Leyla Əliyeva ilə tanışlıq əkizlər və iş həyatı - Emin danışır

Leyla Əliyeva ilə tanışlıq əkizlər və iş həyatı - Emin danışırMüğənni-bəstəkar Emin Rusiyanın "Doroqoe udavolstvo" jurnalına müsahibə verib.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, ifaçı həyat yoldaşı Leyla Əliyeva ilə tanışlığından, iş həyatından və musiqidən danışıb.

O, müğənniliyin onun uşaqlıq arzusu olduğunu deyib:

"Musiqi həyatıma biznesdən daha əvvəl - 12 yaşımda gəlib. Atam iş adamıdır, hörmətli insandır, əhatəsi genişdir. Kimdənsə asılı olmamaq, onun diqqətinə layiq olmaq istəyirdim. Öz ayaqlarım üstündə durmağa çalışırdım. Düşündüm, nə qədər ki, bunu etməyəcəm, musiqiçi olmağa haqqım yoxdur.

Buna görə də, 15 yaşımda satıcılıq etməyə başladım. Bir saata 5 dollar 50 sent qazanırdım. 17 yaşımda isə mənim artıq öz biznesim var idi, gəlirim də pis deyildi.

O vaxt Amerikada yaşayırdım. Məktəbi yenicə bitirmişdim, Rusiya məhsulu olan saatlar, mücrülər, digər xırda əşyalar satırdım. Mən ən önəmli kolleksiyaçılardan biri olmuşdum. Bu bir növ "e-bay" tipli idi. Həftədə 800 auksionum olurdu.

Bu işə balaca qarajda başladım. Sonra bu, böyük ofisə çevrildi. İlk işimdə atam mənə dəstək olmayıb. O, heç o vaxt "e-bay" nədir, bilmirdi. Həftədə 800 hərrac keçirirdim. Mən Amerikada iqtisadiyyat, ticarət sahəsində təhsil almışam. Ona görə də, bu işləri yaxşı bacarıram".

Emin ailənin tək oğlu olmasından təəssüfləndiyini bildirib:

"Bir bacım var. Amma qardaşım yoxdur. Buna görə də, çox təəssüflənirəm. Əgər qardaşım olsaydı, musiqi ilə məşğul olmağa daha çox vaxtım qalardı. Mən asılı olmağı sevmirəm. Gənc yaşlarımda nəsə almaq üçün mütləq atamdan pul istəməli idim. Çünki heç vaxt cibimə qoymağa pul vermirdi.

15 yaşım olanda qərar verdim ki, bir daha atamdan pul istəməyəcəm. Özüm qazanmalıyam. Sözümü tutdum və bacardım. Mənim uşaqlığım var-dövlət içində keçməyib. 12 yaşıma qədər sovet dövründə yaşamışam. Atam həmin vaxt universiteti yenicə bitirmişdi.

Kiçik şirkətlərlə əməkdaşlıq edirdi. Biznesə başlayan kimi məni xaricə, ciddi bir məktəbdə oxumağa göndərdi. Səhər 8-də yuxudan durur, otağı özüm təmizləyir, bütün günü ciddi geyinir, qalstuk taxırdım. Atam məktəbimi "gestapo" adlandırır və onlardan məni "insan" etmələrini istəyirdi.

Sonra Amerikada oxudum, əvvəl velosipedlə gedib-gəlirdim. Daha sonra özümə motorlu velosiped aldım. İndi atamla iş yoldaşıyıq. Biznesimizi ayırmışıq. Hərəmiz öz işimizlə məşğul oluruq".

Oğlanları Əli və Mikayıldan danışan ifaçı onların bir-birindən çox fərqləndiyini deyib:

"Oğlanlarım beş yaş yarımlıqdırlar. Əkiz olsalar da, bir-birlərindən çox fərqlənirlər. Valideyn olmaq vacib işdir. Oğlanlarıma insani xüsusiyyətləri - ən çox da dürüstlüyü, adamlara diqqət və hörmət etməyi öyrətmək istəyirəm.

Bunu ətrafında dayəsi, işçiləri, cangüdəni olan bir uşağa öyrətmək çətindir. İstədiyin hər bir şeyi ödəyən ailən olanda həqiqətlə üzləşmək bacarığını itirirsən. Oğlanlarımda bu halın baş verməsini istəmirəm.

Atam müsahibələrinin birində demişdi ki, valideynlərimiz bizi böyüdəndə imkansızlığı gizlətməyə çalışırdılar. İndi isə biz onları böyüdəndə imkanlarımızı gizlədirik. Mən də bu cür davranmağa çalışıram. İnsaniyyət bütün çətinliklərin açarıdır".

Emin pullarını nəyə xərclədiyini də etiraf edib:

"Pullarımı yeni layihələrə xərcləməyi xoşlayıram. Boş şeylərə pul sərf etmirəm. Mənim iş otağım sadədir. Atam da mənim kimi dəbdəbəni sevmir. Onun qarajında "Rolls Royce" var, amma cəmi iki dəfə onu idarə edib. O, "Mercedes", mən isə "Range Rover" sürürəm. Atam mənə xüsusi idman üslublu maşın bağışlayıb. Amma onu nadir hallarda idarə edirəm".

"Siz təkcə varlı deyilsiniz, eyni zamanda Azərbaycan prezidentinin qızı Leyla Əliyeva ilə ailə qurmusunuz. Toy kişi üçün çox önəmlidir. Sizin mərasimi isə bütün dünya izlədi. Həmin gün sizi nə duyğulandırdı və ən çox yadınızda qaldı" sualına isə Emin belə cavab verib:

"Mən həmişə ailəm olmasını arzulamışam. Həmin gün mənim üçün önəmli idi. Biz Leyla ilə Senkt-Morisedə dağ xizəyi olan istirahət mərkəzində tanış olmuşuq. Mən dostlarımla, o isə ailəsi ilə dincəlirdi. Düzdür, atalarımız tanış idi. Amma bizim tanışlığımızda onlar heç bir rol oynamadı. Bu toy bizim öz qərarımızla baş verdi və bir-birimizə olan həqiqi hisslərimiz idi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 14274   Tarix: 26 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882