləri qabaqlayır. “Lifebook U1010S” bir masaüstü kompüterdə olan bütün proqramları və texniki imkanları özündə cəmləşdirir. Firma rəhbərliyi sözügedən kkompüterlərə əsasən səyahət etməyi xoşlayan insanların həvəs göstərdiyini açıqlayıb.


Dünyanın ən kiçik kompüteri
”Fujitsu”nun baş direktoru İvan Kam “Lifebook U1010S”in texnologiya aləmində böyük yenilik olduğunu söyləyib: “Bu dünyada ən yüngül kompüterdir. İlk baxışda standart kağız parçasını xatırladır. Onun adi əl bloknotundan demək olar ki, heç bir fərqi yoxdur. “Lifebook U1010S”in eyni zamanda həm optik (lazer) oxucusu, həm də sərt diski (hard disk) var”. “Fujitsu”nun yeni nəsil kompüterlərini digərlərindən ayıran ən vacib xüsusiyyətlərdən biri də onun batareyalarının fasiləsiz 11 saat işləməsidir. Sözügedən batareyalar həm də kompüterdəki məlumatların ələ keçirilməsinin qarşısını almaq xüsusiyyətinə sahibdir.

Dünyanın ən kiçik kompüteri
A4 kağızı ölçüsündəki bu cihaz toxunuşla işləyən ekrana malikdir. Qeyd edək ki bu məhsulun satış qiymətinin $1500 - $2000 arasında olması gözlənilir.
Texnologiya dünyasının tanınmış markalarından olan “Fujitsu” bu son məhsulu ilə önümüzdəki iki il içərisində ən çox satışla məşğul olan ilk 10 firmanın arasına girməyi hədəfləyir.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 5798 Tarix: 23.03.2008



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
VAHID_ALXANLI
VAHID_ALXANLI 04.01.2016
TSK


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 21.08.2015
xƏBərƏ gÖRə tƏŞƏKkürLƏr.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 
AxwamlaR
AxwamlaR 09.07.2014
Xeber ucun twk
R788
R788 10.06.2014
xeber ucun tesekkurler
♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 
ayankalan
ayankalan 21.03.2014
tesekkurler


 
davinci
davinci 17.03.2014
maraqliydi sagolunn


 
rashadi
rashadi 05.08.2013
təşəkkürlər


 
OkeY22Hacker
OkeY22Hacker 11.06.2013
təşəkkürlər



 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər