Bakıda belə dəhşətli qəza olmamışdı – VİDEO

Bakıda belə dəhşətli qəza olmamışdı – VİDEOQəzanın paytaxtın Nizami rayonu ərazisində baş verdiyi ehtimal edilir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə çəkilən görüntülərdən aydın olur ki, bu qəzada əsas səbəbkar avtobus sürücüsüdür. Çünki o, yolun sağ zolağında bir cərgədə maşınların dayandığını gördüyü halda sərnişinin «burada saxla» əmri ilə dərhal əyləci basıb dayanır. Bu zaman arxadan yüksək sürətlə hərəkət edən «Chaqman» markalı yük maşını sürəti azalda bilmir və toqquşma baş verir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bu kadrlarla bağlı Avtosfer.az-a fikirlərini açıqlayıb: «Bu dəhşətli kadrlardan aydın şəkildə görünür ki, ilk olaraq avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozur. O, nəinki dayanacaq olmayan yerdə, hətta iknci cərgədə dayanır, baxmayaraq ki, cəmi 15-20 metr qabaqda birinci cərgədə də dayanmaq olardı. Özü də bu "ağıllı" sürücü qəza dayanma siqnalını qoşmağı unutmasa da, dayanarkən arxaya baxmağı özünə rəva görmür. Əgər o, belə hoqqabazlıq edərkən güzgülər vasitəsilə arxaya baxsaydı, yəqin ki, üstünə şığamaqda olan yük avtomobilini görüb, dayanmazdı. Amma yük avtomobilinin sürücüsü də öz "intizamlılığı" ilə geri qalmır. Bu "mahir" pilot öz "Chaqman"ıni "Formula-1" yarışlarındakı avtomobil sayır. Ara məsafəsini gözləmədən şütüyür, özü də avtobus dayanarkən boş olan qarşı hərəkət zolağına yox, maşınların sıra ilə dayandığı sağ tərəfə yerdəyişmə edir. Maşınında əyləc olduğunu isə deyəsən toqquşma anında yadına sala bilir. Nəticə göz qabağandıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5117   Tarix: 29 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740