Yol polisi böyük "cərimə mövsümünə" hazırlaşır!-Diqqət!

Yol polisi böyük "cərimə mövsümünə" hazırlaşır!-Diqqət!Avtomobillərin texniki baxışdan keçmək vaxtı dəyişdirilib; sürücülər məlumatsızdır, gecikənlər pul itirəcəkDYP-nin saytı avtomobil sahiblərini maarifləndirmək,yoxsa cərimələtmək istəyir?
İyul ayının 31-də xarici dövlətlərdə istehsal olunan minik avtomobilləri üçün texniki baxış müddəti başa çatır. Qeyd edək ki, hüquqi və fiziki şəxslərə məxsus, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə ildə bir dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək texniki baxış keçirilir. Bu ildən etibarən "VAZ" , "Qaz", "Moskviç", "ZAZ", "UAZ" və digər MDB istehsalı olan minik avtomobilləri üçün yanvarın 1-dən may ayının 1-nə qədər, xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün mayın 1-dən avqustun 1-nə qədər, yük avtomobilləri və avtobuslar üçün sentyabrın 1-dən oktyabrın 31-nə qədər texniki baxış aparılır. Keçən il isə bu müddət fərqli idi. Yanvar ayının 1-dən may ayının 1-dək Təkcə VAZ markalı avtomobillər, QAZ, Moskviç, ZAZ, UAZ və digər MDB istehsalı olan avtomobillər may ayının 1-dən iyul ayının 1-dək, yük avtomobilləri və avtobuslar iyul ayının 1-dən sentyabr ayının 1-dək, digər xarici dövlətlərdə istehsal olunmuş minik avtomobilləri sentyabr ayının 1-dən noyabr ayının 1-dək texniki baxışdan keçirilirdi.

Baş Dövlət Yol Polisinin (BDYP) www.dyp.gov.az saytında yeni ilə bərabər köhnə qaydalar da qalır. Web-saytın "Texniki baxışdan keçirilmə" bölümündə yeni qaydalar, "Texniki baxışdan keçirilmə üçün vəsait" bölümündə isə köhnə qaydalardır. Nəzərə alsaq ki, əhalini vaxtdan çox maddi tərəfi düşündürür, onlar əsasən ikinci bölümə baxırlar və bu da sürücüləri çaşdırır. Əslində, bunun səhvən yaddan çıxdığını düşünəcək qədər sadəlövh olmayaq. Burada bilərəkdən sürücülərin çaşdırıldığı aydın görünür. Saytı idarə edənlər də mütləq orada texniki baxış dövründə hansı bölmədən daha çox istifadə edildiyini görməmiş deyil. Birdə ki, avtonəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə rüsum 20 manat olub və bu dəyişiklik dərhal qeydə alınıb.

Qanunvericilikdəki dəyişiklikdən çoxları xəbərsizdir

Bu il "VAZ" markalı avtomobillərlə "Qaz", "Moskviç", "ZAZ", "UAZ" və digər MDB istehsalı olan minik avtomobillərinin texniki baxış müddəti birləşdirilib. Xarici avtomobillər isə ikincilərin yerinə gəlib. Texniki baxışın müddəti bu şəkildə 3 ay irəli çəkilib. Bu dəyişikliyin səbəbi Dövlət Yol Polisi tərəfindən açıqlanmasa da, artıq bir sıra problemlər meydana çıxarıb. Apardığım sorğu nəticəsində bəlli olur ki, sürücülərin çoxu əsasən bir-birindən məlumatlanır, texniki baxış vaxtını bilməyənlər də var. İnzibati Xətalar Məcəlləsinin 154.1 maddəsinin tələbinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat miqdarında cərimə edilirlər. Müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur. İnzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsi dövlət qeydiyyatından və ya texniki baxışdan keçirilməlidir.

Əli avtomobilini satmağı planlaşdırdığı üçün texniki baxışa getməyib, deyir, alqı-satqını aparandan sonra bunu da həll etməyi düşünür. Lakin çox güman ki, bunu avqustun 1-nə qədər edə bilməyəcək. Çünki maşının nə vaxt satılacağı bəlli deyil. Deyir, gələn aydan yol polisi aktivləşəcək, artıq reydlərə çıxıb texniki baxışdan keçməyən avtomobilləri cərimələməyə başlayacaq. Soruşuram, bunu mənə niyə deyirsiz, texniki baxışa gedin ki, cərimə də almayasız. "Onsuz da maşını sürmürəm" deyir. Avtomobili idarə etməsə də, rəsmiləşdirmə zamanı texniki baxışın olmamasının ortaya çıxması ilə cərimələnəcəyini də bilir. Deyir "eybi yoxdur, ödəyərik". Amma bu vaxt dəyişikliyi Əlinin heç ürəyincə olmayıb. Onun fikrincə, əvvəlki vaxt elə yerində qalsaydı yaxşıydı. İndi yayın istisində Maştağadakı Texniki Müayinə Mərkəzinə maşın sürməyə tənbəllik edir. Keçən il mühərrikinin gücü 2400 kub santimetr olan avtomobilinin texniki baxışına 70 manat ödəyib. Ətrafındakı sürücü yoldaşları da bir-birindən "görəsən texniki baxışdan indi keçməliyik, yoxsa noyabra qədər vaxtımız var" deyə soruşurmuşlar. Bildirdiyinə görə bu dəyişiklikdən çoxlarının xəbəri yoxdur.

