Zeytun yağı: qadın gözəlliyi üçün qızıl maye!

Zeytun yağı: qadın gözəlliyi üçün qızıl maye!Qədim yunanlar nahaq yerə zeytun yağını "qızıl maye", misirlilər isə təbiətin qiymətli hədiyyəsi hesab etməyiblər. Onun tərkibində A, D, E, K vitaminləri vardır. Bu vitaminlər antioksidant təsirə malik olub, kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə yardım edir, hüceyrələrin inkişafını stimullaşdırır. Onun tərkibindəki maddələr xolesterinin bağırsaqda mənimsənilməsinə maneçilik yaradır. Zeytun yağının dərini cavanlaşdırması isə çoxdan təsdiqlənmiş faktdır.

BiG.AZ Bizimyol.info-ya istinaden bildiriri ki,Zeytun yağı ən sağlam məhsullardan biri də hesab edilir. Əbəs yerə bu yağ Aralıq dənizi pəhrizinin tərkibində özünəməxsus yer tutmayıb. Zeytun yağı həm də ən təhlükəsiz məhsul ona görə hesab edilir ki, onun istifadəsi ilə bağlı heç bir sərt məhdudiyyət də yoxdur.

Bu unikal məhsul kosmetologiyada da geniş istifadə edilir. Çünki zeytun yağı dərini gözəlləşdirir, saçları parlaq edir.

Üzün dərisinin təmizlənməsi üçün zeytun yağından gel hazırlamaq olar.

Geli hazırlamaq üçün lazım olan komponentlər bunlardır:

4 xörək qaşığı aloe şirəsi

4 xörək qaşığı zeytun yağı

limon, nanə, çay ağacı və badam yağlarının hər birindən 1 çay qaşığı

Bu yağları tünd rəngli şüşəyə tökün və soyuducuda saxlayın. Geldən istifadə qaydası çox sadədir. Pambığı gelə batırın və üzünüzü onunla silin.

Bu geli sürtdükdən sonra aşağıdakı maskanı da 30 dəqiqə dəridə saxlamaqda fayda var.

Bir bananı əzin, təzə xiyarı süzgəcdə sürtün. 2 xörək qaşığı zeytun yağını da bu kütləyə əlavə edin.

Yeri gəlmişkən, bu geldən istifadə üz dərisində qara nöqtələrin yaranmasının qarşısını alır. Ən əsası bu geldən yağlı dəriyə sahib olanlar da istifadə edə bilər.

Bundan başqa, zeytun yağı dişləri ağartmağa kömək edir! Dəniz duzuna bir-iki damcı zeytun yağı tökün və ehtiyatla dişləri sürtün. Sonra təbii ki, ağzınızı su ilə yaxalayın.

Zeytun yağını qəhvə və ya yulaf dənəcikləri ilə birləşəndə sifət və bədən üçün gözəl skrab rolunu oynayır.

Zeytun yağı göz ətrafı dəri üçün də ən münasib vasitədir. Adsız barmaqla və yumşaq hərəkətlərlə zeytun yağını göz ətrafı dəriyə çəkin və 30 dəqiqə gözləyin. Artıq yağı kağız salfetlə götürün. Əgər hər axşam bu proseduranı etməyi unutmasanız "qaz ləpiri" adlanan göz ətrafı qırışdan azad olarsınız.

Zeytun yağı ilə dərini canlandıran, liftinq-effektinə malik olan maska da hazırlamaq mümkündür. 1 çay qaşığı zeytun yağına, xama, kök və limon şirəsi və 1 xörək qaşığı maya əlavə edib. İnqrediyentləri yaxşıca qarışdırdıqdan sonra maskanı 10-15 dəqiqə sifətinizdə saxlayın, sonra soyuq su ilə yuyun. Bir ay ərzində həftədə 2-3 dəfə bu maskadan istifadə etsəniz nəticəyə inanmayacaqsınız.

Vannaya tökülən bir neçə damcı zeytun yağı bədən dərisini qidalandırır, kövrək dırnaqlar möhkəmləndirir. Hələ qədim zamanlarda gözəl qadınlar vanna qəbul etmədən öncə bədən dərisinə zeytun yağı çəkirdilər. Bununla da dərinin yumşaq və zərif qalmasına nail olurdular.

Zeytun yağı dəri çapıqları, izləri ilə mübarizədə də kömək edir: Zədələnmiş dəri nahiyələrinə yağı çəkin, dəsmalla həmin bölgəni masaj edin. 10 dəqiqə sonra ilıq su ilə yuyun.

Ələ kartofdan hazırlanan maska çəkib, yuduqdan sonra əllərə zeytun yağı çəkmək tövsiyə olunur. Əgər əllərin dərisi həddindən artıq qurudursa, əlləri isti zeytun yağında saxlamaq çox kömək ola bilər.

Zeytun yağı saçlara qulluq üçün əvəzolunmazdır! Gənəgərçək və zeytun yağlarının qarışığı kəpəklə mübarizə üçün gözəl vasitədir.

Saçların parlaqlığı üçün maska resepti belədir: Bir yumurta sarısını 1 xörək qaşığı zeytun yağı, bir limon şirəsi və 1/2 stəkan pivə ilə qarışdırın. Maskanı saçda 5 dəqiqə saxlayın, sonra adi qayda da yuyun. Bu maskadan müntəzəm istifadə edildikdə tükün kökü qıdalanır.

Zeytun yağlı daha bir sadə maska: İlıq zeytun yağını saça çəkin. Başınıza sellofon papaq taxım. 30 dəqiqə sonra adi qayda da saçları yuyun. Bu maska saçın uzanmasına, baş dərisinin nəmlənməsinə kömək edir, saç uclarının qırılması və saç tökülməsi kimi hallarla mübarizə aparır.

Saç üçün zeytun yağlı maska reseptlərinin sayı həddindən artıq çoxdur.

Haçalanan saç ucları üçün maska resepti: 2 xörək qaşığı zeytun yağını 1 xörək qaşığı sirkə və bir yumurta ilə qarışdırın, maskanı bir az isidin. Saç uçuna çəkilən maskanı 30-40 dəqiqədən sonra yuyun.

Saçları möhkəmləndirən maska: 2 xörək qaşığı balı 3 xörək qaşıq zeytun yağı ilə qarışdırın, saçlara çəkin, 30 dəqiqə sonra yuyun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6009   Tarix: 31 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489