Qızdan məhbus nişanlısına qeyri-adi sovqat

Qızdan məhbus nişanlısına qeyri-adi sovqatBakı İstintaq təcridxanasına üz kreminin içində mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Çingiz Oktay oğlu Cəfərova nişanlısı vətəndaş Ülviyyə Fəxrəddin qızı Qədirovanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Arko" üz kreminin içərisinə kustar üsulla yerləşdirilmiş işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Çingiz Cəfərov Cinayət Məcəlləsinin 206.4; 234.4.1 və 234.4.3 maddələrinə əsasən həbs olunub.

Fakt üzrə araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3011   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040