Ermənilərin öldürdükləri Həsənin qardaşı: Dedi Türkiyəyə gedirəm - FOTO

Ermənilərin öldürdükləri Həsənin qardaşı: Dedi Türkiyəyə gedirəm - FOTOO, Cəbrayılın Mehdili kəndində anadan olub.

Erməni tərəfinin öldürdüyü bildirilən Həsən Həsənovun ailə üzvləri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

O qeyd edib ki, qardaşı Həsən Həsənov 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub:

"Onun Kəlbəcərə getməsindən xəbərsiz olmuşuq. O bizə dedi ki, Türkiyəyə gedirəm. Sonra mətbuatdan xəbər tutduq ki, orda öldürülən şəxs qardaşımız Həsən Həsənovdur. Mənim qardaşım müharibə başlayandan sonra birinci dəfədir ki, Kəlbəcərə gedib. Həsənin Kəlbəcərə getməsi onun vətənpərvər olması ilə bağlıdır. Həsən taksi sürücüsüdür, yaşadığı Binəqədi rayonunda mağazası var. Onun Kəlbəcərə getdiyi Dilqəm və Şahbaz adlı şəxslərlə əlaqəsinin olduğu bilmirik".

N.Həsənov qardaşının taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına ötən gün müraciət etdiyini bildirib.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur.

Ermənilərin öldürdükləri Həsənin qardaşı: Dedi Türkiyəyə gedirəm - FOTOErmənilərin öldürdükləri Həsənin qardaşı: Dedi Türkiyəyə gedirəm - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4892   Tarix: 18 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040