Bilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏ

Efirə ilk dəfə "ATV maqazin" verilişinin aparıcısı kimi çıxıb. Buna baxmayaraq, hamı onu aktyor, yumor ustası kimi tanımağa başladı. ATV-nin milyonlarla izləyicini ekranlara bağlayan "Bozbash pictures" teletamaşasının Fəlakətinin – Elşən Orucovun müsahibəsini təqdim edirik:

- Fəlakət kimi tanınmağına, şəhərdə, sosial şəbəkələrdə sənə bu adla müraciət etmələrinə əsəbləşdiyin an olub?

- Əsəbləşmirəm... Amma hərdən narahat oluram. Hətta etiraf edim ki, Fəlakəti qısqanmışam da. Çünki onu məndən çox sevirlər.

- Əvvəl montajçı, sonra aparıcı, indi isə aktyor Elşən Orucov... Hansı sənə daha doğma idi? Hansı həyatında xoş iz qoydu, hansı səni yordu?

- İxtisasca Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. Təbii ki, aktyor peşəsi mənim üçün daha doğmadır. Amma televiziyada işləməyim də mənə çox kömək oldu. Həm sənətimdə, həm fikirlərimin formalaşmasında televiziyadakı işimə borcluyam. Televiziya böyük məktəbdir. Hamısı mənə doğmadır. Amma mən universiteti bitirdikdən sonra teatrdakı bataqlığı görəndə fikirləşdim ki, mənim aktyorluq sevgim bura kimidir və uzaqlaşdım. Televiziyaya gəlməyim həm təsadüfən, həm də zərurətdən oldu. İndi xoşladığım işlə - aktyorluqla məşğul oluram, bu da mənə doğmadır.

- Haqqında çox şayiələr yayıldı: guya sənə ev, avtomobil verdilər. Bunları oxuyanda ilk reaksiyan necə oldu?

- Mən də hamı kimi bu xəbəri internetdən oxudum. Birinci güldüm. Sonra zənglər gəldi, ardınca daha da xoşagəlməz məlumatlar yayıldı. Narahat olurdum. İş o yerə çatdı ki, mənim bu şayiələri inkar etməyimə də insanlar inanmırdılar. Deyirdilər ki, əşi, gizlətdiyin bəsdir, o boyda saytlar yazır...

- Nə vaxtsa bu məşhurluqdan bezib yorulduğun olub?

- İşdən heç vaxt bezmirəm. İşləməyən adam görəndə ona qeyri-ciddi biri kimi baxıram. Ola bilər ki, müəyyən müddətlik istirahət edim. Amma dincələndə də işimi fikirləşirəm. Məşhur olmaq çox asan, sevilmək isə çətindir. Çox şükür ki, bu gün məni görən hər kəs məhəbbətini bildirir. Bu, mənim üçün dəyərlidir və məni çox xoşbəxt edir. Bundan bezmək, yorulmaq olmaz.

- Bu gün yumoristik obraz canlandıran aktyor kimi tanınırsan. Bəs, nə vaxtsa dramatik rolla da tanınmaq istəyərdin?

- Bəli. Məncə, pis alınmaz. Amma rejissorlar "Fəlakət"dən sonra buna inanmırlar. Bundan əvvəl də komik bir rolu canlandırmaq istəyəndə mənə heç kim inanmırdı. Sübut etdim ki, bacarıram. Bunu da isbatlamağı bacaracağam.

- Məşhurluğun ən gözəl tərəfi nədir?

- Sevilmək gözəl hissdir. Həm də bizim xalqımız çox istiqanlıdır. Bu gün məni haradasa görən ailə yaxınlaşıb, məhəbbətini bildirirsə, bu, mənə ancaq xoş təəssürat bağışlayır. Hətta bir dəfə Naxçıvana çəkilişə getmişdik, gözləri görməyən bir qadın bizə yaxınlaşıb sevgisini bildirdi. Çox qəribə hisslər keçirdim. Bunu sözlə ifadə edə bilmərəm...

-Müsahibələrinin birində oxumuşdum ki, "ikinci olmaq məni yorur" demisən. İndi birincilər siyahısındasan. Bu, necə duyğudur?

- Heç vaxt belə iddiam olmayıb. Birinci və ya ikinci olmaq önəmli deyil. Başa düşmüşəm ki, heç kimə layiq olduğundan artıq dəyər vermək olmaz. Həmişə bu kəlməni işlədirəm: Allah hamıya ürəyincə versin!

- Haqqındakı hansı şayiənin gerçək olmasını istəyərdin?

- Elə hamısının gerçək olmasını arzulayıram (gülür). Bir dəfə yalandan yazmışdılar ki, avtomobil qəzası keçirmişəm. Onun həqiqət olmasını istəmərəm.

- Bir az da Fəlakətin şəxsi həyatından danışaq... Sevgi cəbhəsində vəziyyət necədir?

- Burada hələ ki nisbi sakitlikdir.

- Ola bilməz ki, Fəlakətə sevgi etirafı edən qızlar olmasın...

- Hə... Çox olur. Elşənə sevgi etirafı edən yoxdur, amma Fəlakətə o qədər sevgi etirafları gəlir ki... Bilmirəm, qızlar o "tupoy"un nəyini sevirlər. Gül kimi məni bəyənmirlər.

- Yeni mövsümdə "Bozbash pictures"də hansı yeniliklər olacaq?

- Fərqli bir layihə ilə gəlirik. Bunu etməyin vaxtı çoxdan çatmışdı. Artıq işlərə başlamışıq. Az qalıb, gözləsinlər...

- Bəs, yayda heç dincəlmədin?

- Müsahibəni bitirdikdən sonra, hava limanına yollanıram. Dostlarımla birlikdə xaricdə dincələcəm. İşimiz o qədər çox idi ki, bu yay istirahət edə bilməmişdik.

Bilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏBilmirəm qızlar o tupoyun nəyini sevirlər məni bəyənmirlər - FOTO-MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 13482   Tarix: 21 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720