Dünyanı gəzən qadın bayker Qusarda qəzaya düşdü - VİDEO

Dünyanı gəzən qadın bayker Qusarda qəzaya düşdü - VİDEODünyanın 100-dən çox ölkəsini motosikletlə qarış-qarış gəzən 59 yaşlı Kristiana Azərbaycanı gəzmək istəyi yarımçıq qalıb. Qusarın Laza kəndinə gələn zaman onun motosikleti aşıb. Kəndə daxil olan kimi müvazinətini saxlaya bilməyən Kristiana motosikletdən yıxılıb. Motosikletə heç bir şey olmasa da, Kristiana Zaqar ayağından zədə alıb.

Bundan sonra o, Bakıya xəstəxanaya gətirilib və artıq evə də buraxılıb. Hələ də ağrılarının olduğunu deyən Kristiananın deyəsən Azərbaycanı gəzmək sevdasından əl çəkmək fikri yoxdur. Böyük və kiçikliyindən asılı olaraq getdiyi hər ölkədə bir neçə ay qalan səyyah deyir ki, gəzdiyi ölkələr içərisində ən çox sevdiyi Hindistandır. Amma Azərbaycanlıların da qonaqpərvərliyi onun xoşuna gəlib.

Onun bu qədər ölkəni gəzməsi heç də səbəbsiz deyil. Bir səbəbi 17 il öncə həyat yoldaşından ayrılmasıdırsa, digər bir səbəbi yaşadığı həyat tərzinin yeknəsaqlığı olub.

"Mən özümdən soruşdum ki, hardadır mənim həyatım? Fikirləşirdim ki, həyatım keçir, amma mən yaşamIram. Beləliklə mən hər şeyi - evimi, işimi tərk etdim və səyahətə çıxmağı qərara aldım" - deyə italyan turist Kristina Zaqar bildirir.

7 dil bilən Kristiana Zaqar Azərbaycan dilində ancaq salam və sağ ol sözünü bilir. Onun Azərbaycandan sonra növbəti səyahət edəcəyi ölkə isə Özbəkistan olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1653   Tarix: 25 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040