İlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTO

İlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTOHakan Şükür - hamının tanıdığı, qürur duyduğu bir futbolçu... O, indi futboldan uzaqlaşsa da, dünya futboluna adını qızıl hərflərlə yazdırmış unudulmaz bir türk futbolçusu kimi tarixə düşüb. İndinin özündə də azərkeşlər milli komandada yeri boş görünən Hakan Şükür üçün darıxırlar…

Uşaqlığı

BiG.AZ publika.az-a əsasən bildirir ki, Hakan Şükür 1971-ci il sentyabrın 1-də Sakaryada dünyaya göz açıb. Dediyinə görə, uşaq vaxtı hər şeyini dostları ilə paylaşmağı sevirmiş. Həm dəcəl, həm də macərapərəst olan balaca Hakanı dostları çox sevirdi. Ana-atasına çox əziyyət çəkdirdiyini deyən Hakan sonralar bütün səhvlərini düzəltməyə, "ağıllı oğlan" olmağa başladı.
Məktəb vaxtı çalışqan bir şagird olub. Ahmet Akkoç məktəbində əvvəlcə basketbola maraq göstərən Hakan sonralar futbol adamına çevrilib. İdman həyatı adıçəkilən məktəbdə başlayıb. Boyunun ucalığı onun basketbol marağına təsir edib. Məktəb vaxtlarında unutmadığı anlardan biri basketbolda Sakarya çempionu olması və Mərmərə birinciliyi üçün yarışmasıydı.
Sonra isə Hakanın basketbol klubu finalda Bolu komandasına məğlub olaraq ikinci yer tutur. Uduzmalarına baxmayaraq, finaladək çox gözəl anlar yaşadıqlarını deyir.

İlk maaşına paltaryuyan maşın alan Hakan

Hakan uşaq yaşlarında həm oxuyur, həm də işləyib ailəsinə kömək edirdi. Futbolda qazandığı ilk maaşına anasına paltaryuyan maşın almışdı.
Karyerasına 8 yaşında doğulduğu Sakaryada başlamışdı. O həm "Qalatasaray"ın, həm milli komandanın, həm türk klublarının, həm də türk futbolunun tarixində ən çox qol vuran yeganə futbolçudur. Bundan əlavə, dünyanın ən çox qol vuran türk futbolçularından biridir.
İlk peşəkar qolunu 1987-1988-ci il mövsümündə Türkiyə kubokunda "Zonquldakspor"a vurub. Türkiyədə "Sakaryaspor", "Bursaspor" və "Qalatasaray" klublarında forma geyinən Hakan Avropada isə "İnter", "Parma", "Torino" və "Blekbörn Rovers" formaları da geyinib. 1992-ci ildə Hakan Şükürün milli komanda ilə ilk çıxdığı oyun Lüksemburq millisinə qarşı oyun olub. Xatırladaq ki, o oyunda Türkiyə millisi Lüksemburq millisini 3-2 hesabı ilə məğlub etdi.

Bəli, o, Türkiyə milli komandasının 85 illik tarixində ən çox qol vuran futbolçudur. Milli komanda ilə çıxdığı 112 oyunda 51 qola imza atan Hakan U-16 Milli komandanın 1987-ci ildə Polşa ilə 1-1 bərabərə qaldığı Avropa çempionatı qrup mərhələsinin ilk oyununda ilk dəfə milli formada çıxış etmişdi. 2002-ci ildə keçirilən dünya kubokunda bir qol və iki assist edən ulduz futbolçunun, heç şübhəsiz, "Qalatasaray"la qazandığı Türkiyə çempionluqları və UEFA kuboku unudulmaz bir hadisə olaraq tarixə keçdi.

