Azərbaycanın ən gözəl aktrisası məlum oldu

Azərbaycanın ən gözəl aktrisası məlum olduAzərbaycanın tanınmış aktyorları arasında sorğu keçirib. Aktyorlarımız ölkəmizin ən baxımlı və gözəl hesab etdikləri aktrisasını seçiblər.

Bakı Uşaq Teatrının direktoru, aktyor-rejissor İntiqam Soltan hesab edib ki, Azərbaycanın ən gözəl aktrisaları onun rəhbərlik etdiyi teatrda çalışırlar. Aktyor-rejissor dediklərini belə izah edib:

"Mənim üçün öz teatrımın aktrisalarından gözəli yoxdur. Çünki bu xanımlar əvəzedilməzdirlər. Özləri səhnədə od parçasıdırlar. Amma o qədər sadə və səmimidilər ki... Hara çəkilişə gedirlərsə, axşam mənə mütləq zəng edib təşəkkür edirlər. İlhamə Əhmədova, Könül Şahbazova, Vüsalə Bəşirova... Bu aktrisalarla on günlərlə xarici səfərdə olmuşuq, lazım olub paltarlarımızı yuyublar, lazım olanda yemək bişiriblər. Rizedə avtobusumuz yolda xarab oldu. Mən onları otelə yerləşdirə bilmədim. Dedilər, siz harda, biz orda".

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Fizuli Hüseynov isə hesab edir ki, xalq artisti Şəfiqə Məmmədova cavanlıqda çox baxımlı olub: "Şəfiqə Məmmədova cavanlıqda əsl səhnəlik aktrisa idi. Hazırda birlikdə işləməkdən zövq aldığım Sənubərli İsgəndərli və Rus Dram Teatrından Lüdmila Duxovnayadır".

Aktyor-rejissor Samir Qulamovun Azərbaycanın ən gözəl və baxımlı hesab etdiyi aktrisaları isə bunlardır: "Hökumə Qurbanova, Şəfiqə Məmmədova, Amaliya Pənahovanı bəyənirəm. Müasirlərdən isə görünüşə görə bəyəndiyim bir neçə aktrisa var. Sırf aktrisa kimi bəyəndiklərimdən Fidan Axundovanın, Günel Məmmədovanın, Münəvvər Əliyevanın adını çəkə bilərəm. Fikrimcə, indi yaxşı aktrisalar aktyorlardan çoxdur".

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Səfa Mirzəhəsənovun favoritləri sırasında da Şəfiqə Məmmədovanın adı var: "Şəfiqə Məmmədova, Şükufə Yusupova və Münəvvər Əliyeva həm də çox geniş potensiala malik aktrisalardır. Şükufə xanım bizim teatrımızın ən gözəl və baxımlı aktrisasıdır. Münəvvər xanım isə gözəlliyinə və istedadına görə birincidir. O həm də çox perspektivlidir, gələcəyi var".

Aktyor-şoumen Səməndər Rzayev əvvəlcə ad çəkmək istəməsə də, sonda favoritinin adını açıqlayıb: "Məncə üç ad az olar. Çünki baxımlı və gözəl aktrisalarımız daha çoxdur. Amma onu da deyim ki, elə aktyorlarımız var, aktrisa kimi oynayırlar. Favoritimə gəlincə, bu, Vəfa Zeynalovadır"

Aktyor Xudu Mürsəlov aşağıdakıları Azərbaycanın ən gözəl aktrisaları hesab edir: "Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəcibə Məlikova çox gözəl olublar. İndikilərdən Firəngiz Mütəllimova, Bəsti Cəfərova və Həmidə Ömərovanı bəyənirəm".

Aktyor-rejissor Qurban Məsimova görə isə Azərbaycanın ən gözəl və baxımlı aktrisaları Xalidə Quliyeva, Sənubər İsgəndərli və Kəmalə Müzəffərdir. Q.Məsimov seçimini belə izah edib: "Ssadaladıqlarımın işinə və xasiyyətinə bələd olduğum üçün bu üçlüyü dedim. Yeni sənətə başlayanlardan da gözəl aktrisalarımız var. Amma onların əskəriyyətinin incəsənət təhsili yoxdur. Buna baxmayaraq, onlara tələbat var. Onların sırasında Könül Nağıyeva, Mənsurə Əhmədova, Könül Cəfərzadə kimi adları çəkə bilərəm. Pərvin Abıyeva və Duyğu Dəvəli də gözəl, baxımlı aktrisalardır".

Q.Məsimov hesab edir ki, Azərbaycanda gözəl aktrisalar o qədər də çox deyil. Onun fikrincə, belələri çox olsaydı, reklam və klip çəkilişlərinə məhz onları dəvət edərdilər: "Günel Məmmədova, Səbinə Məmmədova da gözəldir. Amma gözəllik və bədiilik arasında böyük fərq var. Teatr və kinomuza yaraşıqlı oğlan və qızlar lazımdır. Təəssüf ki, onların da çoxu incəsənətə gəlmirlər. Məsələn, əksər ölkələrdə yaraşıqlı gənclər öncə modelliklə məşğul olmağa başlayırlar. Sonra isə daha çox gəlir əldə etmək və populyar olmaq üçün aktyorluq kurslarına gedib sənətin sirlərini öyrənirlər".

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayev isə hesab edir ki, müasir dövrün aktrisalarında ən gözəlləri Məleykə Əsədova, Bəsti Cəfərova və Mətanət Atakişiyevadır: "Keçmişlərdən isə Leyla Bədirbəyli ən gözəli olub. Nəcibə Məlikova da baxımlı qadın idi. Amaliya Pənahova, Şəfiqə Məmmədova da gözəl və baxımlıdırlar.

Gənc tamaşaçılar teatrının aktyoru, əməkdar artist Qurban İsmayılov fikrini bu cür izah edib: "Ad çəkmək istəmirəm. Bütün aktrisaları gözəl hesab edirəm. Xüsusən də öz istedadı və bacarığı ilə tamaşaçıları sevindirənlər daha gözəldirlər. Gözəl aktrisalarımız çoxdur deyə konkret ad çəkə bilmirəm".

Gənc aktyor Tural Əhməd isə Nəsibə Zeynalova, Şəfiqə Məmmədova və Zemfira Əbdülsəmədovanın Azərbaycanın ən gözəl və baxımlı aktrisaları olduğu qənaətindədir: "Çünki hər üçü çox təbiidirlər".

Sorğunun nəticələrinə əsasən, aktyorlarımızın əksəriyyəti Şəfiqə Məmmədovanı Azərbaycanın ən gözəl və baxımlı aktrisası hesab ediblər. Ən çox səs qazanan digər aktrisa isə Amaliya Pənahova olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7602   Tarix: 10 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447