Naxçıvanda çimərlik – FOTO

Naxçıvanda çimərlik – FOTOAçılışda Vasif Talıbov da iştirak edib.

İyulun 7-də Uzunoba su anbarında yeni istirahət mərkəzi – Naxçıvan Şəhər Çimərliyi istifadəyə verilib.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək bu gün Naxçıvan şəhərində aparılan quruculuq işlərinin bütün sahələri əhatə etdiyini deyib. Bildirib ki, hazırda şəhərdə 5 səhiyyə, 9 mədəniyyət, 6 təhsil, 5 inzibati və 5 yaşayış obyektində tikinti və yenidənqurma işləri davam etdirilir.

Şəhər infrastrukturunun inkişafı ilə yanaşı, insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Bu gün yeni çimərliyin istifadəyə verilməsi, bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir.

Vüqar Səfərov yaradılan şəraitə görə Naxçıvan şəhər sakinləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şəhər Çimərliyinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, burada şəhər sakinlərinin və muxtar respublikaya gələn qonaqların istirahətinin səmərəli təşkil olunacağını bildirərək deyib: Ölkəmizin iqtisadi inkişafı insanların rifah halının və məişət şəraitlərinin yaxşılaşmasına səbəb olmuşdur. İqtisadi inkişaf və bununla yanaşı, sosial problemlərin həlli, həm də insanların istirahətlərinin səmərəli təşkilinə ictimai tələbatı artıb. Bu baxımdan yeni istirahət mərkəzlərinin yaradılması zərurətə çevrilib.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada insanların yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Tikinti materiallarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, avtomobillərin kredit yolu ilə satışının təşkil edilməsi insanların mənzil və avtomobil təminatına hərtərəfli şərait yaradıb. Son illər Naxçıvan şəhərinin ətrafında yaradılan istirahət mərkəzləri isə sakinlərin və gələn qonaqların asudə vaxtlarının səmərəli təşkilinə imkan verir. Bu gün istifadəyə verilən yeni çimərlik də yay istirahət zonası kimi şəhər sakinlərinin və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlamlıqlarının qorunmasına xidmət edəcəkdir.

Ali Məclisin Sədri çimərlik istirahət zonasından səmərəli istifadə olunması barədə aidiyyəti orqanlara tapşırıqlar verərək deyib: Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə çimərlik -istirahət zonasında su və digər idman növləri üzrə yarışların keçirilməsini, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin təşkilini diqqət mərkəzində saxlamalıdır. Burada yaradılan şərait və göstərilən xidmət gənclərin asudə vaxtlarının təşkili ilə yanaşı, onların qarşılıqlı dostluq münasibətlərinin yaranmasına da xidmət edəcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə yaşıllıqların artırılmasını, Nəqliyyat Nazirliyi çimərlik zonasına Naxçıvan şəhərindən avtobus xidmətinin göstərilməsini təmin etməlidir.

Ali Məclisin Sədri çimərliyin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, ərazidə kompleks tikinti işləri görülüb, Uzunoba su anbarı əsaslı şəkildə yenidən qurulub. Çimərliyin qumlu sahil xəttinin uzunluğu 280 metrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Çimərlik ərazisində insanların istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada günlüklər, paltardəyişmə yerləri, duş kabinələri, futbol və voleybol meydançaları, eləcə də avtomobil dayanacağı yaradılmış, ictimai-iaşə xidməti təşkil olunmuşdur. Çimərliyə xidmət edən inzibati binada iş otağı, kafe, mətbəx, anbar və mağaza yerləşir. Su anbarının üzərində hər biri 20 kvadratmetr olan 3 istirahət köşkü və 15 metr uzunluğunda platforma quraşdırılmışdır. Burada su idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait yaradılmış, su velosipedləri və motosikletləri qoyulub.

Qeyd olunub ki, çimərlikdə təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılmış, müşahidə qülləsi yaradılmış, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub.Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedici qrupu ərazidə xidmət göstərir.

Ərazidə geniş abadlıq işləri aparılmış, 160 kilovoltamper gücündə transformator yarımstansiyası və 38 ədəd işıqlandırma dirəyi quraşdırıılıb. Çimərliyə gedən 2,2 kilometrlik yola asfalt örtük salınmış, 210 metr istinad divarı tikilib.

Ali Məclisin Sədri çimərlik zonasında təhlükəsizlik qaydalarına əməl edilməsi və xidmətin nümunəvi təşkili barədə müvafiq tapşırıqlar verib.

Naxçıvanda çimərlik – FOTONaxçıvanda çimərlik – FOTONaxçıvanda çimərlik – FOTONaxçıvanda çimərlik – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 9920   Tarix: 09 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az