Avdiyan həbsxanada qanuni oğrulara qan uddurur

Avdiyan həbsxanada qanuni oğrulara qan uddururRusiyanın məşhur Yels həbsxanası tbilisili qanuni oğru Vitalik Avdiyanın nəzarətinə keçib.

Qeyd edək ki, bu həbsxanaya ən qatı cinayətkarlar düşür. Rus mafiyasının xaç atası Aslan Usoyanın (Ded Xasan) qətlini sifariş verən Tariel Oniani (Ləqəbi Taro) də bu həbsxanada saxlanılır.

BiG.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, son vaxtlar Yels həbxanası tbilisili qanuni oğru, milliyyətcə yezidi kürdü (Ded Xasan da yezidi kürd idi) Vitalik Avdiyanın nəzarətinə keçib. Avdiyan qayda-qanun yaratmağa nail olub. Nəinki adi məhbuslar, hətta onun sözündən çıxan digər titullu lotular da onun tərəfindən sərt cəzalanır.

Ən əvvəl çeçen avtoritet Axmet Dombaevin (Axmet Şalinski) Vitaliklə söhbəti düz gəlməyib. Yumruq davası çıxmasa da, söhbətin sonunda çeçen avtoritet "səhv çıxarılıb".

Yezidi kürdünün ikinci qurbanı Nijni Novqoroddan olan qanuni oğru Novik olub. Çeçen Axmetə nisbətən onun bəxti daha az gətirib. Vitalik onu döyərək ağzındakı bütün dişlərini töküb.

Başqa həbsxanadan Yelsə xüsusi təmtəraqla "gələn" digər qanuni oğru Otari Ziqdudidskinın də Vitali ilə görüşdən sonra "havası alınıb."

Kriminal aləmdə isə söz-söhbət gəzir ki, Vitaliyə həbsxana administrasiyası bilərəkdən əl-ayaq açmağa icazə verib. Məsələn, daha titullu lotu Tariel Onianini bir neçə aydır ki, türmənin təkadamlıq zirzəmisindən heç buraxmırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1564   Tarix: 07 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040