Bakının mərkəzində velosipedlərə qadağa

Bakının mərkəzində velosipedlərə qadağa"Xoşbəxtlikdən hər şey ciddi xəsarətsiz ötüşdü".

"Torqovı"da sakit gəzintilərə son qoyulub.

BiG.AZ Oxu.Az-a istinaden xəbər verir ki, bu sözlərlə Day.Az-ın redaksiyasına özünü Samir kimi təqdim edən daimi oxuculardan biri müraciət edib.

Gəzinti təhlükəsiz deyil – velosipedçilərin əlindən gəzməyə imkan yoxdur. "Torqovı"da eninə-boyuna velosiped sürürlər, heç uşaq arabası ilə gəzən qadınlara belə məhəl qoymurlar.

Bu yaxınlarda 4 yaşlı oğlumla "Torqovı"ya gəzməyə çıxmışdım. Yanımızdan velosipedçi şütüyüb keçdi, təkəri yüngülcə ayağıma dəydi. Xoşbəxtlikdən hər şey ciddi xəsarətsiz ötüşdü. Amma mənim yerimdə oğlum ola bilərdi. Keçən ilin yayında bu küçədə belə biabırçılıq yox idi. Nəyə görə velosipedçilərə ictimai yerdə sərbəst velosiped sürməyə icazə verilir? Xahiş edirəm, bu məsələni qaldırın!", - məktubda qeyd olunub.

Şərh üçün Day.az-ın müraciət etdiyi Bakı şəhəri İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, əhalinin toplandığı yerlərdə velosiped sürmələrinə icazə yoxdur.

"Hətta "Yol hərəkətinə dair" Azərbaycan Respublikası qanununda velosipedçilərin xüsusi velosiped yolları ilə hərəkət etməli olduqları göstərilib, əgər belə yollar yoxdursa hərəkət yolunun kənarı ilə, piyadalara mane olmamaq şərti ilə hərəkət etməli olduqları deyilir.

Biz yerli administrasiyaya velosipedçilərə nəzarəti gücləndirmək barədə göstəriş verə bilərik, onlara insanların istirahətini pozduqlarını anlatmaq olar. Bununla əlaqədar ən yaxın zamanda məktub hazırlayıb göndərəcəyik. Əlbəttə uşaqla gəzdiyin zaman yanından, ona təhlükə yaradacaq yüksək sürətlə velosipedçinin ötüb keçməsi xoş hal deyil", - həmsöhbətimiz bildirib.

Ə.Bağırov eləcə də qeyd edib ki, bu gün Bakıda velosipedçilər üçün bütün şərait yaradılıb. Bulvarın yeni hissəsində və Şıx qəsəbəsi ərazisində onlar üçün xüsusi cığırlar salınıb. İH nümayəndəsi velosipedçilərə velosiped sürmək üçün bu cığırlardan istifadə etməyi tövsiyə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1565   Tarix: 10 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb

17.04.2024 1137
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17.04.2024 434
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatını

17.04.2024 386
.

Azərbaycan XİN: Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyini

17.04.2024 210
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 198
.

Türkiyədə qeyri-qanuni miqrantlar xilas edildi

Türkiyənin Muğla şəhərində miqrantları daşıyan qayıq batma təhlükəsi yaşanıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı qayıqda olan 25 nəfər xilas edilib. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. Qeyri-qanuni immiqrantlar aidiyyatı şəxslərə təhvil verib

17.04.2024 213
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 306
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 187
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 334