Bu güllələr Leyla Yunusun qisası üçün atılır – Fotofakt

Bu güllələr Leyla Yunusun qisası üçün atılır – FotofaktErməni blogger sferasında bu günlərdə həbs olunan Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusla bağlı qızğın müzakirələr açılıb.

Erməni bloggerləri Azərbaycan-Ermənistan təmas xəttində baş verənləri, ermənilərin çoxsaylı diversiyalarını L.Yunusun həbsinə cavab olaraq cəza aksiyası hesab edir.

Erməni saytlarında L.Yunusun xidmətlərinin təriflənməsi Azərbaycan hakimiyyətinin ünvanına qəzəbli şərhlərlə müşayiət olunur. "Novosti Armeniya" adlı aparıcı erməni saytı "DQR Müdafiə Nazirliyi: Bakının təbliğat maşını özündən uydurmaqda davam edir" başlıqlı bir yazı verib. Bu xəbərin altında erməni bloggerlərinin dərhal son hadisələr barədə müzakirəsi açılır. Onlar hesab edirlər ki, cəbhə xəttində baş verənlər həbs olunan hüquq müdafiəçisi üçün cəza aksiyasıdır.

Aram Davidyan adlı blogger yazır: "Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusu həbs etdilər. Bu qadın Qarabağın müstəqilliyi üçün çox şey etdi. Biz tezliklə Bakını azad edəcəyik və onda Leyla Yunus da azadlıqda olacaq. O, Qarabağın bütün ordenlərinə layiqdir. Bu Leyla üçün qisasdır. Azərbaycan, siz onu nə qədər ki, həbsdə saxlayacaqsınız, o qədər bizdən güllələr və raketlər alacaqsınız. Anladınızmı???".

Erməni blogerinin sözləri bu anlama gəlir ki, bizim əsgərlərimizə güllələr L.Yunusun qisasının alınması üçün atılır.

Bir başqa blogger Sarqis Xaçatryan da onu təkrarlayır: "Leylanı niyə həbs etdilər? Çünki, onun damarlarında erməni qanı axır. Biz hamımız Leyla Yunusa minnətdarıq ki, o bizə sülh gətirmək istəyirdi. Onu isə həbs etdilər. Əsgərlərimiz Leyla Yunus azad olunana qədər atəş açmalıdır. Onlar hətta Bakı və Leylanı azad edəcəklər. Leyla Barseqyana azadlıq!!!"

Beləliklə, Ermənistanda Azərbaycan hüquq müdafiəçisi üçün əsl dəstək kampaniyası başlayır. Onu ermənilərin qəhrəmanı obrazında təqdim edirlər. O, guya sülh və xalqların barışığı üçün mübarizə aparır. Guya, erməni əsgərləri azərbaycanlı əsgərlərə Leyla Yunus azad edilməyənə kimi güllə atacaqlar. Ermənilər Leylaya Barseqyan soyadı da qoşublar. Barseqyan isə xanım Leylanın ana soyadıdır.

Sual olunur, doğrudanmı L.Yunus bütün bu illər ərzində ermənilər çox şey etdi? Yoxsa, ermənilər sadəcə L.Yunus problemindən erməni ictimai rəyində manipulyasiya etməyə qərar veriblər? Bu suala cavab vermək hələ ki çətindir

Publika.az

Bu güllələr Leyla Yunusun qisası üçün atılır – Fotofakt


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2389   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040