Məleykə Əsədovanın 400 min manatını ələ keçirən sevgilisinə hökm oxundu

Məleykə Əsədovanın 400 min manatını ələ keçirən sevgilisinə hökm oxundu"Asifə görə müğənninin əsəbləri pozuldu, ürəyində problem yarandı".

Dələduzluq, oğurluq maddələri ilə özgənin etibarından sui-istifadə edib külli miqdarda pullar ələ keçirən Asif Vəliyev və Anar Əhmədovun məhkəmə prosesi başa çatıb. Qeyd edək ki, adı bir sıra cinayət hadisələrində hallanan Asif Vəliyev xalq artisti Məleykə Əsədovanın sevgilisi olub.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, xalq artisti Məleykə Əsədovanın sevgilisi kimi tanınan Asif Vəliyev 2011-ci ildə özgənin etibarından sui-istifadə etməklə dələduzluq cinayəti törədib. O, Yasamal rayon sakinləri Kərəm Abbasovu Dövlət Neft Şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə söz verib, 2300 manat pulunu mənimsəyib, Lalə Babaşovaya isə Türkiyədən avtomobil gətirəcəyinə söz verib, 8 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində onun barəsində 178.3.2 (külli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb.

Lakin ağır xəstəliyi ilə əlaqədar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Az müddətdən sonra onun ev dustaqlığına da xitam verilib. 2013-cü ildə Gürcüstanda polis tərəfindən saxlanılıb. Müəyyən edilib ki, onun barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbsi axtarış elan edilib. Bundan sonra A.Vəliyev həbs olunaraq Bakı istintaq təcridxanasına təhvil verilib.

Əvvəllər Cinayət Məcəlləsinin180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə) maddəsi ilə 2 il azadlıqdan məhrum edilən Anar Əhmədov barəsində isə növbəti dəfə 177.3.2-ci (külli miqdarda ziyan vurm) maddə ilə cinayət işi başlanıb. Lakin o, qaçıb gizləndiyindən barəsində axtarış elan olunub. Bir müddətdən sonra tutularaq istintaqa cəlb edilib. Asif Vəliyevlə Anar Əhmədov birləşərək paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində "Hyundai Sonata" markalı avtomobildən 2500 manat pul, Abşeron rayonu, Novxanı bağları massivində "Audi-Q7" markalı avtomobilin şüşəsini sındırıb oradan da 40000 ABŞ dolları və 24000 manat oğurlayıblar. Beləlikə, Yasamal, Səbail və Abşeron rayonlarında törətdikləri cinayət işləri birləşdirilərək materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Məleykə Əsədovaya yalandan subay və imkanlı olduğumu demişdim".

Müttəhim qismində dindirilən Asif Vəliyev xalq artisti Məleykə Əsədova ilə münasibətlərindən də danışıb. Bildirib ki, xalq artisti ilə 2012-ci ildə tanış olub görüşməyə başlayıblar. Hətta onun evinə köçüb birlikdə yaşayıblar. A.Vəliyev özünü ona imkanlı iş adamı kimi təqdim edib və M.Əsədovadan iş qurmaq adı ilə 400 000 manat borc pul alıb. 200 000 manatını isə M.Əsədovanın tapşırığı ilə "Texnikabank"-dan kredit götürüb. Lakin bu müddət ərzində A.Vəliyev nə bankdan götürdüyü krediti, nə də M.Əsədovadan aldığı pulu ödəyə bilib. Bundan sonra aktrisa aldadıldığını başa düşüb:

"Məleykəyə yalandan subay və imkanlı olduğumu demişdim. Amma borclarımı qaytara bilmədiyimə görə, məndən şübhələndi. Sonra da pullarını tələb etməyə başladı". Lakin həmin ərəfədə A.Vəliyev dələduzluq etdiyinə görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. 2013-cü ildə isə həbsdən çıxıb. M.Əsədova yenidən pullarını tələb etməyə başlayıb".

"Asifə görə Məleykə Əsədovanın əsəbləri pozuldu, ürəyində problem yarandı".

Şahid qismində ifadə verən Məleykə Əsədovanın 13 illik köməkçisi Kəmalə Nоvruzova A.Vəliyevi xalq artistinin keçmiş nişanlısı kimi tanıdığını iddia etdi. Onun sözlərinə görə, Asif özünü mömin, düzgün adam kimi qələmə verib biznesmen olduğunu, Dubaydan Azərbaycana satmaq üçün avtomobillər gətirdiyini söyləyib:

"Asif tez-tez Məleykə xanımın evində qalırdı. Onda aktrisaya söz verdi ki, xaricdən ona "Mazeratti" və "Mersedess Viana" markalı maşınlar gətirəcək. Bunun müqabilində də ondan böyük məbləğdə pul aldı. Vaxt keçdikcə, Məleykə xanım gördü ki, ona söz verilən avtomobillər gəlib çıxmır və Asifdən maşınları tələb etdi. O da həmişəki kimi min bir bəhanə gətirib onu aldatdı. Artıq Məleykə xanımla Asifin münasibətləri kəskin həddə çatmışdı. Asif başladı ona yalan danışmağa. Dedi ki, maşınların pulunu ona "atıblar", yəni pulu verdiyi adam onu aldadıb qaçıb. Aradan bir müddət keçəndən sonra Asif haradansa köhnə vəziyyətdə olan "Mazeratti" markalı bir avtomobil tapıb gətirdi. Həmin avtomobili Məleykə xanıma verdi və dedi ki, öz puluma almışam".

Lakin sonradan məlum olub ki, həmin avtomobil kreditdədir. Asifin isə banka külli miqdarda borcu var. Bunları bildikdən sonra M.Əsədova Asiflə münasibətlərinə son qoyub.

K.Novruzova onu da əlavə etdi ki, M.Əsədova baş verənlərdən sonra Asiflə danışmaq istəmədi. Ona görə də Asifə zəng edib aktrisanın pulunu o tələb edib:

"Mən Asifə hər dəfə zəng edəndə xahiş edirdi ki, Məleykə xanıma deyim onu bağışlasın. Sonra biz avqust ayında eşitdi ki, o, Yasamal polisi tərəfindən həbs olunub. Asifə görə Məleykə xanımın əsəbləri pozuldu, ürəyində və səs tellərində problem yarandı". Uzun müddətdən sonra, yəni 2013-cü ilin əvvəlində Asif Məleykə Əsədovaya zəng edərək həbsxanadan çıxdığını, yenidən onunla barışmaq istədiyini bildirsə də, M.Əsədova da onu bağışlamayacağını deyərək pulunu tələb edib.

M.Əsədovanın sevgilisi Asif Vəliyevin istintaq prosesi isə şahidlərin dindirilməsi ilə davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3339   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964