Qaradağda qanvermə aksiyası - FOTO

19 avqust 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.

Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilir. Belə ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etdilər.

anspress

Qaradağda qanvermə aksiyası - FOTO
Qaradağda qanvermə aksiyası - FOTO
Qaradağda qanvermə aksiyası - FOTO
Qaradağda qanvermə aksiyası - FOTO
Qaradağda qanvermə aksiyası - FOTO
loading...
f Paylaş
Bölmə: Digər Oxunub: 1740 Tarix: 20.08.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_NICE_
_NICE_ 21.07.2016
Allah komek olsun


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 20.08.2014
İNŞALLAH Həkimlərdə qanı pulsuz verər xəstələrə)
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 
tatlimmm
tatlimmm 20.08.2014
ne deyek ALLAH butun insanlara komek olsun AMIN xeber ucun twkler _Vusal_
Azadliga tek bir rakusdan baxmaqla qazanmaq olmaz baxiw acilarini geniwlendirerek o azadliga qovuwmaq lazimdir

 
mehman368
mehman368 20.08.2014
men gormedim hanslza imkanl olmayan insana deyelerki bu qan aksyadan ylgllb pulunu ver qanl al bu heqiqedi