Ermənilərə daha bir zərbə - VİDEO

Ermənilərə daha bir zərbə - VİDEOAzərbaycan futbolunda yeni tarix yazıldı! "Köhlən atlar", məhz at ilində şahə qalxdı.

"Qarabağ"a qrup mərhələsinə düşmək üçün nə az, nə çox bu qədər vaxt lazım oldu. Maraqlıdır ki, qrup mərhələsində oynamaq arzusu da 5 il əvvəl məhz "Tvente" ilə oyunlarda yaranmışdl. Artıq o zaman azərbaycanlı futbol azarkeşi bunun heç də xəyal yox, reallıq olduğunu hiss etməyə başladı.

2010-ci ildə Hollandiya çempionu "Tvente"nin önünə məşqçiliyə yeni başlayan mütəxəssisin rəhbərlik etdiyi təcrübəsiz komanda çıxmışdısa, bu dəfə hollandların qarşısında soyuqqanlı əzmkar və daha peşəkar "Qarabağ" gördülər. Sözsüz ki, bu qələbənin əsas səbəbkarı "Qarabağ"a gəldiyi ilk gündən komandanı yalnız irəli aparan Qurban Qurbanovdur. Komandası ilə tarixi nəticəyə imza atmasına baxmayaraq daim təvəzokarlığı ilə seçilən mütəxəssis bu dəfə də ənənəsinə sadiq qaldı.

Tarix boyu siyasətlə idmanın ayrı sahələr olduğu deyilsə də, bu gün idmanın siyasət vasitəsi olduğu sirr deyil. "Qarabağ"ın qələbəsini Azərbaycan üçün önəmli edən başqa məqamlar da var. Ən azından qarşıdakı 4 ay ərzində Avropanın bir sıra tanınmış televiziya, sayt və qəzetlərində "Qarabağ" adı eşidiləcək və yazılacaq.

Təsəvvür edin, formalarında "Odlar Yurdu Azərbaycan" (Land of Fires) yazıldığına görə "Atletiko" Madridin oyunlarını yayımlamaqdan imtina edən Ermənistan telekanalları istəklərindən asılı olmayaraq bu dəfə Avroliqanın qrupunda məşhur klublarla mübarizə aparacaq "Qarabağ"ın keçirdiyi oyunlara şərh vermək məcburiyyətində qalacaqlar. "Qarabağ"ımızın təbliğatı üçün bundan gözəl şans yoxdur.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2036   Tarix: 29 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730