Dünyanın ən erkən qolu

Futbol həyatına 1987-ci ildə Sakaryada qədəm qoyan Hakan bu klubda 3 il oynadıqdan sonra birinci liqa komandalarından "Bursaspor"a keçid alır. Nəhayət, o, 1992-ci ildə "Qalatasaray"a transfer olunur. "Cimbom"da bir çox uğurlar qazanan Hakan 1995-ci ildə İtaliya klubu "Torino"ya keçir. Torinoda özünü lazımi səviyyədə göstərə bilmədiyindən "Qalatasaray"a geri dönür. Bundan əlavə, 1998-ci ildə FİFA tərəfindən ilin futbolçusu mükafatına layiq görülür.
2000-ci ildə Hakan UEFA kubokunu "Qalatasaray"la qazanır və bir az da diqqət çəkir. Hakan Avropanın nəhəng klubu sayılan "İnter"in də formasını geyinib. İtaliyada "Parma" klubunda da oynayan istedadlı oyunçu burada İtaliya kubokuna yiyələnir.

2002-ci il dünya çempionatında Türkiyə milli komandası forması altında dünya üçüncülüyü və Cənubi Koreya ilə oyunda 9-cu saniyədə vurduğu ən erkən qolla dünya futboluna adını yazdırır.
Karyerasını isə doğma klubu "Qalatasaray"da başa vurub. Daha sonra "TRT 1" kanalında futbol şərhçisi kimi çıxış edən Hakan Şükür 2011-ci il seçimlərində AKP partiyasından millət vəkili də seçilib.

Unudulmaz anlar

Hakan Şükürün ən böyük xəyallarından biri "Qalatasaray" forması geyinmək idi. Oynadığı ikinci klub olan "Bursaspor"da məşq əsnasında "qalatasaray"lı menecerlərin onu izlədiyini zənn edərək daha da yaxşı oynamağa çalışırdı. Dediyinə görə, gözəl günlərin birində Bursadakı evinin eyvanında çay içirmiş. O vaxtlar Hakan dayısı ilə bərabər yaşayırdı və evlərində telefon yox idi. Aşağıdakı dükandan telefon səsi gəlir, zəng edən şəxs "qalatasaraylı" menecer olduğunu deyir.

Həmin günü Hakan Şükür daha sonra belə anladacaqdı: "O anda inana bilmədim ki, xəyallarım gərçək olur. Amma tələsmədim, nikbinliyimi qorudum. Zəng edən şəxs "cimbom"lu menecer Ökkeş Polatdı. Bir neçə gündən sonra onunla milli komandanın kampına yollandıq. Menecerin şəxsi otağında "Qalatasaray" haqda danışmağa başladıq. Mənim üçün danışılan sözlər, rəqəmlər heç də vacib deyildi. Ona görə də imza atmadım, amma gərəkli hər şeyə söz verdim. Milli komanda da çox yaxşı bir performans göstərdim və bir çox klubun diqqət mərkəzinə düşdüm. Lüksemburq oyunundan sonra "Qalatasaray"la anlaşdıq. Gecənin bir vaxtı hələ də inana bilmirdim ki, sabah mən "Qalatasaray"ın oyunçusu kimi ilk məşqimə çıxacam".

Hakanın İtaliyada unuda bilmədiyi maraqlı hadisələr də olub. "Torino" klubuna transfer olduqdan sonra oteldə ona doğum günü sürprizi verilir, işıqlar sönür və ortaya böyük bir tort gəlir. Doğum günü tortunun üstünə isə türkcə belə yazılmışdı: "Ailənlə sənə İtaliyada uğurlar, sağlıqlı, hüzurlu günlər".

Bu, Hakanın unutmadığı və tez-tez xatırladığı anlardan biridir...

