Avropanın ən məşhur 5 kurortu

Avropanın ən məşhur 5 kurortuStresslə dolu həyat tərzi, ekologiya və digər amillər sağlamlığımıza böyük zərbə vurur. Gücümüzü bərpa etmək və ilboyu aktiv iş rejiminə köklənmək üçün məzuniyyətdən istifadə edib, sağlamlıq barədə düşünməyin tam zamanıdır.

BiG.AZ sizə Avropanın ən məşhur 5 kurortunu təqdim edir.

Baden, Avstriya

Vyana yaxınlığında yerləşən Baden kurortu hələ Roma imperiyası dövründən özünün kükürdlü bulaqları ilə məşhurlaşıb. Burada cəmi 15 hovuz mövcuddur və onlardan 13-ü istidir. Badenin isti hovuzunda suyun temperaturu 22 dərəcədən 36-ya qədər yüksəlir. Şəhərin mərkəzindən kurorta qatar və avtobuslar işləyir. Ümumilikdə isə Baden velosipedlə və piyada gəzmək üçün ideal yerdir.

Avropanın ən məşhur 5 kurortuBadendə müalicə. Buranın təbii kükürd bulaqları min bir dərdin dərmanı hesab olunur. Baden suyunda uzun müddət vanna qəbul etdikdə kükürd orqanizmə daxil olaraq, müalicəvi təsir göstərməyə və maddələr mübadiləsini yaxşılaşdırmağa başlayır. Baden suyu maqnezium, natrium, kalsium və digər faydalı elementlərlə zəngin olduğundan əməliyyatsonrası travma, yaraların sağalmasına müsbət təsir göstərir. Baden termal kompleksi nəinki müalicə, hətta profilaktika əhəmiyyəti daşıdığı üçün ildə minlərlə qonaq qəbul edir.

Avropanın ən məşhur 5 kurortuMontekatini-Terme, İtaliya

Bu məşhur termal kurort Toskana vilayətində yerləşir və istirahət üçün idealdır. Ziyarətçilər buradan çıxandan sonra həm tarixi abidələri, həm də İtaliyanın digər məşhur yerlərini gəzə bilərlər. Otellərə gəldikdə isə onlar rahatlığı və yüksək qiymətləri ilə seçilir. Büdcəyə uyğun səyahət etmək istəyənlər otelin öncədən bronlaşdırılması məsələsinə diqqət etsələr, hətta ən bahalı otel otağı da kifayət qədər ucuz başa gələ bilər.

Avropanın ən məşhur 5 kurortuMontekatini-Termedə müalicə. Kurortda cəmi səkkiz mineral bulaq mövcuddur. Onlardan 5-i içməlidir, digərləri isə vanna qəbulu üçün uyğundur. Montekatini-Termedə bütün növ müalicə prosedurlarının aparıldığı 11 termal mərkəz var. Kurortun ən məşhur müalicəvi prosedurları mineral su və palçıq vannaları, müxtəlif massajlar, krioterapiya, özündə solyari və duzlu termal suda hidromassajı birləşdirən "akvaluks"dur. Kurortun qeyri-adiliyi ilə seçilən bu hovuzunda insanlar termal su vannası qəbul edərək həm də qaralırlar.

Avropanın ən məşhur 5 kurortuKarlovı-Varı, Çexiya

Karlovı-Varı Çexiyanın ən böyük termal kurortudur. Mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, piylənmə, müvazinət və sinir sistemi problemləri yaşayan insanların daha çox üz tutduğu bu kurort Praqadan 120 km uzaqlıqda yerləşir. Kurortun yeganə soyuq su mənbəyində temperatur 16 dərəcədir. Daşınma zamanı suyun tərkibində dəyişikliyin müşahidə olunmaması onun qablaşdırılaraq dünyanın müxtəlif ölkələrində satılmasına imkan yaradır.

Avropanın ən məşhur 5 kurortuKarlovı-Varıda müalicə. Karlovı-Varı təmiz bulaq suyu, sərin dağ havası və sakitliyi ilə insan orqanizminə müsbət təsir göstərir. Burada ilin istənilən fəsli istirahət etmək mümkündür. Kompleks müalicə almaq və vanna qəbul etmək üçün sanatoriyalara müraciət etmək lazımdır. Kurortda mineral və palçıq vannaları, massaj, elektromüalicə, işıq müalicəsi, oksigenoterapiya, linfodrenaj və s. xidmətlərdən yararlanmaq olar. Həkimlər müalicədən əlavə, dağ cığırları boyu gəzişməyin də xəstələrə faydalı olduğunu vurğulayırlar. Burada maraqlı vaxt keçirmək üçün muzeylər, konsert zalları, alış-veriş məkanları da mövcuddur.

