ŞOK! ATV-nin evlənmə verilişi qadın alverinə görə bağlanıb?

ŞOK! ATV-nin evlənmə verilişi qadın alverinə görə bağlanıb?

«Onun yarısı» proqramı ilə bağlı dəhşətli iddialar yayılıb

"Azad Azərbaycan Televiziyasında (ATV) yayımı dayandırılan "Onun yarısı" verilişi ətrafında qalmaqal davam edir. Dünən redaksiyamıza hüquq-mühafizə orqanlarındakı mənbədən daxil olan məlumata görə, həmin verilişlə bağlı insan alveri ittihamı ortaya çıxıb. Mənbə qeyd edir ki, telekanalda verilişin yayımının dayandırılması da bununla bağlıdır. Artıq insan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinə də müraciət edilib. Mənbə qeyd edir ki, bir qrup qadın həmin verilişə öz oğlanlarını çıxardaraq ora gələn qızları almağa razı olduqlarını bildiriblər. Bununla bağlı həmin telekanaldakı layihə çərçivəsində Bakıda yerləşən şadlıq sarayında toy mərasimi qurulur. Mərasimdən sonra həmin qızları Dubaya və Türkiyəyə apararaq, cinsi istismara məruz qoyurlar. Mənbə bildirir ki, bu səbəbdən veriliş bağlanıb və aparıcısı Zaur Baxşəliyev cəzalandırılıb. Bir az əvvəl sadalanan ehtimallar araşdırıldıqdan sonra Zaur Baxşəliyev telekanladan kənarlaşdırılıb.

Bundan başqa həmin layihə çərçivəsində Nənəxanım adlı bir qız Rusiyada yaşayan azərbaycanlı biznesimenlə tanış olub. Həmin verişişdə tanış olan "cütlük" ailə həyatı qurublar. Nənəxanımla Bakıda toyu olandan sonra biznesmen onu Rusiyaya aparıb. Bir neçə ay Rusiyada qalan Nənəxanım "ərini" qarət edib və Azərbaycana qaçıb. Mənbənin sözlərinə görə, Nənəxanım azərbaycanlı biznesmenin külli miqdarda qızılını və pulunu gətirib. Var-dövləti talanan biznesmen Bakıya gəlib, əvvəlcə ATV-yə şikayət edib. ATV rəhbərliyi məsuliyyət daşımadığını və qadının ünvanından xəbəri olmadığını bildirib.

Bundan sonra biznesmen Nənəxanımın və "Onun yarısı" verilişinin aparıcısı Zaur Baxşəliyevin barəsində Daxili İşlər Nazirliyinə şikayət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə açıqlamasında bu məlumatları nə təsdiq, nə də təkzib etdi. Cənab Zahidov dedi ki, ATV telakanalında yayımlanan "Onun yarısı" verilişi ilə bağlı Daxili İşlər Nazirliyinə heç bir şikayət edilməyib.

Bu arada ANS telekanalında da ATV-də yayımı dayandırılan "Onun yarısı" verilişinə oxşar layihə həyata keçirilir. Dünən mətbuatın yaydığı məlumata görə, ANS-də yayımlanan "Toy olsun" verilişinin də yayımının dayandırılması üçün tədbirlər həyata keçirilir. Məlumat üçün qeyd edək ki, hər iki verilişə gələn qızları efirə çıxarırlar. Həmin efirdə də qızlara elçilik oyunu həyata keçirilir və sonda çütlüyü evləndirirlər.

Belə layihələr dünya telekanllarında da həyata keçirilir. Misal üçün, Türkiyənin STV telakanalında yayımlanan "Evələndirək" proqramında da insan alveri faktı ortaya çıxmışdı. Həmin telekanalın rəhbəri bu faktı araşdıraraq, müəyyən edəndən sonra jurnalist əməliyyatı həyata keçirmişdi; verilişə gələn kişinin niyyətini ifşa edərək faktı canlı efirdə yayımlamışdı. Lakin Azərbaycan telekanllarında belə əməliyyatlar həyata keçirilmir. Kimin kimdən xoşu gəldi evləndirirlər.

Bir müddət əvvəl oxşar iddialar ATV-də yayımlanan "Qəfəs" verilişi ilə də bağlı olaraq ortaya çıxmışdı. Həmin verilişdə oğlan və qızları eyni evdə saxlayaraq layihə həyata keçirirdilər. Evin hər yerinə kameralar qoyaraq qızların hərəkətlərini lentə alırdılar və sonrada həmin qızları şantaj etməklə məşğul olurdular. Lakin bu faktdan xəbər tutan müvafiq qurumlar layihənin yayımının dayandırılmasına göstəriş vermişdilər.

ATV telekanalının 2006-cı ildə "Qəfəs" realiti-şousunun çəkilişini apardığı Badamdar qəsəbəsindəki malikanədə dəm qazının sızması nəticəsində iki nəfər həlak olmuşdu. Onlardan biri malikanənin mühafizəzisi, o biri isə montajçı idi. Hüquq-mühafizə orqanları faciənin səbəblərini müəyyənləşdirmək məqsədilə təhqiqata başlamışdılar. Ancaq Səbail rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi açıqlanmadı. Bu günə qədər də nə Baş Prokurorluq, nə Bakı şəhər Prokurorluğu, nə də Səbail rayon prokurorluğu bu məsələyə aydınlıq gətirməyiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 28717   Tarix: 29 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831