İlahiyyatçıya "mavilərin" cənazə namazı ilə bağlı sual – VİDEO

İlahiyyatçıya "mavilərin" cənazə namazı ilə bağlı sual – VİDEOTürkiyənin ATV kanalında yayımlanan "İftar" proqramında din xadiminə maraqlı sual verilib.

BiG.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin tanınmış ilahiyyatçısı professor Nihat Hatipoğlu geniş auditoriya qarşısında aparıcılıq etdiyi Ramazan proqramında gənc bir oğlanın maraqlı sualını cavablandırmalı olub.

Belə ki, canlı yayımlanan proqram iştirakçılarından bir gənc oğlan ayağa qalxaraq, din xadiminə bu cür sualla müraciət edib:

"Bir hermofrodit insan öldüyü zaman onun cənazə namazı hansı niyyətlə qılınır?".

Sualı eşidən ilahiyyatçının üzündə təbəssüm yaranıb və çox gözəl sual olduğunu vurğulayıb. O bildirib ki, həmcins olanlar 2 cür ola bilər; birincisi kişidir - özünü qadın kimi hiss edir və ya qadındır özünü kişi kimi hiss edir. İkincisi, yaradılışda iki cür orqanı ola bilər. Lakin onlarda orqanlardan biri, digərinə nisbətən ön plandadır. Yəni daha çox hansı cins o şəxsdə üstünlük təşkil edirsə, o cür qəbul edilməlidir.

"Qısacası, insan yaradılışda hansı cinsdə yaradılıbsa, o niyyətlə də namazı qılınmalıdır" - deyə Hatipoğlu qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2460   Tarix: 16 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390