Əzrayılın balaları artır

Əzrayılın balaları artırAzərbaycanda narkoman uşaqların sayı ildən ilə artır. 2013-cü ildə 28 min 376 nəfər Respublika Narkoloji Mərkəzində qeydiyyata düşüb. 2012-ci ildə isə qeydiyyatda 27 min 910 nəfər olub. Rəqəmlərdən göründüyü kimi, rəsmi narkotik maddə istifadəçilərinin sayı il ərzində 466 nəfər (2%) artıb.

BiG.AZ-ın araşdırmasına görə isə qeyri-rəsmi müşahidələr narkotik istifadəçilərinin daha çox artığını ortaya çıxarır. Aptek işçilərinin dediyinə görə, son zamanlar məktəbli uşaqların tək-tək şpris alması halları artıb. "Elə uşaqlar gəlib bizdən şpris alır ki, həyatın boyu onu narkoman saymazsan",- deyə metronun "Elmlər Akademiyası" stansiyası ətrafındakı apteklərdən birində bildiriblər.

Yeniyetmə narkotik istifadəçilərinin artımını Daxili İşlər Nazirliyinin hesabatından da görmək olar. Belə ki, hesabata əsasən, 2010-cu ildə narkotiklə bağlı cinayət törədənlərin 0,1%-i yeniyetmələr olduğu halda, 2011, 2012-ci illərdə bu göstərici 0,2%-ə qalxıb. 2013-cü ildə isə narkotiklə bağlı cinayət törətmiş gənclərin sayı 516 nəfərə (24,2%) qalxıb.
.
Narkotikin istifadəçiləri ilə qeyri-rəsmi söhbətlərdən belə bəlli olur ki, artım narkotik maddələrin yayılmasının daha asan olması ilə bağlıdır. Narkotiklər əsasən əldən-ələ ötürülür. Onların dediyinə görə, bunun üçün ən sərfəli yerlər məktəblərin ətrafıdır. Narkotik satıcıları yeniyetmələri "qonaq etmək" üçün sanki pusquda dururlar. Əvvəlcə narkotik maddə və ya həbləri dadına baxmaq üçün uşaqlara "hədiyyə" verirlər. İki-üç istifadədən sonra isə artıq bu həblərə, narkotik maddələrə öyrəşən yeyniyetmələr özləri onları axtarır. Tapmayanda isə məişətdə işlədilən müxtəlif vasitələrdən istifadə etməklə yeniyetmələr "uşaq narkomaniyası"na düçar olurlar. Yəni taksikomana çevrilir.

Psixoloq Azad İsazadənin fikrincə, yeniyetmələrin narkotikə meyl etmə səbəbləri müxtəlifdir. Bəzən yeniyetmələr böyüdüklərini göstərmək üçün narkotikdən istifadə edirlər. "Bəziləri isə bundan yeni hisslər yaşamaq, yeni əyləncə tapmaq, problemləri unutmaq üçün istifadə edirlər. Çünki ilk vaxtlar psixotrop və narkotik maddələr istifadəçilərdə özünə güvən, rahatlıq hissləri yaradır. Bu hissləri bir dəfə yaşayanlar hər dəfə problemi olanda bu yola əl atırlar. Zaman keçdikcə isə zəiflik, depressiya, fiziki ağrılar başlayır. İndi də bu əzablardan qurtulmaq üçün narkotikə əl atmalı olurlar. Beləliklə, istəməsələr belə narkotik alüdəsinə çevrilirlər",- deyə psixoloq bildirib. .

Onun fikrincə, uşaqlar narkomaniyadan müalicə olunmuş insanlarla görüşlərdən də uzaq tutmaq lazımdır: "Yeniyetmə keçmiş bir narkomanın tam müalicə oluna biləcəyini görüb arxayınlaşa bilər. Onda belə bir fikir formalaşa bilər ki, "əgər o narkotikdən xilas ola bildisə, mən də bacararam". Beləliklə o, narkotikdən istifadəyə meyl edə bilər".

Vəziyyət kəskin müdaxilə tələb edir və Təhsil Nazirliyi problemlərlə bağlı müəyyən tədbirlər gördüyünü bildirir. Nazirlikdən bildirdilər ki, yeniyetmələrdə psixotrop və narkotik maddələrə meylin qarşısını almaq üçün şagird və təhsil işçiləri ilə konfranslar, seminarlar, müzakirələr keçirilir, narkomaniya mövzusunda müsabiqələr, sərgilər təşkil olunur. Qeyri hökumət təşkilatları (QHT) da bu sahədə müəyyən işlər gördüklərini bildirirlər. Məsələn, Azərbaycan Uşaqlar Birliyi Daxili İşlər Nazirliyi ilə birlikdə "Məktəblərdə insan alveri və narkomaniyaya qarşı mübarizə mövzusunda dərslərinin keçirilməsi" layihəsində iştirak edib. QHT-lər müəyyən anonim sorğular keçirir və hesabatlarını DİN-ə təqdim edirlər.

Amma bu, cəmiyyətdəki gizli narkomaniyanaın açılmasını heç də yardım etmir. Adətən, uşaqlar öz narkoman yoldaşları barədə məlumat vermirlər və satqınlıq sayırlar. Nəticədə, narkomaniya qurbanlarının faciəsi daha da dərinləşir.

Bu məsələdə daha təcrübəli olan və son 5 ildə narkotik istifadəçilərinin yaş həddi 11-12 yaşa enən qərb ölkələri sərt üsullardan istifadə edir və Azərbaycan da bundan yararlanmalıdır. Bu çərçivədə məktəblərdə şagirdlərin narkotikdən istifadəsini müəyyənləşdirən müayinələr keçirilir. Peşəkar tibb işçiləri keçirən müayinələr nəticəsində, ehtiyac olarsa, həmin şagird müalicəyə yönləndirilir. Bütün bunlar şagirdin öz razılığı ilə edilir və anonimlik saxlanılır.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 5994   Tarix: 27 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040