"Texniki baxışa avqustdan sonra gedəcəm"

Rəmzinin yol polisindən şikayəti var. Deyir dünən Sumqayıtda maşınını saxlayıblar, polis qayda pozduğunu onun "boynuna qoya" bilmədiyindən, kompüterdə sistemə girib, maşının həbsdə olduğunu deyib. Məlum olub ki, keçən ilin avqust ayında radara düşüb, lakin indiyə qədər ona bildiriş göndərilməyib. Bu səbəbdən də cərimənin üzərinə də xeyli faiz yığılıb. Rəmzi: "Bu, ilk dəfə deyil ki, baş verir. Bundan əvvəl də cərimə barədə bildiriş almadığıma görə faizi ilə birlikdə 300 manata qədər gəlib çıxmışdı. Tanış polislə cəriməni son nəticədə 60 manatla "həll" etdik. Radara düşmüşüksə, vaxtında yaşadığımız ünvana bildiriş göndərsinlər, gedib cəriməmizi ödəyək. Bilərəkdən xəbər vermirlər ki, məbləğ artsın. 1 il səbrlə gözləyirlər. Onsuz da qaçacaq yerimizin olmadığını yaxşı bilirlər, texniki baxış və ya avtomobilin alqı-satqısı zamanı, ya da "QAİ" saxlayanda cərimə ortaya çıxır. Amma onlar sanki çalışırlar ki, məbləğ bir az da böyüsün. Qardaşım və atamın da başına belə hadisə gəlib. Mənim avtomobilimə həbs qoyulması onlara nə verir? Deməli, bu məsələdə maraqlıdırlar". Soruşuram, maşın həbsdə idisə,dünənki yol polisi sizi nə yaxşı buraxdı? Deyir "o polisin məni niyə saxladığından baş aça bilmədim. Qayda da pozmamışdım. Dedi ki, öndəki qara maşına yol verməmisən. Öndə isə metal rəngində avtomobil vardı, qara yox. Bir sözlə, saxlamağını və mənim qayda pozduğumu hər hansı sübutla əsaslandıra bilmədi. Cəriməni, həbs barədə qərarı da sistemdə göstərmədi və bir xeyli mübahisədən sonra çıxıb getdim". Məlum olur ki, Rəmzi avtomobilini hələ ki, texniki baxışdan keçirməyib. Nə vaxt gedəcəyini soruşuram. Cavab verir ki, "avqustdan sonra getməliyəm". Gülürəm və bu ayın sonunda vaxtın bitəcəyi barədə xəbərdar edirəm. Rəmzi texniki baxışın vaxtından xəbərsiz imiş. Bilmirəm, bu pulun dövlətin büdcəsinə getməyi yaxşıydı yoxsa vətəndaşın cibində qalmağı, amma məlumatlandırmaqla mən Rəmziyə 50 manat qazandırdım. Rəmzi deyir ki, adətən texniki baxış rüsumunu cəriməsi ilə bir yerdə keçirir. Çünki hər il gecikir. Texniki baxışın qiymətini soruşuram, deyir 100 manatdır. Vətəndaş heç dövlət rüsumunu da, onun hesablanma qaydasını da dəqiq bilmir.

DYP-yə getməli olduğundan təsadüfən xəbər tutub

Arif əmi avtomobilini şənbə günü texniki baxışa götürəcək. Amma texniki baxış vaxtını o da bilmirmiş: "Təsadüfən öyrəndim. Dedilər televizorda eşidiblər, yalan, ya gerçək olduğunu bilmirəm". Arif əmi hesab edir ki, növbəti texniki baxış onun avtomobili üçün gələn ilin may ayında olacaq. Son tarixin texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunduğunu və həmin müddətin gələn il iyulun 26-da düşəcəyini izah edirəm. Mühərrik gücü 2700 kub santimetr olan avtomobilinin rüsumunun 125 manat olduğunu söyləyir. Deyir, rəsmi qiymət tələb edəndə onlar da avtomobilinizə müxtəlif nöqsanlar çıxarırlar. Başına belə bir hadisə gəlib, şinlərin balansının pozulduğunu bəhanə gətirib onu geriyə yola salıblar. Şinləri qaydasına qoyduqdan sonra qayıdıb, ondan tələb olunan məbləği sorğulamadan ödəyib. Deyir, maşına istədikləri qədər nöqsan tapar, texniki baxışdan keçirməkdən imtina edərlər.