Avropanın ən məşhur 5 kurortuSeçeni hovuzu, Macarıstan

Budapeştin məşhur Seçeni hovuzu Avropanın ən böyük və qaynar termal kurortu hesab olunur. İkinci Dünya Müharibəsi dövründə binanın bir hissəsi dağıntıya məruz qalsa da, tezliklə abadlaşdırılıb, yenidən istifadəyə verildi. XX əsrin ortalarından etibarən, kurort qış vaxtı da fəaliyyət göstərir.

Avropanın ən məşhur 5 kurortuSeçenidə müalicə. Müalicəvi Seçeni suyu yerin 1256 metr dərinliyindən çıxır və istiliyi 77 dərəcə selsiyə çatır. Revmatizm, ginekologiya, dəri xəstəlikləri, həmçinin müvazinət sistemində problemi olan insanlar məhz bu kurortun xidmətlərindən yararlana bilər. Burada üç böyük hovuz mövcuddur: standart, isti və turistlərin ən çox sevdiyi sürprizli hovuz (hər 10 dəqiqədən bir hovuzun dibində quraşdırılan metal kvadratlardan müxtəlif sürətli hava axını buraxılır. Bu isə bədən üçün əvəzsiz massaj rolunu oynayır). Kurortda kişi və qadınlar üçün hovuzlar eynidir, odur ki, bilet almaqla istədiyiniz yerdə dincələ bilərsiniz. Seçenidə 20 və 40 dərəcə istiliyi olan hovuzlar yanaşı qurulub. Piy əritmək üçün gimnastika, istənilən növ massaj, idman zalı, kafelər və s. xidmətlərin olması turistlərin rahatlığını təmin edir. Burada həmçinin sauna, hamam, bir sıra kiçik ölçü və fərqli istilikdə olan romantik hovuzlar da mövcuddur. Məsələn, onlardan birində musiqi çalınır. Ətraf qaranlıq olduğundan heç kim bir-birini görmür, tavanda isə əsl ulduzlu səma canlanır.

Avropanın ən məşhur 5 kurortuSovata, Rumıniya

Son zamanlar Rumıniya yumşaq iqlimi, duz mədənləri, termal bulaqları, cavanlaşma prosedurları ilə insanları özünə cəlb edir. Təsadüfi deyil ki, "cavanlıq eleksiri" hesab olunan dünyaca məşhur Cerovital aparatı məhz Rumıniyada istehsal edilib. Qiymətlərin münasib olması da buraya turist axınını təmin edən səbəblərdəndir. Kurort Transilvaniyanın mərkəzində, dəniz səviyyəsindən 600 metr yüksəkdə yerləşir. Burada bir çox mehmanxana və otellər mövcuddur. Onlar müalicə mərkəzləri və göllərə yaxın yerləşir. Sovatanın üç ulduzlu otelində gecələmək orta hesabla 40-50 avrodur. Bahalı otel otaqlarında isə bir gecənin qiyməti 150-170 avroya qədərdir.

Avropanın ən məşhur 5 kurortuSovatada müalicə. Artıq XVI əsrin sonlarında bu yerlər müalicəvi xüsusiyyətləri ilə məşhurlaşıb. Burada beş duzlu göl var: Qara, Qırmızı, Yaşıl, Alunis, Ursu. Onlardan ən məşhuru olan Ursu özünün müalicəvi duzlu suyu, mədənlər və palçığı ilə dünyaya səs sala bilib. Məhz bu xüsusiyyətlərinə görə yerli əhali onu "Transilvaniyanın ölü dənizi" də adlandırır. Burada ginekologiya, dəri və müvazinət sistemi xəstəlikləri müalicə olunur. Kurort sonsuzluğun effektiv müalicəsi ilə dünyaca məşhurdur. Burada azyaşlı uşaqların müalicəsi üçün istənilən şərait mövcuddur. Bir sözlə, Sovata ailəliklə dincəlmək və güc toplamaq üçün ideal yerdir.

Avropanın ən məşhur 5 kurortu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5797   Tarix: 25 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364