Dünyadakı romantik şəhərlər - FOTO

Hər insan romantizmi axtarar və fərqli yollarla bunu yaşayıb yaşatmaq istəyər. Duyğuları ortaya çıxaran ən əsas əlamət, olduğunuz məkanın bu duyğulara xitab etməsidir. Qəşəng bir kafe, lüks bir restoran, ya da eşq şəhərlərindən biri. Biz kafe və restoranlara adət etmişik, ya şəhərlərə?
Romantizm deyilincə ilk ağla gələn dünyanın müxtəlif ölkələrindəki romantik şəhərlərdir.BiG.AZ saytı qadindunyasi.az saytına istinadən dünyadakı romantik şəhərləri nəzərdən keçirməyi tövsiyə edir:
Dünyadakı romantik şəhərlər - FOTOVENESİYA-Romantizm deyildiyində şübhəsiz ki, ilk ağla gələn yer artıq bir klassik olan Venesiyadır. Şəhərə ilk addımınızı atar- atmaz cütlərin bu şəhəri niyə bu qədər çox sevdiyini anlayacaqsınız. Şəhərin küçələrində gəzmək, motorlu qayıqla kanal gəzintisinə çıxmaq, kiçik ailə restoranlarında yemək yemək, şəhərin romantik atmosferini doyunca yaşamaq üçün edə biləcəyiniz işlərdən bir neçəsidir.
Dünyadakı romantik şəhərlər - FOTOPARİS-Moda, alver, Eyfel Qülləsi, Notr Dam… Paris deyilincə ilk ağla gələnlər bunlardır. Lakin romantizm söz mövzusu olduğunda, Paris digər şəhərlərdən çox fərqlidir. Bu şəhərdə sizə təsir edən cəhətlər Parisin küçələri, kafeleri, evləri bürüyən o bənzərsiz havasıdır.
Dünyadakı romantik şəhərlər - FOTOBUDAPEŞT-digər bir romantik şəhər olan Budapeştin tarixi küçələri arasında gizlənmiş saysız-hesabsız restoran və barlar, hər zövqdən olan adama xidmət edirlər. Şəhərdəki SPA mərkəzləri də rahatlamaq və özünü bir az olsun əzizlətmək istəyən aşiqlərə görədir.
Dünyadakı romantik şəhərlər - FOTOPRAQA-aşiqlərin seçdiyi heyranedici şəhərlərdən biri də Praqadır. Gedərək rahatlıqla gəzə biləcəyiniz bu romantik şəhərdə yol kənarlarına sıralanmış kafeler qəhvə fasiləsi vermək üçün möhtəşəm yerdir. Siz qəhvənizi içərkən buraxın həyatın qarışıqlığı keçib getsin.
Dünyadakı romantik şəhərlər - FOTOBARSELONA-məşhur İspan memar Antonio Gaudi tərəfindən hazırlanan inanılmaz binaları və parklarıyla Barselona, ovsunlayıcı bir şəhərdir. Lakin Barselonanı əsl romantik edən şey şəhərdəki gecə həyatıdır.
Dünyadakı romantik şəhərlər - FOTONEW YORK-böyük, məşğul, canlı… Budur New Yorku təyin edən sözlər. Gündüz alverin kefini çıxardıqdan sonra axşam da romantik bir axşam yeməyi üçün kiçik ailə kafelərindən lüks restoranlara qədər bir çox variantı sizlərə təqdim edən bu dəli şəhərdə ediləcək o qədər çox şey var ki…
Dünyadakı romantik şəhərlər - FOTOFLORENSİYA-Mədəniyyət və romantizmin ünvanı Florensiyada, İtalyan sənətinin ən gözəl nümunələri, gördüyünüz ilk andan etibarən sizləri təsiri altına alacaq. Mikelancelo kimi məşhur adların əsərləriylə bəzənmiş bəzəkli şəhər, sevdiyinizlə gözəl vaxt keçirə biləcəyiniz bir yerdir.
Dünyadakı romantik şəhərlər - FOTOROMA-Romanın ən gözəl tərəfi - gəzib görmək istəyə biləcəyiniz hər yerin ayaqla getmə məsafəsində,ya da bir avtobusla asanlıqla çata biləcəyiniz uzaqlıqda olmasıdır. Roma İmperatorluğundan günümüzə qalan əsərlər sizi tarixdə qalan bir səfərə çıxararkən, Sistine Şapeli və Müqəddəs Piter Kilsəsi kimi ovsunlayıcı strukturlar qarşısında diliniz tutulacaq. Təbii ki, Aşiqlər Bulağını da unutmamaq lazımdır.
Dünyadakı romantik şəhərlər - FOTOLONDON-qəşəng restoranları, barları və ləziz mənzərələriylə London, romantizm yaşamaq istəyənlər üçün olduqca uyğun bir şəhərdir. Gün batarkən çay sahilində oturmanız, ya da gecə ulduzların altında bir tərəfdən şampanınızı qurtumlayarkən, bir tərəfdən də şəhərin işıqlarını izləmə fürsəti tapacağınız bir gəmi ilə gəzintidə yuxu kimi bir gecə keçirə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8301   Tarix: 28 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168