Bizim əcdadlarımız xərçəng xəstəliyinə tutulublarmı?

Bizim əcdadlarımız xərçəng xəstəliyinə tutulublarmı?Yapon alimi Katsudzo Nişi "Xərçəng sağalan xəstəlikdir", "Xərçəng xəstəlik deyil, cahilliyin əlamətidir" fikrləri sanki tibb elmini və insanları uzun illər qorxuyla yanaşdığı bu xəstəliyə qarşı üsyana səslədi. O, bizə daxilimizə gündə bir neçə dəfə nüfuz etməyi məsləhət görürdü. Amma hamı daxilinə nüfuz edə bilirmi? Öz həyat təcrübəsindən, yaşadıqlarından gözəl nəticələr çıxaran alim sonradan bu yaşamın hesabına milyonları xəstəni ölümün pəncəsindən aldı.

Azərbaycanlı həmkarımız Ərşad Əzimzadə isə Nişi sisteminin bəhrəsini gördü. O, 23 illik xəstəlikdən birdəfəlik canını qurtaranda bu üsuldan xalqımızın da yararlanmasına çalışdı və "Möcüzəsiz möcüzə" kitabını ortaya qoydu.

Söz yox, başqa millətlər artıq illərdir Nişi sistemindən yararlanırdı. Rusiyada Maya Qoqulanın kitabları da maraqla qəbul edilirdi.

"Çox yemək az yeməkdən də qoyur"

Bax, Nişi də elə bunu deyirdi. Xəstəxanada ağır xəstəlikdən yatdığı illəri xatırlayarakən deyir: "Məni az yemək sağaltdı. Xəstəxandakı palata yoldaşlarıma yaxınları daha qüvvəli, daha kalorli yeməklər daşıyırdılar ki, onlar çox yesin və tez sağalsın. Lakin çox və həddən artıq kalorili yemək sağaltmır, əksinə öldürür. Bu gün o palatada mənimlə yatan yaşıdlarım həyatda yoxdur".

Biz işdə, evdə, hər hansı məclisdə "yeyib-içən" adamları görəndə mat qalmırıq. Bir tərəfində yemək, birt tərəfində isə içki. Biz ona görə mat qalmırıq ki, buna artıq öyrənmişik.

Bəs çörək yeyərkən su içmək məsləhətdirmi? Əsla, yox. Yemək zamanı və ondan sonra su içən adam öz əli ilə həzmetmə prosesini pozur və qidanı öldürür. Çünki su 10 dəqiqədən sonra mədəni tərk edir, özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Mədə qalır şirəsiz. Əgər mədədə şirə yoxdursa, o zaman mədəyə yığılan qida necə həzm olacaq? Bax, elə mədəmiz və onunla yanaşı bütün orqanlarımız da bu suala cavab axtara-axtara sıradan çıxır.

Gəzən vaxtı, yaxud qaçarkən su içmək zərərlidir. Bu vaxt içilən su mədə divarlarını korlaya və zədələyə bilər. Suyun normadan çox içilməsi, orqanizmdə insulinin çatışmamasına və mədəaltı vəzin pis işləməsinə dəlalət edir...

Aclıq xərçəngi öldürür

Katsudzo Nişinin fikrincə, azkalorili qida xərçəng hüceyrələrinin bölünməsinin qarşısını alır və beləliklə də şişlərin öz-özünə yox olmasına gətirib çıxarır. Normal hüceyrələr isə orqanizmə çox az qida daxil olduqda belə, bölünmə qabiliyyətinə malikdirlər.

Tədqiqatçılar orqanizmin məhdud miqdarda enerji aldığı şəraitdə hüceyrələrin artımının riyazi modelini qurublar. Aydınlaşıb ki, xərçəng hüceyrələri belə şəraitdə sürətlə artmaq iqtidarında deyillər, bu zaman onlar ya çox ləng artır, ya da məhv olurlar.

Alimlərin siçovulların üzərində apardıqları oxşar tədqiqatlar azkalorili qida alan heyvanlarda prostat şişlərinin ölçüsünün çox yem qəbul edənlərdən kiçik olduğunu aşkarlayıblar.