Əslində isə məlumatlandırma kampaniyası aparmaq DYP-nin işidir. Yeri gəlsə barmaqlarını gözlərimizə soxarlar ki, biz televiziyadan məlumat vermişik və ya 3-5 qəzetdə müsahibəmiz dərc olunub. Əgər bu, məlumatlandırma kampaniyasıdırsa, o zaman Rəmzi və ya onun kimi başqa sürücülər niyə bundan məlumatsızdır? Soruşa bilərsiniz ki, onda texniki baxışdan keçən digər sürücülər haradan məlumatlıdırlar? Cavab verirəm: ordan-burdan. Mən özüm də sayta girmədən lap dəqiq vaxtı bilmirdim. Ümumiyyətlə, belə bir ciddi yeniliyə rəğmən ortada məlumatlandırma kampaniyasının olmamasının əsl səbəbi maraqlıdır. Mən hər qəzeti oxumaq və ya hər televiziyaya baxmaq məcburiyyətində deyiləm. Mənim mobil telefonum yəqin ki, DYP-də qeydiyyatdadır. Zəhmət çəkib sürücülərin telefonlarına mesaj göndərə bilərlər, necə ki, bunu pul qazanan digər təşkilatlar edir. Hər il texniki baxışdan büdcəyə milyonlar daxil olur. 1 sms-in qiyməti mənim rəsmi ödədiyim 62 manatla müqayisədə nədir ki? Deməli, ortada bir maraq var. Ya da təkmilləşməyə ehtiyac. Hələ texniki baxışın özünün nə qədər obyektiv keçirildiyi, sürücülərə nə dərəcədə gərək olduğu mübahisəlidir.

Rüsum kalkulyatorları lazım olanda "işləmir"

Deyə bilərlər ki, sürücülər DYP-nin saytından məlumat alsınlar. Baş üstə! Amma saytda iki fərqli vaxt göstərilibsə, sürücü hansını əsas götürməlidir. Hər il bu sayta büdcədən nə qədər vəsait xərclənir bilmirəm, amma neçə illərdir mən onu elə belə də görmüşəm, xüsusi bir yenilik yoxdur. Bu gün rüsumu yenidən hesablamaq üçün www.rusum.az saytına girdim. Yazılır ki, "sayt hazırlanma mərhələsindədir". www.suret.az saytını da hazırda açmaq mümkün olmur, server səhifəni tapa bilmir. Qeyd edim ki, hər iki saytda adətən texniki baxış rüsumunu avtomobilinizin mühərrik həcmini yazmaqla tapa bilirdiniz. Maraqlıdır ki, ikisi də texniki baxış dövründə işləmir. Ağlımdan ilk keçən o oldu ki, "məqsəd əhalinin maarifləndirilməsinin qarşısını almaqdır". Yəni kimsə saytlara girib hesablama apara bilməsin. Birinin işləməməsi təsadüf ola bilərdi, eyni vaxtda ikisinin açılmaması tendensiyadır. www.dyp.gov.az saytında rüsumu hesablayacaq belə bir kalkulyatorun yoxluğu da sual yaradır. Niyə sürücülər sayta daxil olub ödəyəcəkləri rüsumu hesablamasınlar? Deyəcəksiz, saytda mühərrik həcmlərinə görə izah edilir. Hər kəsin bu hesablamanı apara biləcəyini düşünmürəm. Ən yaxşı yolu kalkulyatordur ki, bunun da bəzi dairələrin marağında olmadığı bəllidir. Əks halda uzun-uzadı cümlələrlə rüsumu hesablamağı nəqliyyat vasitəsi sahibinin öhdəsinə buraxmazlar.

Belə rəylər var ki, texniki baxış vaxtının bu dövrə salınması cərimələr yolu ilə büdcəyə əlavə vəsaitlər cəlb etmək üçündür. Əksəriyyətin yay istirahətində olduğu vaxtda belə bir addımın atılması "DYP yeni pultoplama kampaniyasına başlayır" kimi düşüncələrə yol açır. Bir neçə gündən sonra reydlər başlayacaq. O zaman xaricdən, rayonlardan istirahətdən qayıdanlar polisə yaxalansalar,cərimə olunacaqlar. Hətta texniki baxışa könüllü getsələr, belə yenə gec olacaq, onları cərimə gözləyir. Sorğulardan bəlli olur ki, bir çox sürücülərin dəyişiklikdən xəbəri yoxdur. Hətta xəbəri olan da istirahətini 50 manat üçün yarımçıq qoyub DYP-yə gəlməz. Son olaraq deyim ki, əgər biz avtomobili texniki baxışa 3 ay gec götürsək cərimə alarıq. Amma indi bunu 3 ay tezləşdirməklə DYP qazanır. Biz texniki baxış üçün 1 ilə görə rüsum ödəmişik, 9 aya görə yox. Yəqin, gələn il də bir 3 ay önə çəkib burdan "irəli düşərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4749   Tarix: 26 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250