Fələstində bir sutkada yüzdən çox ölü - VİDEO

Fələstində bir sutkada yüzdən çox ölü - VİDEOYerli Səhiyyə nazirliyinin yaydığı məlumata görə Qəzzada İsrail əməliyyatı zamanı cümə axşamından cüməyə keçən gecə ölənlərin sayı 120 nəfərə çataraq bu günə kimi ən qanlı gecələrdən biri olub.

BiG.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, nazirlikdən bildiriblər ki, bir həftə əvvəl quru döyüşlərinə keçid alan münaqişənin 18-ci günündə ölənlərin ümumi sayı 800 nəfərə çatıb. Bunlardan 200 uşaq, 75 qadın, 40 ahıl olduğu diqqətə çatdırılır. Yaralıların sayı isə 5 130 nəfərə çatıb. Dəqiqləşdirilmiş məlumatlara əsasən şimal şəhəri olan Beyt-Xanunda yerləşən BMT məktəbinin atəşə tutulması nəticəsində 17 fələstinli həlak olub, iki yüzü isə yaralanıb. Məktəbdə müharibə bölgəsində evlərini atıb qaçan köçkünləri qəbul edən məntəqə də mövcud olub.

Qurbanların əksəriyyəti yenə də qadın, qoca və uşaqlardır. Zərərçəkmişlər arasında məktəbin himayədarı olan BMT-nin Yaxın Şərq üzrə qaçqınlara kömək agentliyinin üzvləri olmayıb. Elə həmin agentliyin məlumatına görə 1,7 milyon əhalisi olan Qəzzada 140 min insan ölkədaxili köçkündür. Onlar bölgə boyu yayılan BMT-nin 83 məktəb məntəqəsində sığınacaq tapıblar.

Səhiyyə Nazirliyi sözcüsü həm də İsrail silahlı qüvvələri tərəfindən uşaq xəstəxanası bölgəsini atəşə tutulması məlumatı da verilib. Bu zaman qəlpələrdən biri xəstəxananın reanimasiya şöbəsində yatan 2 yaşlı uişağın həyatına son qoyub, 30 nəfər isə yaralanıb.

Qeyd edək ki, dinc əhali arasında artan ölümlərə görə İsrail tərəfi Həması günahlandırır. İsrail rəsmilərinin bildirdiyinə görə Həmas üzvləri ikili cinayət işlədərək, həm israilliləri atəşə tutur və həm də öz həmyerlilərindən "canlı sədd" düzəldirlər.

Bu arada fələstinlilər raket atışlarının sayını günü-gündən azaldır. Belə ki, ötən günlərdə 10-150 arasında dəyişən raket atışları 60-65 atışla dəyişilib.

Quru döyüşləri əvvəlki kimi Beyt-Xanun və paytaxt Qəzzanın şərqi kənarlarında, al-Beyrudci qaçqın lagerlərində və Xan-Yunis şəhərində gedir. İsril hərbiçilərinin əsas məqsədi sərhəd boyu gizli tunellərin aşkarlanmasıdır.

Dünya ölkələri münaqişənin dayandırılmasına çalışdığı bir vaxtda İsrail əməliyyatların genişləndirilməsi və cəlb olunan qüvvələrin artırılacağı barədə məlumat verirlər. Kompaniya vaxtı İsrail tərəfdən 32-si hərbiçi olmaqla 35 nəfər həyatını itirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1659   Tarix: 25 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880