Bundan öncə də alimlər piylənmə və qeyri-rasional qidalanmanın xərcəngin inkişafına xidmət etdiyini müəyyənləşdirmişdilər. Tarixən əhalisi az yeməyə öyrəşmiş ölkələrdə bağırsaq və döş xərçənginə nadir hallarda təsadüf edilir.

Xərçəngə qarşı necə qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət etməli?

C vitamini ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu vasitədir. Ona görə də bu vitaminlə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir. Təzə portağalın özü də, suyu da bu mənada dərmandır. Beta-karoten mənbəyi olan kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir. Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz, ağciyər xərçənginə səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur.
Britaniya mütəxəssisləri belə bir suala cavab axtarıblar: bizim əcdadlarımız xərçəng xəstəliyinə tutulublarmı? Bu məqsədlə onlar minlərlə qədim Misir və Cənubi Amerika mumiyaları üzərində tədqiqat aparıblar.

Məlum olub ki, xərçəng qədim dövrlərdə çox nadir xəstəlik olub və ona praktik olaraq rast gəlinməyib. Bu gün artıq xərçəng təbii səbəblərdən yaranan xəstəlik deyil. Konserogenlər - əsasən müasir sivilizasiyanın ərzaqları və natəmiz ətraf mühitdir. Ona görə də alimlər sivilizasiya ilə təması mümkün qədər minimuma endirməyi tövsiyə edirlər. Onların qənaətincə, bu, öz sağlamlığını təmin etmənin yeganə yoludur.

Qidanızı yaşıllaşdırın ki, həyatınız yaşıllaşsın!

Bitkilərin quruluşunda olan bəzi kimyəvi birləşmələr bitkiləri bakteriyalar, viruslar və göbələkdən qoruyur. Yüksək fitokimyəvi maddələr olan soya qabıqları, armud, kərəviz, zeytun, mərci, sarımsaq, yaşıl çay da xeyirlidir.

Tərkibində Omeqa-3 yağ turşuları olan qidalar, dəniz məhsulları da prostat xərçənginin qarşısını alır. Sarımsaq özü çox faydalıdır, orqanizmi infeksiyalardan, mədə, bağırsaq, yemək borusu və ağciyər xərçəngindən qoruyur.

Çalışın gurultulu musiqilərdən uzaq olun. Araşdırmalar belə musiqilərin də xərçəngə yol açdığını göstərir. Klassik musiqiyə üstünlük verin.
Siqaret, qırmızı ətdən çox istifadə etmək, köklük xərçəngin meydana gəlməsi üçün əlverişli mənbələrdir. Virus və bakteriyalar, ətrafdakı kimyəvi maddələr, hərəkətsizlik, immun çatışmazlığı, radiasiyaya məruz qalmaq xərçəngə şərait yaradır.

Xərçəng xəstəliyindən qorunmaq üçün daim təzə meyvə-tərəvəzlə qidalanmaq gərəkdir.

Alma - 5-24 faizə qədər şəkər, 1,3 faizə yaxın üzvü turşular (alma, limon, kəhrəba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzlarla zəngin olan almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Gündə ən azı 2 ədəd alma (qabığı ilə birlikdə) yesəniz, onlarla xəstəlikdən sığortalanmış olacaqsınız.

Nar –Xərçəng xəstəliyindən qorunmaq üçün ən effektiv vasitələrdən biri nar şirəşidir. Tərkibindəki maddələr səbəbilə qandakı xolesterolu və şəkərin miqdarını tənzimləyir. Buna görə də gündə bir stəkan təzə sıxılmış nar şirəsi içmək və ya 2-3 ədəd nar yemək lazımdır.

Qara üzüm –Son on ildəki araşdırmalar qara üzümün xərçəngə qarşı əhəmiyyətli bitki olduğunu üzə çıxarıb. Üzüm həmçinin qan-damar xəstəliklərindən də qoruyur. Maraqlıdır ki, qara üzümün çəyirdəyi və qabığı ilə birlikdə yeyilməsi daha məqsədəuyğun sayılır.

Böyürtkən –Tərkibindəki "eliagic asit" maddəsi xərçəng xəstəliyi törədən hüceyrələri məhv edir. Böyürtkən yarpaqları da çox xeyirlidir və çay şəklində istifadə edilir. Tərkibində müxtəlif xeyirli maddələr var, bunlardan alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitaminini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik.

