Səməd Səmədovun təhqiredici videosu yayıldı
Xalq artisti Səməd Səmədov "Space"in efirində yayımlanan "Hər bir havada" verilişində əfsanəvi tarzən Qurban Pirimovu təhqir edib.
BiG.AZ aznews.az-a istinadən xəbər verir ki, hər zaman "maraqlı" açıqlamaları ilə gündəmə gələn xalq artisti bu dəfə "Qurban Pirimov kimdir" sualına əcaib cavab verib: "Söndürün kameranı. Mənim dörd dənə itim var. Hərdən onların da adı yadımdan çıxır".
Qeyd edək ki, bu, S.Səmədovla bağlı ilk belə hadisə deyil. O, bundan öncə Azərbaycanın dövlət himninin müəlliflərini tanımamağı ilə gündəmə gəlmişdi.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş