Allah mənə də hicrət etməyə izn verəcək

Allah mənə də hicrət etməyə izn verəcəkMənbə: http://zikr.az

Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - zövcəsi Aişə demişdir: "Valideynlərim, mənim yadıma gələni, həmişə bu dinə sitayiş etmişlər və elə bir gün olmazdı ki, Allahın elçisi səhər və axşamçağı gəlib bizə baş çəkməsin. Müsəlmanlar müsibətlərə məruz qalmağa başladıqdan sonra Əbu Bəkr Həbəşistana hicrət etməyi qərara aldı. O, Bərk əl-Ğimadaya çatdıqda Qarə qəbiləsinin başçısı İbn Dəğinəyə rast gəldi və o soruşdu: "Hara gedirsən, ey Əbu Bəkr?" Əbu Bəkr belə cavab verdi: "Həmqəbilələrim məni qovdular və mən də yer üzərində gəzib dolaşaraq Rəbbimə ibadət etmək istəyirəm." İbn Dəğinə dedi: "Ey Əbu Bəkr, həqiqətən, sənin kimi bir adam heç yerə getməməli, qovulmamalıdır, axı, sən imkansızlara əl tutursan, qohumlarla əlaqə saxlayırsan, zəiflərə ağır yüklərini daşımaqda kömək edirsən, adamlara qonaqpərvərlik göstərirsən, onlara taleyin iztirablarını yüngülləşdirməkdə yardım edirsən və məhz buna görə mən səni öz himayəmə götürürəm. Geri qayıt və yaşadığın şəhərdə öz Rəbbinə ibadət et!" Əbu Bəkr geri qayıtdı, onunla birgə ibn Dəğinə də gəldi. O, axşamçağı bütün adlı-sanlı qureyşlilərin yanında olmuşdu və onlara demişdi: "Əbu Bəkr kimi bir adam nə öz şəhərini tərk etməlidir, nə də qovulmalıdır! Əcəba, siz imkansızlara yardım göstərən, qohumları ilə əlaqə saxlayan, zəiflərə ağır yüklərini daşımaqda kömək edən, insanlara qonaqpərvərlik göstərən və onlara taleyin müsibətlərindən çıxmağa kömək edən bir insanımı qovursunuz?" Qureyşlilər ibn Dəğinənin Əbu Bəkri himayəsi altına almasını rədd etmədilər, amma ona dedilər: "Əbu Bəkrə tapşır ki, Rəbbinə öz evində ibadət etsin. O, evində namaz da qıla bilər, Quran da oxuya bilər, başqa nə istəyirsə, edə bilər, lakin qoy o, öz ibadəti ilə bizə sataşmasın və bunu açıqlıqda etməsin, çünki biz onun arvad-uşaqlarımızı yoldan çıxaracağından qorxuruq!" İbn Dəğinə bunu Əbu Bəkrə çatdırdı və o bir müddət öz Rəbbinə evində ibadət etdi, daha heç yerdə açıq şəkildə namaz qılmadı, evindən başqa heç yerdə Quran oxumadı. Bir qədər sonra Əbu Bəkrin ağlına məscid tikmək fikri gəldi və o bu məscidi öz evinin həyətində tikdi, orada namaz qılmağa və Quran oxumağa başladı. Müşriklərin arvad-uşaqları isə izdihamlı dəstələrlə onun ətrafına yığılır, onun hərəkətlərinə təəccüblənir və onu diqqətlə nəzərdən keçirirdilər. Əbu Bəkr Quran oxuyan zaman ağlayardı, göz yaşlarını saxlaya bilməzdi və bütün bunlar adlı-sanlı bütpərəst qureyşliləri qorxudurdu. Buna görə onlar ibn Dəğinənin arxasınca adam göndərdilər. O, müşriklərin yanına gəldikdə onlar ona dedilər: "Biz sənin Əbu Bəkrin hamisi olmağını bir şərtlə qəbul etdik ki, o öz Rəbbinə evində ibadət etsin. Lakin o, bu şərti pozdu, evinin həyətində məscid tikdi və açıq şəkildə namaz qılıb Quran oxumağa başladı! Biz artıq onun arvad-uşaqlarımızı yoldan çıxaracağından ehtiyat edirik. Ona tapşır ki, buna son qoysun! O, Rəbbinə ancaq və ancaq evində ibadət etməyə razıdırsa, qoy bunu etsin, yox, əgər razı deyilsə, ondan tələb et, sənin himayəndən əl çəksin, çünki biz səninlə bağladığımız əhdi pozmaq istəmirik, amma Əbu Bəkrin bütün bunları açıq-aşkar etməsi ilə razılaşa da bilmərik!" İbn Dəğinə Əbu Bəkrin yanına gəlib dedi: "Mənim səndən ötrü onlarla hansı şərtlərlə saziş bağlamağım sənə məlumdur və buna görə də sən ya bu şərtlərə riayət etməlisən, ya da mənim himayəçiliyimdən imtina etməlisən, çünki mən istəmirəm ki, ərəblər, mənim bir insanın müdafiəsi ilə əlaqədar bağladığım müqavilənin pozulduğunu eşitsinlər." Əbu Bəkr ona dedi: "Mən səni himayəçilik öhdəliklərindən azad edirəm, çünki mənə Böyük və Qüdrətli Allahın himayədarlığı yetər!" O vaxtlar Peyğəmbər Məkkədə idi və o, müsəlmanlara buyurdu: "Mən sizin hicrət edəcəyiniz yeri yuxuda gördüm: orada xurma ağacları bitir və o yer iki daşlı-kəsəkli sahənin arasında yerləşir." Bu, qaralmış daş-kəsəklərlə dolu iki sahə idi. Bundan sonra bir sıra adamlar Mədinəyə hicrət etdilər, hələ əvvəlcədən Həbəşistana hicrət edənlərin əksəriyyəti də artıq Mədinəyə qayıdırdı. Əbu Bəkr də Mədinəyə hicrət etməyə hazırlaşmışdı, lakin Peyğəmbər ona dedi: "Tələsmə, çünki mən ümid edirəm ki, Allah mənə də hicrət etməyə izn verəcək." Əbu Bəkr ona dedi: "Doğrudanmı, sən də buna ümid edirsən? Atam sənə fəda olsun!" Peyğəmbər buyurdu: "Bəli!" Əbu Bəkr ləngidi ki, Allahın elçisini müşayiət etsin. Elə buna görə də o, dörd ay ərzində iki dişi dəvəsini adamların çırpıb yerə tökdükləri akasiya yarpaqları ilə yemləyib kökəltmişdi." (Səhih əl-Buxari, 3906).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 1898   Tarix: 19 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836