Azərbaycanın Dövlət Himni ətrafında erməni qalmaqalı

Azərbaycanın Dövlət Himni ətrafında erməni qalmaqalıMədəniyyət və Turizm Nazirliyi məsələyə aydınlıq gətirib.

Azərbaycan Dövlət Himninin aranjiman olunmasının bəstəkar Rauf Əliyevə tapşırılması məsələsi müzakirə obyektinə çevrilib.

BiG.AZ xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ajiotaja səbəb Rauf Əliyevin həyat yoldaşının milliyyətcə erməni olması, qızı Röya Mirzəyevanın isə Ermənistandan sığınacaq istəməsi olub.

Məsələyə aydınlıq gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə yaratdıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva ANS PRESS-ə açıqlamasında bildirib ki, himnin Rauf Əliyeva tapşırılması normal prosesdir. Onun sözlərinə görə, burada başqa məqsədlər, şübhəli məqamlar axtarmaq peşə etikasına ziddir.

"Birincisi qeyd edim ki, Dövlət Himninin aranjiman olunmasına həm xaricdən, həm də yerli mütəxəssislər cəlb olunub. Bundan əlavə aranjiman işlərinə böyük texniki heyət cəlb olunub. Cəlb olunan mütəxəssislər arasında Rauf Əliyev də var. Bu prosesdə bir neçə bəstəkar iştirak edəcək. Hələ dəqiq deyil ki, Rauf Əliyevin işi qəbul olunacaq, ya yox. Əminliklə deyirəm ki, aranjiman zamanı Üzeyir Hacıbəyovun əsərinə heç bir xələl gəlməyəcək".

Nazirlik rəsmisi onu da əlavə edib ki, Dövlət Himninin aranjiman olunması işi Rauf Əliyevə tapşırılan vaxt, onun ailəsi barədə məlumatlar yayılmamışdı.

"Rauf Əliyev güclü mütəxəssisdir. Biz də onu bu işə cəlb etmişik. Həmin vaxt onun ailəsilə ilə bağlı heç bir söz-söhbət yox idi", - deyə Zöhrə Əliyeva vurğulayıb.

Qeyd edək ki, Rauf Əliyevin qızı, Azərbaycan vətəndaşı Röya Rauf qızı Mirzəyeva (ilk həyat yoldaşının soyadını daşıyır) yanvarın 29-da həyat yoldaşı, 37 yaşlı Cavid Orucov və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Rauf Əliyev mətbuata açıqlamasında qızından imtina etdiyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 711   Tarix: 10 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 943
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 297
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1179
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 254
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 153
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 916
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 196
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 188
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 323