ŞOK: arvadına xəyanət edən məmurlar partiyadan qovulacaq

ŞOK: arvadına xəyanət edən məmurlar partiyadan qovulacaq

Çində həyat yoldaşına xəyanət edən məmurlar işdən çıxarılacaq və Kommunist Partiyası üzvlüyündən məhrum olunacaqlar.

Dövlət qulluqçularının davranışlarına nəzarət etmək üçün Çin Kommunist Partiyasının mərkəzi komissiyasına xüsusi tapşırıq verilib. Bu, həm də korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçiriləcək. Çünki Çin məmurlarının əksəriyyəti sevgililərini saxlamaq üçün rüşvət almaq məcburiyyətində qalırlar. Məlumatda qeyd edilir ki, təkcə iyun ayının əvvəlindən 6 partiya mənsubiyyəti olan məmur arvadına xəyanət edib. Məsələn, Liu Djijunanın 18 sevgilisi olub, onların arasında aktrisa, tibb bacıları və təyyarədə nizam-intizama baxan işçilər var. Doğrudur, o, tikinti idarəsinin keçmiş rəhbəri və 2001-ci ildə korrupsiyaya görə cəzalandırlan Tszyansunun rekorduna çatmır, amma bir sevgili belə məmurun axırına çıxa bilər. Qeyd edək ki, Tszyansunun 146 sevgilisi olub.
f Paylaş
Bölmə: Digər Oxunub: 1229 Tarix: 21.07.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
AxwamlaR
AxwamlaR 30.07.2014
Cox sevinmeyine. Tesir eks tesire beraberdi Fizika qanunu. Eger Azerbaycanda qanun cixsaki hansi memur xeyanet etse tutdugu vezifeden kenarlawdirilacaq, onda 4 qadin almaqda qanuni olacaq. Demirsenki xeyanet etme o zaman halal yolla bu iwi yoluna qoy deyeceler.Beledeki 2 qadin almaq artiq qanunidi.
MELEKKK
MELEKKK 22.07.2014
Azerbaycanda ise 100 memurdan 95i arvadına xeyanet edir...


 
Suna20
Suna20 21.07.2014
Ne yaxwi Azerbaycandada olsaydi bele kiwiler xanimlara xeyanet etmezdi maraqldi twk xebere gore.


Her güldüyünde Allaha şükür etmirsense,niye her ağladığında ona isyan edirsen?