Separatçılar ukraynalı keşişləri diri-diri yandırıblar

Separatçılar ukraynalı keşişləri diri-diri yandırıblarUkraynada separatçılar tərəfindən oğurlanmış din xadimlərinin öldürülməsinin dəhşətli təfərrüatları məlum olub.

BiG.AZ Publika.az-a əsasən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirinin mətbuat katibi Anton Geraşenko öz
"Facebook" səhifəsində yazıb.

O bildirib ki, Slavyansk ətrafında olan kilsələrin din xadimləri Ukrayna ordusunun əsgərlərinə hərtərəfli yardım edir, yedirdir, mənəvi dəstək olurdular. İyunun 8-də dini mərasim zamanı separatçılar kilsəyə soxularaq keşiş Aleksandr Povenko, onun iki oğlu – Albert və Ruvim Povenkoları, həmçinin daha iki din xadimini – Viktor Brodarski və Vladimir Veliçkonu oğurlayıblar.

Terrorçular əsirlərə məsus olan "Cevrolet Evanda"," Ford Transit", "Land Rover Discovery", "Toyota Avensis" avtomobillərini də özləri ilə aparıblar.

Komandirləri İqor Qirkindən əmr alan separatçılar kilsə xadimlərinə dəhşətli işgəncə veriblər. Sonra əsirləri "Cevrolet Evanda" avtomobilinə doldurub yandırıblar. Məsələni elə ssenariləşdiriblər ki, guya onların avtomobilinin üstünə ukraynalıların atdığı top mərmisi düşüb.

Yanmış meyitlər sonradan Slavyanskdakı uşaq xəstəxanasının ərazisində basdırılıblar.

Geraşenko ehtimal edir ki, protestant kilsəsinə mənsub olan mərhum din xadimlərini separatçılar Moskva patriarxının əmri ilə öldürüblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1338   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040