Çində ən güclü kollayder tikiləcək

Çində ən güclü kollayder tikiləcək2028-ci ilədək Çində elektron-pozitron kollayderin tikintisi planlaşdırılır. Yaxın iki ildə alimlər layihənin ilkin smetasını təqdim edəcəklər.

Nəzərdə tutulan kollayderin dairəsinin uzunluğu 52 kilometr təşkil edəcək ki, bu da Böyük Adron Kolleyderinin (BAK) dairəsinin uzunluğundan iki dəfə uzundur. Həmçinin elektronları sürətləndiriləcək enerji bir neçə yüz qiqaelektronvolta çatacaq. Hazırda üç milyard dollar məbləğində qiymətləndirilən maliyyələşmənin həcmindən asılı olaraq layihənin uzunluğu 80 kilometrədək artırıla bilər. Maliyyələşmənin əsas iştirakçısının Çin tərəfi olacağı nəzərdə tutulur, lakin maraq göstərən xarici tərəfdaşların da cəlb edilməsi istisna edilmir.

BiG.AZ ICTnews-a istinadən bildirir ki, sürətləndiricinin adron kollayderi rejimində fəaliyyət göstərməsi ayrıca müzakirə olunur. Enerji hissəcikləri – sürətləndiricinin hesablandığı adronların gücü 70 teraelektronvolt (TeV) təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, hazırda BAK-da dairə sürətləndiricisinin enerji hissəciklərinin 8 TeV-dən 14 TeV-dək modernləşdirilməsi həyata keçirilir. 80 kilometrlik sürətləndiricinin inşası ilə bağlı qərarın qəbul olunacağı təqdirdə onun gücü protonları 100 Tev-dək sürətləndirməyə imkan verəcək.

Çin alimləri qeyd edirlər ki, onlar gələcək kollayder üzərində iş üçün elementar hissəciklər fizikası üzrə mütəxəssislərin (Çində bu sahə üzrə mütəxəssis çatışmazlığı var) cəlb olunmasında maraqlıdırlar. Bununla yanaşı, çinlilər təkcə xarici alimlərə ümid etmək niyyətində deyillər.

Lepton kollayder sürətləndirici dairəsində leptonların (ilk növbədə elektronlar və onların əks hissəcikləri olan pozitronlar) sürətləndirilməsi və toqquşması üçün nəzərdə tutulub. Bu göstəricilərə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) BAK-a çevrilməmişdən əvvəl Böyük Elektron-Pozitron Kollayder qurğusu malik olub. BAK-dan sonra ABŞ-da yerləşən ikinci güclü sürətləndirici Tevatron da əsasən protonları toqquşduran adron kollayderlər sinfinə aiddir. Dairəsinin uzunluğu 6,3 kilometr təşkil edən sürətləndirici hissəciklərin bir TeV-dək enerji ilə toqquşmasına hesablanıb.

Hesab edilir ki, leptonların toqquşmasının öyrənilməsi Hiqqs bozonunun mənşəyini, xüsusilə onun daxili strukturunu daha yaxşı anlamağa imkan verəcək. Adronlardan – bir-birinə sıx bağlı və kvarklardan ibarət materiya hissəciklərindən fərqli olaraq leptonlar daxili strukturu ilə bağlı məsələnin açıq olmasına görə hazırda əsl elementar hissəciklər hesab edilir.

Məlumat üçün bildirək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.

Qurğu CERN-in rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində tikilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1141   Tarix: 29 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

16:26 0
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0