20 rayonda qaz olmayacaq

20 rayonda qaz olmayacaqBir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 18:00-dək Qax, Goranboy, Balakən, Qobustan, Kürdəmir, Şəmkir, Qaradağ, Şamaxı, Masallı, Binəqədi, Sabunçu, Siyəzən və Xətai rayonlarına, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, təmir-bərpa və quraşdırma işlərinin aparılması ilə əlaqədar işlər başa çatanadək Xəzər, saat 12:00-dək Oğuz, saat 12:00-dan 14:00-dək Şəki, saat 15:00-dək Qazax və Nərimanov, saat 14:00-dan işlər başa çatanadək isə Yasamal, Səbail və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işləri ilə əlaqədardır.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4633   Tarix: 20 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040