Hakan Şükür boş vaxtlarında ailəsi ilə birgə Torinonun müzeylərinə, abidələrinə, turist mərkəzlərinə baş çəkərdi…

Kral. Evlilik

Futbol üzrə Türkiyə çempionatları tarixində ən çox qol vuran futbolçuların adları açıqlanıb. Hakan Şükür karyerası ərzində Türkiyə çempionatları tarixində 249 qol vuraraq ən sərrast futbolçu olub. Türkiyə çempionatları tarixinin ikinci ən məhsuldar futbolçusu isə Tanju Çolakdır. Bu futbolçu, karyerası ərzində rəqib qapılarından 240 top keçirib. Sonrakı yerlərdə müvafiq olaraq Hami Mandiralı (219), Metin Oktay (217) və Aykut Kocaman (200 qol) qərarlaşıb.

Türk xalqı həmişə Hakanla qürür duyub. Çox qol vurduğundan Hakanın ləqəbi də "Kral" idi. İki dəfə evlənən Hakan Şükür ilk evliliyini 1995-ci ildə Esra Elbirliklə qurmuşdu. Ancaq bu evlilik qısa vaxt ərzində, yəni 4 ay sonra başa çatır. Esra Elbirlik 1999-cu ildə zəlzələ nəticəsində həyatını itirir. İkinci evliliyi 1999-cu ildə Beyda Sertbaş ilə olub. Bu evlilikdən isə Hakanın üç uşağı var: iki qız və bir oğlan.

"Mən türk deyiləm…"

Türkiyə millisinin keçmiş kapitanı, "Qalatasaray"ın əfsanəsi, hazırda isə İstanbul millət vəkili olan Hakan Şükür tələbələrlə görüş zamanı maraqlı açıqlamalar verib. Mehmet Akif Ersoy Universitetində təşkil olunan tədbirdə çıxış edən Hakan Şükür tələbələrdən birinin kürd problemi ilə bağlı sualını cavablandırarkən "Əslində, mən də milliyyətcə albanam. Bu baxımdan yanaşanda, mən türk deyiləm" cavabını verib. H.Şükür buna baxmayaraq, o, Türkiyəni sevidiyini açıqlayıb: "Mən bu torpaqların çörəyini yeyib suyunu içmişəm. Bu torpaqlarda yaşayıram. Ölkəni, bütövlüyü, məzhəbi, dini, dili, irqi bərabər şəkildə yaşamaq çox önəmlidir. Daha çox problemləri danışaraq dostluğumuzu, qardaşlığımızı pozmamalıyıq", – deyə o qeyd edib.

Bundan sonra bütün televiziyalar, jurnalistlər, mütəxəsislər Hakanın ünvanına coxsaylı iradlar, qınaqlar səsləndirib. Bu sözlərə Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğandan da cavab gəlib. O, Hakanın türk olmadlğına normal baxdığını, onun milli komanda da qazandığı uğurları, Türkiyənin ən çox qol vuran oyunçusu olduğunu və vurduğu qollarla tarix yazdığını dilə gətirmiş, əslində, bunu deməklə Hakan Şükürə sahib çıxmışdı.

"Mən təriqətçi yox, Atatürkçüyəm"

"Qalatasaray"da oynadığı vaxtlarda onun haqqında çıxan şayiələrə cavab verən Hakan Şükür həmişə qəzet manşetlərində görünürdü: "Zaman-zaman kədərləndim və buna bir anlam verə bilmədim. Ortada bir səbəb yox ikən niyə mənimlə uğraşdıqlarına bir məna verə bilmirəm".

Hər yeni yalan xəbərdən sonra Hakan Şükür bu cür açıqlamalarla gündəmə gəlirdi: "Məqsədləri nədir bilmirəm. Gündəmi dəyişdirməkmi? Mənim təriqətlərə baxış strategiyam onsuzda bilinir. Müsəlman bir ölkədə yaşamağa çalışan Atatürkçü bir insanam, təriqətçi deyil, Atatürkçüyəm".

İlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTOİlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTOİlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTOİlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTOİlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTOİlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTOİlk maaşına paltaryuyan maşın alan əfsanəvi futbolçu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3616   Tarix: 10 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292