Kişi ədəbiyyatının şorgözlüyü

Kişi ədəbiyyatının şorgözlüyüÜzüm ayağınızın altına, bir oxucum var, hər gün yeni şeir istəyir məndən. Lap nağıllarda hər gün qurban istəyən əjdaha kimi. Dünən dedim ki, bəs qışın gəlməsi şeir deyilmi? Yemədi.

Yenə üzr istəyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm, başqa bir oxucum da var, adama qəribə-qəribə suallar verir. Bir dəfə soruşdu ki, sizin ən, ən, ən böyük arzunuz nədir? Qaldım gözlərimi döyə-döyə.

Nə qədər axtardımsa, bu ən böyük arzu şoğəribi ürəyimin heç bir küncündə tapmadım. Yadıma düşdü ki, əslində mənim ən böyük arzum-filan yoxdu, eləcə su üzündə gəmi kimi yaşayıram özüm üçün. Amma bunu oxucuya deməkmi olar, biçarənin həyatdan əli üzülər, xəyalqırıqlığına uğrayar. Yenə sağ olsun, özü məni vəziyyətdən çıxardı, nəsə anlamadığım fəlsəfi şeylər danışdı, mən də dedim, elə sən deyəndi.

Öyünmək kimi çıxmasın, öyünərsə ər öyünsün, öyünmək qadına yaraşmaz, o gün, yəni müsəlmanın "o günü" məni televiziyaya çağırdılar. Canlı insandan çox gəlinciyə oxşayan donuq baxışlı aparıcı qız üzünə saxta bir təbəssüm qondurub ciddi-ciddi soruşdu ki, bəs kişi ədəbiyyatıyla qadın ədəbiyyatının fərqi nədir?

Burda artıq gözlərimi döyməklə iş bitmədi, başladım, siz də məni bağışlayın, ürəyimdə söyməyə. Ağlınıza başqa şey gəlməsin, ürəyimdə mən ancaq özümü söydüm. On yaşındaykən oyunun şirin yerində evə qaçıb o lənətəgəlmiş ilk şerimi yazdığıma və utanmaz-utanmaz evdəkilərə göstərdiyimə görə.

Sözüm məclisdən kənar, özümü xeyli söyəndən sonra rahatladım və qadın ədəbiyyatının gül camalından, vəsfi-halından, məkri-felindən, kişi ədəbiyyatının vüqarından, əzəmətindən, şorgözlüyündən, arvadbazlığından gözəl bir nitq irad elədim, ilan ağzından qurbağa qurtaran kimi çıxıb gəldim evə.

İçəri təzəcə girmişdim ki, müəllim yoldaşım ev telefonuna zəng elədi ki, bəs ölmüşəm, məni yerdən götür, bu "araşdırmaq" sözündəki "ş" ünsürü nə olan şeydi? Yəni, dilimizdə aramaq sözü var, araşmaq sözü isə yoxdu, deməli, şəkilçi deyil. Heç bitişdirici samit də deyil, çünki iki sait arasında gəlmir.

Ağlıma gələn ilk variantı dedim ona, dedim ki, bu "ş" mərdimazar bərpaedici samitdi. Gözünə döndüyüm həmkarım da qayıtdı ki, bəs onda quraşdırmaq sözündəki "aş" nədi?

Necə deyərlər, "burda nitqim tutuldu", aldım, görün nə dedim: "Sən hələlik bu sözü bir yerdə gizlət, şagirdlərə göstərmə, düşünüm görüm, neynirəm".

Elə müəllim yoldaşımın ağzını boza verib dəstəyi yerinə qoymuşdum ki, kənddə yaşayan dayımoğlu cib telefonuma zəng elədi:

— Bibiqızı, mən ölüm, qulaq as gör, bu qəzəl Nizamınındı, yoxsa Füzulinin?

Anladım ki, dayoğlum əməlli-başlı keflidi, mübahisə də hansısa içki məclisində tost üstündə düşüb. Başladım bığlı-saqqalı kişini başa salmağa ki, bu qəzəllərin fərqini bilmək üçün on altıncı əsr türkcəsi ilə müasir Azərbaycan dilini fərqləndirmək kifayətdi.

Bibioğlum, lənət şeytana, dayoğlum ( bu bibi-dayı məsələlərində həmişə çaşıram) kefli də olsa səsimdən əsəbiləşdiyimi hiss edib tələsik sağollaşdı. Qoymadı deyəm ki, gedin özünüzə başqa "zakuska" tapın, əl çəkin bu Nizamiylə Füzulinin yaxasından.

Əslində bunlar elə də dözülməz məsələlər deyil, başınızı ağrıtdımsa, üzr istəyirəm. Di gəl bütün bunlardan sonra adamdan "necəsən?" soruşmayalar. Bu suala cavab tapmağa artıq heç bir istedad kömək eləmir. Əlacsız qalıb uşaqlıqdan əzbərimdə qalmış o cümləyə müraciət edirəm:

Əvvəla salam, salamdan sonra əgər zəhmət çəkib bizim tərəflərin əhvalı ilə tanış olmaq istəsəniz, biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir olan Allahdan arzu edirik.

Vəssəlam. Bu qədər bəsit. Sonda bir daha üzr istəyirəm.

Yazar: Səhər Əhməd


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1367   Tarix: 19 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877