Azərbaycanlı müğənni: On iki il ayrı qaldıq - MÜSAHİBƏ

Azərbaycanlı müğənni: On iki il ayrı qaldıq - MÜSAHİBƏMüğənni Sevda Kazımovanın müsahibəsi.

- Sevda xanım, sizə illərin təcrübəsi, desək, yerinə düşər. Müğənniliyə gedən yol sizin üçün haradan başladı?

- Oxumaq həvəsi məndə tez yaransa da, səhnəyə gec çıxdım. Atam müğənni olmağımı istəmirdi. Oxumağa icazə vermirdi. Sonra ailə həyatı qurdum və həyat yoldaşımın icazəsiylə oxumağa başladım.

- Artıq neçə ildir səhnədəsiniz?

- İyirmi beş ildən çoxdu ki, səhnə fəaliyyətim var.

- Bir sözlə, ailə qurandan sonra tam "azadlığ"a çıxdınız. Bəs sonra atanız sizin bu qərarınızla barışıdı?

- Artıq yoldaşım mənə tam sərbəstlik vermişdi. Necə lazımdırsa, mənə dəstək olurdu. Ailəm də mənim bu işimlə yavaş-yavaş razılaşmağa məcbur oldu.

- Bu sərbəstlik nə qədər davam etdi?

- İki övladım olandan sonra həyat yoldaşımla ayrıldıq. On iki il ayrı qaldıq.

- Boşanmaq istəyi sizin tərəfinizdən olmuşdu, yoxsa onun?

- Boşanmağımızı o istədi. Amma biz-bir birimizi dəlicəsinə sevib ailə qurmuşduq.

- Bəs bu sevginin qarşısında ayrılmağa səbəb nə idi?

- Mərdimazarlar bizə rahat yaşamağa imkan vermədilər. Aramıza girdilər və bizi ayırdılar.

- Sizə böhtan atmışdlar?

- Təxminən elə bir şey idi. Amma haqq-ədalət öz yerin tapdı və biz yenidən barışdıq.

- Həyat yoldaşınız peşman olmuşdu?

- Bəli, çox peşman idi. Getdiyi kimi də qayıtdı. Mən də onu qəbul etdim.

- İndi necə yola gedirsiniz?

- Şükürlər olsun, hər şey qaydasındadır. Yaxşı dolanırıq. Aramızda heç bir narazıçılıq olmur, demək olar ki.

- Sevda xanım, boşanandan sonra heç kimi sevmədiniz?

- Bu barədə danışmaq istəmirəm. Amma bircə onu deyə bilərəm ki, mənə həddindən çox sevgi təklifləri və etiraflar olurdu. Heç birini qəbul etmirdim.

- Bəlkə, həyat yoldaşınız sizi nəzarətdə saxlayırdı, ona görə ehtiyat edirdiniz?

- Xeyr, o, məni heç vaxt qısqanmayıb. Heç biz zaman məni ciddi nəzarət altında saxlamayıb. Əksinə, mənim sənətimi çox bəyənirdi. Hətta geyimimdə də mənə sərbəstlik vermişdi. İndi də elədir.

- Etiraf edin, yenidən barışdıqdan sonra, o, indi sizin üçün sevdiyiniz insandır, yoxsa daha çox uşaqlarınızın atası?

- Mən ona bir kişi kimi həmişə hörmət etmişəm. Onu sevmişəm. Amma sevgi tədricən azalır. Xüsusən də, yaş artdıqca. Bir də nəzərə alsaq ki, bir dəfə ayrılıb yenidən qovuşmuşuq, bu da mənim sevgimə öz təsirin göstərdi. Daha çox uşaqlarımın atasıdır desəm, yerinə düşər.

- Geyimdən söz düşmüşkən, siz də vaxtilə açıq-saçıq geyimlə diqqət çəkən müğənnilərdən olmusunuz. İndi, sanki, bir qədər qapalı geyimlərə üstünlük verirsiniz.

- Bəli, vaxtıikən açıq-saçıqlığı ilə diqqət çəkən üç müğənni var idi - Brillinat Dadaşova, Aygün Kazımova, bir də mən. Düzdür, indi o açıq-saçıqlığı indi bir qədər azaltmışam. Amma yenə də mənə nə yaraşırsa, onu geyinirəm. Zənnimcə, mənim bədən quruluşum qısa və açıq-saçıq geyinməyimə imkan verir.

- Gözəlliyinizi və gəncliyinizi hələ də qoruyub saxlaya bilmisiniz. Bunun üçün hansısa bir plastik əməliyyatdan yararlanmısınız?

- Simamda, bədənimdə heç bir dəyişiklik etməmişəm. Yalnız bir dəfə dodağımın üstündəki boşluğu doldurmaq üçün iynədən istifadə etmişdim. O da ki, iynə yerinə düz düşməmişdi. Ona görə də dodağım bir az şişdi. Amma onu da deyim ki, əvvəlki dodağım indikindən daha gözəl idi.

- Öz sənətinizdə bir "durğunluq" hiss edirsiniz?

- Bəlkə də, ola bilər ki, bir qədər efirlərdən uzaq düşmüşəm. Amma sənətimi sevənlər, məni öz məclislərində görmək istəyənlər kifayət qədərdir.

- Doğurdan, toy bazarında vəziyyət necədir? Məclisləriniz əvvəlkinə nisbətən azalıb, yoxsa artıb?

- Toylara tez-tez dəvət alıram. Mənə tələbat həmişə var (gülür). Amma hər toyda da iştirak etmirəm.

- Son zamanlar KİV-də sizin şəkilləriniz yayıldı. Buna münasibətiniz necədir?

- İnanın mənə, mənim heç bunlardan xəbərim yox idi. Sosial şəbəkədə paylaşmışam, məndən icazəsiz mətbuatda yerləşdiriblər. Görəndə, az qalımışdı ki, əsəbimdən ürəyim partlasın. İnsanların şəxsi həyatına bu cür müdaxilələr etmək yolverilməzdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2726   Tarix: 08 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918