Azərbaycanın "Eurovision-2011" təmsilçisi seçildi - Sürpriz duet!

Azərbaycanın Bu gün Akademik Milli Dram Teatrında İTV-nin canlı yayımı ilə "Eurovision-2011"in milli seçim turu çərçivəsində final gecəsi keçirildi. Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək üçün beş finalçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova çıxış edib öz imkanlarını göstərdilər. İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış etdilər. Bir dəfə Azərbaycan, üç dəfə ingilis dilində mahnılar səsləndirdilər.

Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, Bakıda qonaq olan "Eurovision" ulduzları da Azərbaycan tamaşaçılarının görüşünə gəldi. Bu axşamkı şouda Azərbaycanın "Eurovision-2010" təmsilçisi Safura Əlizadə, Gürcüstan təmsilçisi Sofia Nijaradze, San Marinonun "Eurovision-2011"də təmsil edəcək nümayəndəsi Senit, İsveçrənin "Eurovision-2011"-dəki nümayəndəsi Anna Rossinelli və digər qonaqlar öz ifalarını təqdim etdilər.

Final konsertinə telekörpü vasitəsilə qoşulan "Eurovision TV"nin direktoru Yorqan Frank milli seçim turunun iştirakçılarına uğurlar arzuladı:"Sizi Cenevrədən salamlayıram. Bu gün ölkənizdə milli seçim turu olduğunu bilirəm. "Eurovision" müsabiqəsinin əhatə dairısinin genişlənməsinə şadam. Mən ümidvaram ki, Azərbaycan bu imkandan yararlanıb, milyonlara öz mədəniyyətini, musiqisini tanıdacaq".

Finalçıların çıxışları başa çatdıqdan sonra münsiflər heyətinin üzvləri qalibi müəyyən etmək üçün məşvərətə getdilər. Münsiflərin qərarı tamaşaçıları və finalçıları xeyli intizarda saxladı. Fasilə dövründə müxtəlif ölkələrin "Eurovision" təmsilçilərinin klipləri yayımlandı. Nəhayət, uzun sürən məsləhətləşmələrdən sonra Azərbaycanı "Eurovision - 2011"də təmsil edəcək nümayəndənin adı açıqlandı - Eldar Qasımov və Nigar Camal!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9517   Tarix: 12 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589