İstintaqa çağırıldığı iddia olunan Elgizdən açıqlama

İstintaqa çağırıldığı iddia olunan Elgizdən açıqlamaAvqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb

Sumqayıt Şəhər Polis İdarəsində ananın izahatı alınıb. Uşağı oğurlanan ailənin yaşadığı ünvana baş çəkən Teleqraf.com-un əməkdaşları ailə haqqında bir sıra məlumatlar əldə edib.

Bildirilir ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana "Adam içində" verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib.

Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.

Aysel Əhmədovanın qonşularından əldə edilən məlumata görə, baş verən hadisədən sonra aparıcı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağrılaraq, dindirilib.

Xatırladaq ki, 2 aylıq körpəni oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu məsələ ilə bağlı Elgiz Publika.az-ın suallarını cavablandırıb:

- Elgiz, bu, nə məsələdir, adın uşaq oğurluğunda hallanır?

- İnan ki, şokdayam, özümə gələ bilmirəm. Əsəb sarsıntısı keçirirəm. O uşağı mənəvi uşağım sayıram, hesab edirəm ki, mənim uşağımı oğurlayıblar. Uşağı oğurlanan ata necə olarsa, mən də o haldayam.

- Səncə, uşağı kim oğurlayıb?

- O qadını istintaq artıq müəyyən edib, şəkli də onlarda var. Əslində, o qadın əvvəldən bunu planlaşdırıbmış. Mən ona üzümü tutub demək istəyirəm ki, ortaya çıx, cəzan yüngülləşər. Əks halda, vəziyyətin pis olacaq. Mən dəqiq bilirəm ki, o, uşağı satıb. O qadına demək istəyirəm ki, onsuz da, pulun batacaq, bəri başdan uşağı geri gətir.

- Eşitdik, səni də istintaqa çağırıblar?

- Yox, hüquq mühafizə orqanlarından mənim yanıma gəldilər. ANS-də məndən izahat aldılar. Mən özümdə olan bütün məlumatları onlara verdim. O qadın, əslində, verilişimə gəlirdi, amma üzünü göstərmirdi. Deməli, əvvəldən işini planlaşdırıbmış. Özünü buna görə də cəmiyyətə təqdim etmək istəmirmiş. Gəlirdi telekanala, pilləkənin altında dayanırdı, üzünü göstərmirdi.

- Uşağın anasında günah görürsən?

- Yazıq qadında heç bir günah yoxdur. Onun durumu bu saat çox pisdir. Mən ondan da betərəm.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 782   Tarix: 13 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 1017
.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

19.04.2024 2374
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 6109
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 280
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1458
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1559
.

Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, 2 ay öncə iştirak etdiyi verlişdə qalmaqallı fikirlər səsləndirib. O, deyib: "Vəsiyyət etmişəm ki, məni kostyumda dəfn edin". Daha ətraflı videoda:

15:06 0
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 463
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 856