Erməni qadınlar Ağdamda - FOTO

Bir dəstə irəvanlı qadın iyulun əvvələrində Azərbaycanın işğal olmuş ərazilərinə gedərək şəkillər çəkdiriblər.

BiG.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, Ağdama yaxın bir yüksəklikdə şəkil çəkdirən qadınların sosial şəbəkədə bu barədə yazdığı şərhlər də fərqli olub. Yaşlı nəsil azərbaycanlılar və Ağdam haqqında daha hörmətli davranıb.

Məsələn, azərbaycanlılarla heç vaxt əlaqəsi olmamış Vanuhi Hobosyan adlı gənc qız şəkili sosial şəbəkədə yayaraq ermənicə "arxada artıq olmayan Ağdam şəhəridir" sözlərindən sonra gülüş işarələri yerləşdirib. Vanuhi Hobosyan Şuşada çəkdirdiyi şəklində isə sifətinə bir qalib ədası verib.

Amma həmin şəkildə yer alan yaşca nisbətən böyük Lilit Karapetyan isə Ağdamış şəklini ayrıca yayıb və rusca yazıb: "Bu təpənin arxasında Ağdam şəhəridir. Bu şəhər artıq yoxdur". Qadının sözlərindəki qüssə açıqca hiss olunur. Təbii, sovet keçmişində azərbaycanlıları şəxsən tanımış qadın erməni xalqını talayan mafioz "Qarabağ" klanından qorxmadan azərbaycanlılar haqqında pis şey yazmamağa cürət edib.

Əslində, Ermənistanda hakimiyyəti parlamentdə və İrəvan küçələrində təşkil etdiyi qanlı qırğınla ələ keçirmiş mafioz "Qarabağ" klanı bu illər boyunca həmişə ermənilərin azərbaycanlılarla kəsdiyi duz-çörəyi unutmasına çalışıb.

Erməni qadınlar Ağdamda - FOTOErməni qadınlar Ağdamda - FOTOErməni qadınlar Ağdamda - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2841   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040