Azərbaycan tibbində ilk dəfə

Azərbaycan tibbində ilk dəfəAzərbaycan təbabət tarixində ilk dəfə olaraq bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin üç xəstəyə köçürülməsi əməliyyatı icra edilib.

BiG.AZ movqe.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bildirib ki, bu mürəkkəb əməliyyatları mərkəzdə yerli mütəxəssislər belaruslu həmkarların dəstəyi ilə həyata keçirib: "Hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə yazılmaq ərəfəsindədirlər. MDB məkanında sümük iliyini köçürülməsi yalnız Rusiya, Ukrayna və Belarusiyadadır. Ümumiyyətlə isə bu əməliyyatın həyata keçirilməsi 16 ölkədə mövcuddur. Bu prosesi həyata keçirən ölkələrin sayca azlığı sümük iliyinin kifayət qədər mürəkkəb yüksək texnoloji proses olması ilə yanaşı, özəl tələblərə cavab verən tibbi avadanlıq təminatının və xüsusi hazırlıq keçmiş heyətin hazırlığı ilə izah olunur. Bu əməliyyatların hamısı dövlət hesabına pulsuz həyata keçirilir. Həkimlər əməliyyatdan əvvəl Türkiyədə, Belarusiya da sümük iliyi transplantasiya mərkəzlərində xüsusi hazırlıq, təlim keçiblər. Bu proses gələcəkdə də davam edəcək".

Sümük iliyi ilə bağlı müraciətlərin çox olduğunu bildirən Mərkəzin Transplantasiya Şöbəsinin müdiri Nərgiz Əliyeva qeyd edib ki, hazırda on nəfər daha müraciət edilib: " Bundan əvvəl sümük iliyi transplantasiyası üçün 24 xəstə üzərində profilaktika keçirilib, onlardan 10 nəfər siyahıya salınıb. Müraciət edənlər arasında kəskin leykozdan, onkoloji xəstəliklərdən əziyyət çəkənlər var. Hazırda mərkəz 16 yaşına qədər olan uşaqlara transplantasiya edir. Növbəti transplantasiyanın oktyabr ayının əvvəllərində həyata keçirilməsi nəzərdə tutulur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3093   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040