Gilas –Tərkibində bol miqdarda "flavon" deyilən lazımlı bir maddə var. Xərçəngin əmələ gəlməsinə və inkişaf etməsinə mane olur. Xüsusilə də dəri, döş, ağciyər və qaraciyərdə əmələ gələn xərçəng xəstəliyinə qarşı təsirlidir.

Qarpız – "A" və "C" vitamini ilə zəngindir. Tərkibindəki maddələr bədənimizi xərçəngə qarşı qoruyur və vücudumuzu toksik maddələrdən təmizləyir.

Qırmızı turp –Əsasən ağciyər və döş xərçəngi riskini azaldır. Buna görə də yemək zamanı bol miqdarda turp yemək məsləhətdir.

Qırmızı bibər – "C" vitamini ilə çox zəngindir.

Xatırladaq ki, "C" vitamini "xərçəngli" hüceyrələrin böyüməsinə mane olur və toxumaları zərərli maddələrdən qoruyur.

Pomidor –Tərkibindəki "likopen" maddəsi ağciyər və döş xərçəngindən qoruyur. Həmçinin prostat problemlərini 40%-dək azaldır.

Sarımsaq –Xərçəngin yayılmasının qarşısını alır. Tərkibindəki selenium triptopan kimi xərçəng hüceyrələri ilə mübarizə aparır. Heyvanlar üzərində aparılan təcrübələr nəticəsində məlum olmuşdur ki, sarımsaq mədə, döş, bağırsaq, qida borusu, prostat və dəri xərçənginin yaranması və yayılmasına mane olur. Ona görə də gündə 2-3 diş sarımsaq yemək məsləhətdir.

Yerkökü –Gündə 2 stəkan yerkökü suyu içmək prostat xərçəngi riskini 20 faiz azaldır. Tərkibindəki "betakaroten" maddəsi ağız, qida borusu və mədə xərçənginə qarşı qoruyur.

Avokado –Tərkibindəki "qlutation" maddəsi çox təsirli bir hüceyrə qoruyucusudur, çünki ən yaxşı antioksidantdır. Antioksidantlar hüceyrələrin "qocalması" prosesini zəiflədir və xərçəng riskini azaldır. Bütün meyvələr arasında protein baxımından ən zəngin meyvədir. "E" və "B6" vitamini ilə də zəngindir.

Kələm –Çox miqdarda "B", "C" və "E" vitamini ilə zəngin kələm xüsusilə döş və bağırsaq xərçənginə qarşı effektivdir. Zəhərli maddələrin bədəndən çıxmasını təmin edir, qandakı şəkərin miqdarını azaldır, sarılıq xəstəliyinə qarşı təsirlidir. Aparılan araşdırmalar gösətrib ki, həftədə bir dəfə kələmlə qidalanmaq bağırsaq xərçəngi riskini 66 faiz azaldır.

Portağal – "C", "B" və "E" vitamini ilə zəngin olduğundan xərçəngə qarşı xüsusilə effektivdir. Bununla yanaşı, kökəlməyin də qarşısını alır. Ürək xəstəlikləri ilə mübarizə aparmaq üçün məsləhətli meyvədir.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3290   Tarix: 26 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 892
.

Qulaqda cingilti təhlükəlidir – HƏKİM RƏYİ

Qulaqlarda cingilti sağlamlıq problemlərinin əlaməti ola bilər. -ya istinadən xəbər verir ki, bunu nevroloq, somnoloq Diana Andreeva deyib. Onun sözlərinə görə, ən çox görülən səbəb xarici, orta və daxili qulaqın xəstəlikləridir. Qulaqlarda cingiltiyə psixoemosional pozğunluqlar, ürək-damar və endokri

24.12.2023 2033
.

Qan təzyiqini normada saxlayan qidalar

Yüksək qan təzyiqi (hipertoniya) damarlarda qan təzyiqinin normadan yüksək olduğu bir vəziyyətdir. Qan təzyiqi, ürəyin qanı damarlar vasitəsilə bədənə vurması zamanı yaranan təzyiqdir. Davamlı yüksək qan təzyiqi həyatı riskə atan xroniki xəstəliklərə yol aça bilər. Buna görə də, necə yediyiniz böyü

17.12.2023 1510
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 646
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1030
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 657
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23006
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1643
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 502