Moskva terrorçularla razılaşma əldə edib – Şok iddia

Moskva terrorçularla razılaşma əldə edib – Şok iddia"Rusiya rəhbərliyi Ukraynaya qarşı təcavüzünün formatını kəskin şəkildə dəyişib".

Publika.az-ın bu barədə "İnformasiya müqaviməti" qrupunun məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Rusiya Ukrayna ərazisinə muzdlular və ağır silahların çatdırılmasını artırıb.

"Terrorçulara çatdırılan ağır texnikanın fərqləndirici xüsusiyyəti odur ki, onların əhəmiyyətli hissəsi Rusiya hərbi qulluqçularından ibarət ekipaj tərəfindən idarə olunur", - "İnformasiya müqaviməti" qrupunun analitikləri bildirir.

Rusiya ilə terrorçular arasında əldə olunan razılaşmanın şok detalları da məlumatda yer alıb: "Terrorçular Rusiya tərəfi ilə razılaşmanın nəticəsi olaraq son həftə boyunca Ukraynanın sərhəd rayonlarından Rusiya ərazisinə planlı şəkildə artilleriyadan atəş açıb. Bu isə Ukrayna Silahlı Qüvvələrinin ittiham olunması üşün Rusiyanın əlinə əsas verir. Fakt budur ki, Rusiya ərazisinə atəş açıldığı ərazidə antiterror gücləri yoxdur".

Qeyd edək ki, Moskva Ukrayna ərazisindən açılan atəşlərə cavab verəcəyi barədə xəbərdarlıq edib. Ukrayna ərazisinə zərbəni vurmaq imkanı barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yevgeni Buşmin danışıb.

Kremlə yaxın mənbə isə "Kommersant" qəzetinə Ukrayna ərazisinə "nöqtə zərbələri"nin endirilməsi imkanına baxıldığını deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1979   Tarix: 15 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040