Nümunəvi uşaq tərbiyə etməyin üsulları

Nümunəvi uşaq tərbiyə etməyin üsullarıİndiki dövrdə uşaq tərbiyə etmək elə də asan məsələ deyil. Üstəlik kənar şəxslərin də ailəyə övladını tərbiyə etməsi üçün verdiyi öyüd-nəsihətlərin bol olduğu bir zamanda. Hər bir uşaq fərqli olduğu üçün onların tərbiyə üsulu da elə özünəməxsus formada olmalıdır.

Mütəxəssislərin uşaq tərbiyəsində olduqca böyük təsiri olan bir çox məsləhəti var.

BiG.AZ bu məsləhətlərdən bəzilərini təqdim edir. Yaxşı övlad tərbiyə etmək istəyirsinizsə, bunlara əməl edin:

-Bir uşağın ata-anası tərəfindən "səninlə qürur duyuram", "yaxşı çalışmağın məni xoşbəxt edir" kimi sözlərlə ürəkləndirilməsi onu xoşbəxt edir. Bu uşağın uğur qazanması üçün daha çox səy göstərməsinə səbəb olacaq, onu motivasiya edəcək, mübarizə gücünü artıracaq.

-Ailənin bütün üzvləri arasındakı bağlılıq, fərqdlərin öz problemlərini də ailə ilə birgə həll etməyə çalışması, ailə daxili problemləri, başlarına gələn yaxşı-pis hadisələri, ailəni sevindirən və üzən hadisələri bir yerdə danışıb, paylaşmaq uşaqları xoşbəxt edir. Bu onların da sizin kimi olmasına səbəb olur. Bu, həmçinin onların özünəqapalı olmasının qarşısını alır, problemlərini sizinlə bölməsinə şərait yaradır.

-Sosial problemlərini özü həll edə bilməsi üçün onun əvəzinə məsələyə siz qarışmayın. Problemdən çıxış yolu tapmaq üçün ona yol göstərmək daha yaxşı olardı. Ona bu yerdə alternativlər göstərin. Kiminləsə mübahisə, dava etdiyində siz onun əvəzinə davaya qarışmayın. Öz problemini özünün həll etməsi uşaqda inam yaradır.

-Nəzərə alın ki, bütün uşaqlar fərqlidir. Bir ailənin iki usağı da eyni ola bilməz. Hər bir uşaq digərlərindən fərqlidir. Ağlınızdakı tək sual "uşağım üçün ən yaxşısı hansıdır?" olmalıdır. Cavabı siz özünüz və ailəniz bilməldir. Başqalarının fikirlərinə və məsləhətlərinə qulaq asmayın. Sizin uşağınızı özünüzdən başqa heç kəs yaxşı tanıya bilməz, bunu nəzərə alın. Belə yerdə instinktlərinizə güvənin.

-Uşağınızın xüsusilə bacarıqlı olduğu mövzularda başqa bir uşağa kömək etməsi üçün dəstək verin. Fikrini sizə və ətrafdakılara deməyinə icazə verin. Sözünü kəsməyin. Yaxşı bildiyi bir şeyi başqasına izah edə bilməsi uşağın başqalarıyla danışmaq bacarığını artıracaq.

-Uşağınızın mümkün qədər fərqli ictimai mühitdə olmasına şərait yaradın. Fərqli, maraqlı insanları, qeyri-adi mühitləri tanıması üçün ona fürsət tanıyın. Bu onun bütün insanları bərabər görməsinə səbəb olacaq.

-Məsləhət görürlər ki, "yumşaq" yerinə də olsa blə, uşağınızı qətiyyən vurmayın. Bu tərbiyə üsulu deyil. Əksinə onu daha da sırtıldacaq.

-Hirslənən bir uşağı sakitləşdirmək üçün ən yaxşı yol onun diqqətini başqa bir şeyə yönəltməkdir. Yaxşı olardı ki, belə vəziyyətdə onu güzgünün qarşısına gətirəsiniz. Ağlamağını, hirslənməyini güzgüdə görməsi problemi yadından çıxarıb özünün necə görünməsinə başı qarışacaq.

-Uşağınızın duyğu, düşüncə və inanclarını açıq və dürüst şəkildə, başqalarının haqqını pozmadan, qarşısındakı insanı aşağılamadan ifadə etməsinə izn verin. Öz inandıqlarınıza onun da inanmasını məcbur etməyin. Yalnışlara yol versə də, o özü nəyə inandığını daha yaxşı bilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2279   Tarix: 29 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627