Qarabağ-ın rəqibəri: 96 yaşlı Dnepr
Ağdamın "Qarabağ" futbol klubu Avropa Liqasının qrup mərhələsində İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent-Etyen" klubları ilə qarşılaşacaq.
"Dnepr" klubu (Football Club Dnipro Dnipropetrovsk) 1918-cü ildə Dnepetrovskidə yaradılıb. 96 yaşlı klub ev oyunlarını 31.003 azarkeş tutumu olan "Dnepr-Arena"da keçirir. Stadion 2008-ci ildə fəaliyyətə başlayıb. Layihənin dəyəri 40 milyon avrodu. Hazırda Dnepetrovski müharibə getdiyindən komanda ev oyunlarını Kiyev Olimpiya stadionunda keçirir.
"Dnepr" SSRİ dövründə 2 dəfə Ukrayna çempionluğunu, 1 dəfə ölkə kubokunu, 2 dəfə SSRİ Liqa Kubokunu, 1 dəfə SSRİ Superkubokunu qazanıb. "Qarabağ"ın rəqibi müstəqillik dövründə 2 dəfə Ukrayna çempionatının gümüş, 5 dəfə bürünc medallarını qazanıb. "Dnepr" 3 dəfə ölkə kubokunun finalına çıxıb və hər 3 halda "Şaxtyor"a uduzub.
"Dnepr" 2013/14 mövsümündə Ukrayna çempionunun gümüş medallarını qazanıb və Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə əldə edib. Lakin iki oyunun nəticəsinə əsasən "Kopenhagen"ə uduzaraq (0:0, 0:2) Avropa Liqasının pley-off mərhələsinə dühüb. Komanda burda Xorvatiyanın "Hayduk" klubunu mübarizədən kənarlaşdırıb (2:1, 0:0).
"Dnepr"in baş məşqçisi Miron Markeviçdi. O, mayın 22-də bu postda ispan Xuande Ramosu əvəzləyib. 52 yaşlı mütəxəssis əvvəllə Ukrayna və Rusiyanın bir çox klublarında çalışıb.
"Dnepr"in kapitanı Ruslan Rotandu. 32 yaşlı futbolçu 2008-ci ildən komandada çıxış edir. "Qarabağ"ın rəqibinin heyətində Rumıniya, Çexiya, Gürcüstan, Xorvatiya, Braziliya və Portuqaliyadan 11 legioner çıxış edir.
Qapıçılar: Denis Boyko, Denis Şelikov, İhor Vartsaba (hamısı Ukrayna), Jan Lastuvka (Çexiya).
Müdafiəçilər: Vitali Mandzyuk, Vladimir Polyovyi, Yevgeni Çeberyaçko, Valeri Luçkeviç, Artem Fedetski (hamısı Ukrayna), Aleksandru Vlad (Rumıniya), Andrey Mazuç (Çexiya), İvan Striniç (Xorvatiya), Duqlas (Braziliya).
Yarımmüdafiəçilər: Sergey Kravçenko, Yevgeni Konoplyanka, Yevgeni Şaxov, Ruslan Rotan, Sergey Politilo, Andrey Blijniçenko (hamısı Ukrayna), Jaba Kankava (Gürücüstan), Leo Matos (Braziliya), Bruno Qama (Portuqaliya), Mladen Bartuloviç (Xorvatiya).
Hücumçular: Yevgeni Seleznyov, Roman Zozulya (hər ikisi Ukrayna), Nikola Kaliniç (Xorvatiya), Mateus (Braziliya).
anspress
BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 2329 Tarix: 29 avqust 2014
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPele əməliyyat olundu
Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin
06.09.2021 1378 "Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini
05.09.2021 972 Taekvondoçularımız üç gümüş medal qazandılar
Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi
27.08.2021 665 Hacı Əliyev əməliyyat olunacaq
Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd
30.08.2021 1023 Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO
"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin
23.08.2021 2064 Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349 Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO
"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib
27.08.2021 1093 Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834 Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"
"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib
04.09.2021 1126