Allahın kölgəsi altında olacaq kimsələr

Allahın kölgəsi altında olacaq kimsələrMənbə: http://zikr.az

Uca Allah buyurur:"Məgər onlar öləndən sonra diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə. O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar!" (əl-Mutaffifin surəsi, 4-6).
Peyğəmbər  – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: "...Qiyamət günü günəş insanlara o qə­dər yaxınlaşacaq ki, axırda insanlardan axan tər qulaqlarının ortasına çata­caq. Onlar belə bir çətin vəziyyətə düşdükdə əvvəlcə Adəmdən, sonra Mu­sadan, sonra da Muhəm­məddən kömək diləyəcəklər." (əl-Buxari, 1474-1475).
Həmçinin demişdir: "Qiyamət günü in­san­lar o qədər tərləyəcəklər ki, onların təri yerin yetmiş ərəş dərinliyinə ke­çəcək, (üstəlik bəzilərinin) ağzına dirənəcək, hətta qulaqlarına çatacaqdır."
(əl-Buxari, 6532). Ərəş dirsəkdən barmaqların ucuna qədər uzunluqda olan qədim ölçü vahididir.  
Qiyamət günü insanlar dəhşət içərisində olduğu halda bəzi insanlar Allahın yaratdığı kölgə altında kölgələnəcəklər. Peyğəmbər demişdir: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcəkdir: Bunlar ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: "mən Allahdan qorxuram!"– deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və təklikdə olduqda Allahı yad edərək gözləri yaşla dolan kimsə" . (Səhih əl-Buxari, 660).
Allah Elçisi demişdir: "Allah Qiyamət günü buyuracaq: "Ucalığıma görə bir-birlərini se­vən­lər hanı? Bu gün - Mənim kölgəmdən başqa heç bir kölgənin olmadığı gündə - Mən onları Öz kölgəmdə kölgələn­di­rə­cə­yəm". (Muslim, 2566).
Həmçinin demişdir: "Kim Allahın onu öz kölgəsində kölgələndirəcəyini istəyirsə, borcu qaytarmaqda çətinlik çəkənə möh­lət versin və ya onun borcundan silsin". (İbn Məcə, 2419).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3049   Tarix: 26 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822