Avto Dünya`dan 2 xəbər

1. Yeni "NISSAN QASHQAI" Azərbaycanda!
"NISSAN"ın model sırasında ən çox diqqət çəkən yenilənmiş avtomobillərdən birini çox vaxt belə adlandırırlar.
Aqressiv şəhərli Yeni Nissan Qashqai
"NURGUN MOTORS" Yeni NISSAN QASHQAI avtomobilinə olan hədsiz marağı nəzərə alaraq onu əldə etmək istəyənlərə yeni imkanlar yaradır. Lent.az xəbər verir ki, indi NISSAN QASHQAI avtomobilini müxtəlif komplektasiyalarda çox sərfəli qiymətlərlə nəğd və 15%-dən başlayan bank faizi, 20%-dən başlayan ilki ödəniş olmaqla əlverişli kredit şərtləri ilə əldə edə bilərsiniz.

Bəs adı dillərdə dolaşan bu avtomobili sələflərindən fərqləndirən nədir?

Yeni Nissan Qashqai avtomobili modern dizaynlı kuzova, interyerdə bəzi dəyişikliklərə və yeni cihazlar panelinə malikdir. Yenilənmiş Qashqai avtomobilini daha da ensizləşdirilmiş qabaq işıqlara, çıxıntılı ştamplı kapota, yeni radiator çərçivəsinə və orijinal qabaq bamperinə görə tanımaq olar. Avtomobildə arxa bamper və işıq diodları quraşdırılmış arxa işıqlar da dəyişdirilib.

Qashqai-ın salonunun mərkəzində kristallmayeli monitoru olan daha sərt yeni cihaz paneli diqqəti çəkir. Monitora bort kompüterindən yanacaq ehtiyatı və avtomatik transmissiyanın işinin rejim göstəricisi haqqında informasiya daxil olur.

Yeni Nissan Qashqai bu dəyişikliklərdən sonra daha AQRESSİV görkəm alıb. Bundan başqa, xarici görkəmində baş verən dəyişikliklər nəticəsində aerodinamik müqavimətin əmsalı azalaraq 0,34-dən 0,33-ə enib. Bamperin aşağı hissəsinin forması havaqoruyucusunun ətrafında dəyişdirilərək havanın radiatora daxil olmasını asanlaşdırıb.

Krossover yeni 17 düymlü təkərlərə, işıqdiodlu dəyişdirilmiş arxa işıqlara və daha 2 yeni rəngə - Magnetic Red (qırmızı) və Titanium Grey (boz) rənglərinə sahib olacaq. Arxa işıqlara yeni duman ayıranlar (səpələyən), stop-siqnallara isə 12 işıqdiodu əlavə olunub.

Yenilənib işlənmiş qarmaq sayəsində komfortun və idarəçiliyin yaxşılaşması gözlənilir. Salonun yeni çoxqatlı izolyasiyalı materiallardan olması isə vibrasiya və səsin səviyyəsini azaldıb.

Avtomobilin daxilinə kristalmayeli monitor quraşdırılıb, yeni tərtibatlı cihazlar paneli, spidometr və taxometrin yeni dizaynı, taxometrdən solda termometr, iki əsas şkalanın arasında isə bort kompüterinin TFT ekranı, əşyaların saxlanması üçün əlavə bölmələr, həmçinin sürücünün və sərnişinlərin ayaqlarının altında işıqlandırıcı əlavə olunub. Qapı panellərinin yuxarı hissəsi və qabaq panel qara rəngdə, oturacaq və qapıların aşağı hissəsi açıq boz rəngdədir. Dəri işlənmə daha incə həyata keçirilib.

Audio sistemdə də dəyişikliklər baş verib. Belə ki, MP3 musiqi formatını dəstəkləyən və 6 kompakt diskli çeyncer quraşdırılıb. SE/SE+ və SV komplektasiyalarında avtomobilin dinamik stabilizə sistemi olan Electronic Stability Program sistemi vardır ki, bu da 1,6 l həcmli mühərriklərlərin ESP kurs dözümlülüyünü qorumağa imkan verir. 6 dinamikdən ibarət olan akustik sistem və kruiz-kontrol sistemində sürət həddi vardır. SV komplektasiyasının xüsusi versiyası şüşəli panorama lyuk və elektrik ötürücülü pərdələrə malikdir.

Yeni Qashqai-ın xarici görünüşü London, Paddinqtonda yerləşən Nissan Design Europe-da, lakin əsas texniki mühəndis məsələləri – Nissanın Avropa texniki mərkəzində (İngiltərə,Bedfordşir) işlənib hazırlanıb. Avtomobillər Nissanın İngiltərədəki Sanderlend zavodunda da istehsal olunur.

Yeni "QASHQAI"`dən FOTO`s

Avto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərvə sonda...

2. "Brabus"un rəqibi
"Mercedes" avtomobillərinin tüninqi ilə təkcə "Brabus" məşğul olmur.
Bavariyada yerləşən "VATH" firması da markanın professional tüninqi ilə şöhrət tapıb. Əgər Brabus "Mercedes"in mühərriklərini alıb gücləndirirsə, VATH firması "AMG" mühərriklərini tərcih edir. Standart motorlardan daha güclü olan "AMG" aqreqatlarının üzərində VATH mühəndisləri əsaslı dəyişiklik aparırlar. Mühərrik gücləndirilir və soyutma sistemi yenilənir. Belə mühərriklərlə 100 km/saat sürətə çatmaq üçün cəmi saniyə kifayət edir. Təbii ki belə mühərrik də ucuz başa gəlmir, bu zövqü duymaq üçün 37 000 avro ödəmək lazım gəlir.
VATH-ın yeni tormoz sistemi 8000, nazik profilli təkərləri 7400, daha alçaq kuzası 2000 avroya başa gəlir. Ümumilikdə VATH-ın avtomobili standart modeldən təxminən 2 dəfə baha başa gəlir. Bununla bahəm, firma müştəri sarıdan korluq çəkmir.

Avto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbərAvto Dünya`dan 2 xəbər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6175   Tarix: 11 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233